19 (ədəd)
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir.
19 | |
---|---|
on doqquz | |
← 17 · 18 · 19 · 20 · 21 → | |
Faktorizasiya | 19 (sadə) |
Rum rəqəmi | XIX |
İkili | 10011 |
Səkkizlik | 23 |
Onaltılıq | 13 |
Vikianbarda əlaqəli mediafayllar |
Riyaziyyatda
Say sistemində
- On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Dində
19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15. Quranın son nazil olan 110-cu surəsi (Ən-Nəsr) 19 sözdən ibarətdir. İlk ayəsi isə 19 hərfdən ibarətdir. Quranda "Bismillah" ifadəsi 114 dəfə istifadə olunub, yəni 19x6. Quranda "Vahid" (tək) kəlməsi 25 dəfə istifadə olunsa da, yalnız 19 dəfə bu söz Allahın sifəti kimi işlədilir. Eyni zamanda "RƏHMAN VƏ RƏHİM OLAN ALLAHIN ADI İLƏ" vahid kəlməsinin 19 dəfə Allahın sifəti kimi istifadə olunduğu surə və ayələrin nömrələrinin cəmi 361 edir, yəni 19x19[1].
İnam və etiqadlarda
Qurani-Kərimdə
- Cəhənnəm (Səqər) gözətçilərinin sayının da 19 olduğu qeyd olunur[2]
İstinadlar
- "19 ədədinin gizli tərəfləri". 2011-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-03.
- Biz onu Səqərə atacağıq (orada yandıracağıq). (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər! O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz! İnsanı yandırıb-yaxar! Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır. Muddəssir surəsi, 26-30