1977-ci ildə Moskvada törədilən terror aktları

1977-ci ildə Moskvada törədilən terror aktları

Bombanın partladıldığı metro vaqonu

8 yanvar 1977-ci ildə Moskvada bir neçə terror aktı həyata keçirilmişdi: 17:33-də Moskva metrosunun vaqonunda "İzmaylovskaya" və "Pervomayskaya" stansiyalarının arasında partlayıcı qurğu işə düşmüşdür.

18:05-də SSRİ DTK-sının binası yaxınlığında Derjinskiy küçəsində (indiki Böyük Lubanka) yerləşən 15 saylı ərzaq mağazasında partlayış baş verir.
18:10-da Oktyabrın 25 illiyi (indi Nikolskaya) küçəsində yerləşən ərzaq dükanının yaxınlığında daha bir partlayıcı qurğu işə düşmüşdür.

Bu terror aktları nəticəsində 7 nəfər həlak olmuş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır[1].

İstintaq

bombanın partladığı vagon
bombanın partladığı ərzaq dükanı

Cinayətkarların axtarışı üçün SSRİ prokurorluğunun, daxili işlər nazirliyinin və DTK-nin ən təcrübəli müstəntiqləri cəlb olunmuşdular. 500-dən artıq şahidin ifadələri alınmışdı. Lakin onlardan heç biri terrorçuların zahiri görkəmini dəqiq izah edə bilməmişdir. Partlayıcı qurğunun qalıqlarını yığaraq müstəntiqlər bombaların hazırlanmasında istifadə olunan detalları və materialları müəyyən edirlər. Detallar və materiallar əsasən üç şəhərdə istehsal olunmuşdu bu Xarkov, İrəvan və Rostov-na-Donu şəhərləri idi. Terror aktlarının erməni millətçiləri tərəfindən təşkil oluna biləcəyinin versiyası yarandı.

1977-ci ilin Oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini qərara alırlar və bu məqsədlə Moskva şəhərinə Kursk dəmir yolu vağzalına gəlirlər. Geri qayıtmaq üçün Moskva – İrəvan qatarına bilet alaraq onlar partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq zaldan çıxırlar. Bir neçə dəqiqə sonra yiyəsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edir, sərnişin çantaya baxır və buradakı qəribə qurğunu və naqilləri görərək milisə xəbər verir. İstintaq baxışı zamanı dəyərli maddi sübutlar əldə olunur: İrəvanda istehsal olunmuş göy idman kurtkası və papaq. Papağın içərisində əməliyyatçılar bir neçə qara rənqli insan saçı aşkar edirlər.

Dərhal əməliyyat-axtarış tədbirləri başlanır və bir müddətdən sonra Gürcüstanla Ermənistanın sərhəddində Moskva – İrəvan qatarının üçüncü vaqonunda qara saçlı, əynində kurtkası olmayan goy idman şalvarı olan bir nəfər saxlanılır. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən onun sənədlərinin və baqajının olmaması aşkar olunmuşdur.

Saxlanılan şəxs İrəvanda fəhlə işləyən Akop Stepanyan idi (1949-cu il təvəllüdlü). Onunla birgə dostu – rəssam Zaven Baqdasaryan (1954-cü il təvəllüdlü) saxlanılır. Stepanyan və Baqdasaran Moskva şəhərinə səyahətlərinin məqsədini və səbəbini tam aydın izah edə bilmirlər. Saxlanıldıqdan sonra onları İrəvana göndərirlər. Daha sonra Stepanyanın anası bombanın olduğu çantanı tanıyır və o çantanın oğluna məxsus olduğunu təsdiq edir, saxlanılan şəxslərin evində aparılan axtarışlar zamanı digər maddi sübutlar da aşkar olunaraq götürülür.

İstintaqın verdiyi məlumata görə terror aktlarının əsas təşkilatçısı və rəhpəri Stepan Zatikyan olmuşdur, Baqdasaryan və Stepanyan isə bu terror aktlarının birbaşa icraçıları idilər. Dindirilmələri zamanı Baqdasaryan və Stepanyan demişdilər ki, onlar Zatikyan tərəfdən hədə-qorxu yolu ilə onun təsiri altına düşüb bu cinayəti törədiblər, onu da vurğulayıblar ki, Zatikyan həbsdə olarkən (antisovet fəaliyyətinə görə) millətçilik ideyalarının əsirinə çevrilmiş və "ermənləri əzdikləri üçün" ruslardan intiqam almağa çağırırdı[2].

