1 №-li Mayak

1 №-li MayakAzərbaycan Respublikasının Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Neftçala rayonunun Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindəki 1 №-li Mayak qəsəbəsinə kənd statusu verilmiş və bu qəsəbə 1 №-li Mayak kəndi adlandırılmışdır.[2]

1 №-li Mayak
39°22′53″ şm. e. 49°20′58″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.015 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4725[1]
1 №-li Mayak xəritədə
1 №-li Mayak
1 №-li Mayak

Toponimikası

1 №-li Mayak kəndi əvvəllər Neftçala rayonunun Bankə qəsəbə inzibati ərazi dairəsi tərkibində qəsəbə statusuna malik olmuşdur. Yaşayış məntəqəsi Bankə Balıq Kombinatının əsas vətəgəsi yerləşən 1 №-li Mayak yaxınlığında 1966-cı ildə salındığı üçün belə adlandırılmışdır.[3]

Coğrafiyası və iqlimi

Kənd cənub-şərqi Şirvan düzündə yerləşir.

Əhalisi

Əhalisi 1015 nəfərdir.

Təhsil

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Neftçala rayonunun 1 №-li Mayak kəndində 100 şagird yerlik məktəb inşa edilmiş və məktəb binası yerli icra hakimiyyəti orqanının balansına verilmişdir.[4]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.