1980 Avroviziya Mahnı Müsabiqəsi

1980 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1980; fr. Concours Eurovision de la chanson 1980) — sayca 25-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1979 Avroviziya Mahnı Müsabiqəsinin ev sahibi ölkəsi İsraili təmsil edən Qali Atari və Milk & Honey qrupunun ifa etdikləri "Hallelujah" mahnısı ilə müsabiqədə qələbə qazanmalarının ardınca 1980-ci ildə İsrail müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Lakin İsrailin dövlət kanalı (IBA) iki il ard-arda Avroviziyanı təşkil etməyə kanalın maliyyə cəhətdən hazır olmadığını açıqlayaraq, ev sahibliyindən imtina etmişdir. 1980-ci ildə Avroviziyaya ev sahibliyini Niderland dördüncü dəfə öz üzərinə götürmüşdür. Müsabiqə ölkənin üçüncü ən böyük şəhəri olan Haaqada "Nederlands Congresgebouw" zalında keçirilmişdir. Müsabiqə 1980-ci ilin 19 aprel tarixində baş tutmuşdur.

1980 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 19 aprel 1980
Aparıcı(lar) Marloz Fluitsma
Hans van Villiqenburq
Kanal Niderland NOS
Keçirilən yer Nederlands Congresgebouw,
Haaqa, Niderland
Qalib mahnı İrlandiya İrlandiya
"What's Another Year"
Seçki sistemi Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı 19
İlk dəfə iştirak edən ölkələr Mərakeş Mərakeş
Yenidən iştirak edən ölkələr Türkiyə Türkiyə
İştirakdan imtina edən ölkələr İsrail İsrail
Monako Monako
Avroviziya Mahnı Müsabiqəsi
◄ 19791981 ►

Avroviziya 1980-nin keçiriləcəyi tarix Avropa Yayımlar Birliyi tərəfindən elan edildiyi gün İsrail həmin müsabiqədə iştirakdan imtina etmişdir. Buna səbəb müsabiqənin keçirildiyi tarixin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi idi. Monako da maliyyə problemlərini səbəb göstərərək, müsabiqədə iştirakdan imtina etmişdir. Avropanın kiçik ölçülü ölkələrindən olan Monako müsabiqəyə 2004-cü ilədək qayıtmamışdır. 1980-ci ildə Mərakeş ilk dəfə Avroviziyaya qoşuldu və bu Afrika ölkəsinin müsabiqədə yeganə iştirakı olaraq qalmaqdadır. Eyni zamanda 1980-ci ildə Türkiyə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Ümumilikdə 19 ölkənin iştirak etdiyi müsabiqədə İrlandiya təmsilçisi Conni Loqan ifa etdiyi "What's Another Year" adlı mahnı qalib gəlmişdir. Bu İrlandiyanın Avroviziyada ikinci qalibiyyəti idi.

Final

ÖlkəDilMüğənni(lər)MahnıAzərbaycancaYerXal
01Avstriya AvstriyaAlmancaBlue Danube"Du bist Musik"Sən Musiqisən864
02Türkiyə TürkiyəTürkcəAjda Pekkan"Pet'r Oil"Neft1523
03Yunanıstan YunanıstanYunancaAnna Vissi və Epikuri"Autostop" (Ωτοστόπ)Avto dayanacaq1330
04Lüksemburq LüksemburqFransızcaSofi və Maqali"Papa Pingouin"Papa-pinqvin956
05Mərakeş MərakeşƏrəbcəSamira Bensayid"Bitaqat Khub" (بطاقة حب) Sevgi mesajı187
06İtaliya İtaliyaİtalyancaAlan Sorrenti"Non so che darei"Bilmirəm nə verərdim687
07Danimarka DanimarkaDancaBamses Venner"Tænker altid på dig"Hər zaman səni düşünürəm1425
08İsveç İsveçİsveçcəTomas Ledin"Just nu!"Elə indi!1047
09İsveçrə İsveçrəFransızcaPaola"Cinéma"Kino4104
10Finlandiya FinlandiyaFincəVesa-Matti Loiri"Huilumies"Fleytaçı196
11Norveç NorveçNorveçcəSverre Kyelsberq və Mattis Hetta"Sámiid Ædnan"-1615
12Almaniya AlmaniyaAlmancaKatya Ebşteyn"Theater"Teatr2128
13Böyük Britaniya Böyük BritaniyaİngiliscəPrima Donna"Love Enough for Two"İki nəfər üçün yetərli sevgi3106
14Portuqaliya PortuqaliyaPortuqalcaJoze Sid"Um grande, grande amor"Böyük, böyük bir sevgi771
15Niderland NiderlandNiderlandcaMeqqi MakNil"Amsterdam"Amsterdam593
16Fransa FransaFransızcaProfil"Hé, hé M'sieurs dames"Hey, hey, xanımlar və cənablar1145
17İrlandiya İrlandiyaİngiliscəConni Loqan"What's Another Year"Başqa bir il nədir?1143
18İspaniya İspaniyaİspancaTrigo Limpio"Quédate esta noche"Bu gecə qal1238
19Belçika BelçikaFransızcaTelex"Euro-Vision"Avro-Viziya1714

Nəticələr

Səsvermə nəticələri
Cəmi Avstriya Türkiyə Yunanıstan Lüksemburq Mərakeş İtaliya Danimarka İsveç İsveçrə Finlandiya Norveç Almaniya Böyük Britaniya Portuqaliya Niderland Fransa İrlandiya İspaniya Belçika
Avstriya 6413451456463341041
Türkiyə 233128
Yunanıstan 30512243184
Lüksemburq 5611463787838
Mərakeş 77
İtaliya 8726231086274121221010
Danimarka 25426715
İsveç 478101065521
İsveçrə 104625738212101076101222
Finlandiya 651
Norveç 154623
Almaniya 12881031012757210812105127
Böyük Britaniya 106758810121043775686
Portuqaliya 71454106821815674
Niderland 931212612331082412153
Fransa 453721141354365
İrlandiya 143101271127128121212568712
İspaniya 384786562
Belçika 143110

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.