Stepan Zatikyan və "Ermənistan birləşmiş milli partiyası"

Stepan Seqobovic Zatikyan məktəbi qızıl medalla bitirmiş, 1966-cı ildə İrəvan Politexnik İnstitutunun tələbəsi olarkən rəssam Aykanuz Xaçatran və tələbə Şaqen Arutunyan ilə birgə qeyri leqal "Ermənistan birləşmiş milli partiyası"nı təsis edir. Partiya millətçi bir qüvvə olaraq öz məqsədi kimi Türkiyənin şərq vilayətləri və Ermənistan SSR-in ərazisində müstəqil Ermənistan dövlətinin qurulmasını və plebistit yolu ilə Ermənistanın Sovet İttifaqının tərkibindən çıxmasını öz qarşısına məqsəd kimi qoyur. Qrup aktiv gizli fəaliyyətə başlayır və onlara məxsus gizli tipoqrafiyada "Paros" qazetini dərc edir.

1968-ci ildə "partiya" üzvlərini həbs edirlər, antisovet fəaliyyətinə və təbliğatına görə həbsxana cəzasına layiq görürlər. 1972-ci ildə həbsdən azad olunduqdan sonra Zatikyan İrəvan elektromexanika zavodunda transformator sexində işləməyə başlayır. 1975-ci o, sovet vətəndaşlığından imtina və SSRİ-nı tərk etmək istəyi barədə rəsmi orqanlara müracət edir lakin, onun müraciətinə rədd cavabı verilir. Moskvada terror aktının keçirildiyi zaman, Zatikyan evli və iki uşaq atası idi.

Məhkəmə prosesi

Moskva metrosunda patrladılmış bombanın maketi

Məhkəmə prosesi SSRİ Ali Məhkəməsində 16–20 yanvar 1979-cu il tarixlərində keçmişdir.

Məhkəmədə Zatikyan öz günahını boynuna almaqdan imtina edirdi, Stepanyan özünü qismən günahkar bilərək Zatikyanın iştrakını təkzib edirdi, Baqdasaryan isə istintaqın bütün ittihamlarını qəbul etmişdi.

İttiham olunanların məhkəmədəki çıxışlarının video yazısı mövcuddur, çıxışlardan birində Zatikyan bu sözləri demişdi:

"Mən dəfələrlə demişəm ki, mən sizin qurduğunuz məhkəmədən imtina edirəm və heç bir müdafiəçiyə də ehtiyacım yoxdur. Mən özüm müttəhim yox, ittihamçıyam. Sizin məni mühakimə etmək səlahiyyətiniz yoxdur çünki, rus-yəhudi imperiyası özü hüquqi dövlət deyil. Bunu qəti olaraq bilmək lazımdır"

Zatikyan öz son sözünü erməni dilində çağırış ilə tamamlamışdır:

"Başqalarına deyin ki, bizə qalan yalnız intiqamdır! İntiqam və bir daha intiqam!"[3].

Yanvarın 24-də məhkəmənin qərarı ilə hər üç müttəhim güllələnmə cəzasına layiq görülür[4].

Yanvarın 30-da SSRİ Ali Sovetinin rəyasət heyəti terrorçuların əfv olunma haqda verdiyi xahişi rədd edir və həmin gün məhkəmənin hökmü yerinə yetirilir.

Ermənistan rəhbərliyi hər imkandan istifadə edərək bu faktı ictimaiyyətdən gizlətməyə çalışır. DTK-nın 5-ci idarəsinin keçmiş rəisi Filip Bobkovun dediyinə görə

"Ermənistam K. P. birinci katibi Dəmirçyanın göstərişi əsasında erməni dilində çıxan qazetlərdən heç biri bu terror aktı barədə məlumat vermədilər. K. Dəmirçyan istintaqa hər cür maneçilik törədirdi lakin istitaqın təqdim etdiyi təkzibolunmaz sübutlardan sonra istintaq qrupunun qəldiyi qənaətlə razılaşmalı oldu"[1][3].

Bobkovun fikrinə görə terror aktlarının təşkilində "ASALA" təşkilatı da iştrak etmişdir.

Bobkov bu barədə deyir:

"Bu mənə Ermənistan DTK-nın sədri Yuzbaşyanın şübhəli hərəkətlərindən məlum oldu. O, hər vəchlə SSRİ DTK-dan Ermənistan SSR-da Asalanın nümayəndələrinin fəaliyyətləri barədə məlumatı gizlətməyə çalışırdı, partlayışların müəllifi məhz bu erməni terror təşkilatıdır"[5].

Video

Həmçinin bax

İstinadlar

  1. "ТЕРРОРОЗАЩИТНИКИ". 2005-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
  2. "Троллейбусная война". 2010-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
  3. "Бомба в московском метро.Окончание. Начало в № 18". 2009-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
  4. "Rusiya Elmlər akademiyasının icmalı 1999, cild 69, № 1, səh. 72-80". 2020-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.
  5. Филипп Бобков. "КГБ и власть". Изд-во Ветеран МП, 1995

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.