1966 Neftyanik mövsümü

1966 Neftyanik mövsümü 1966-cı il futbol üzrə SSRİ çempionatı "Neftyanik"in turnirdə doqquzuncu, ardıcıl olaraq isə yeddinci iştirakı idi. Komanda çempionatla yanaşı həmçinin SSRİ Kuboku turnirində də çıxış edirdi. 1966-cı il mövsümü Azərbaycan klublarının SSRİ yüksək liqasında ən yaxşı nəticəsi hesab olunur. Belə ki, "ağ-qaralar" 19 komandanın yarışdığı turnirdə yekun nəticə olaraq üçüncü yeri tutaraq bürünc medala sahib oldu. Buna qədər komandanın ən yaxşı nəticəsi 1963-cü ildə keçirilmiş çempionatda altıncı yeri tutmaq olmuşdur.[1] Bu mövsüm yalnız çempionatda qalib olan komanda və Kubokun qalibi (və ya finalçısı) Avropa miqyaslı turnirlərə qatıla bildiyindən, "Neftyanik"in Avropada debütü mümkün olmadı. Klub ev oyunlarını Lenin stadionunda keçirirdi.

1966 mövsümü
Prezident Valentin Xlıstov (öncə)
Şövkət Orduxanov (növbəti)
Baş məşqçi Vasili Sokolov (avqustadək) Əhməd Ələsgərov (avqustdan)
Məşqçi köməkçisi Valentin Xlıstov
Stadion Lenin adına Respublika stadion
Futbol üzrə SSRİ yüksək liqası III yer
Futbol üzrə SSRİ Kuboku 1/16 final
Ən çox tamaşaçılı oyun Neftyanik 3-0 Spartak Moskva (45,000)
Ən az tamaşaçılı oyun Neftyanik 2-0 Torpedo Moskva (20,000)
Orta hesabla tamaşaçı sayı 35,944

Çempionat

Fevral ayında SSRİ İdman Cəmiyyətləri və Təşkilatları İttifaqı Mərkəzi Şurasının Rəyasət Heyəti keçən mövsüm son 3 pilləni tutaraq aşağı dəstəyə düşməli olan "Lokomotiv Moskva", "Torpedo Kutaisi" və Odessanın "OİK" klublarını liqada saxlamaq qərarını aldı.[2] 1966-cı il futbol üzrə SSRİ çempionatı əvvəlcədən planlaşdırıldığı kimi aprelin 17-də deyil, 10-da start götürdü və noyabr ayının 30-dək davam etdi.

Çempionata hazırlığın həlledici mərhələsi Kislovodskda keçirildi. İyirmi gün davam edən təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığa, habelə gənclərin sınaqdan keçirilməsinə ayrıldı. Yekunda hücum və müdafiə xəttindən razı qalan məşqçilər yarımmüdafiədə problemlərin olduğunu gördülər. Mövsümün startı ərəfəsində Bakıda təşkil edilən son məşqlərdə məhz bu çatışmazlığın aradan qaldırılması üzərində işlədilər. Mövsüm ərzində keçirilən oyunlarda baş məşqçilər adətən 4–2–4 və ya 4–3–3 taktiki sxeminə üstünlük veriblər.[3]

Birinci dövrə

Birinci dövrədə keçirilmiş "Neftyanik" — "OİK" matçının proqramı.

Aprel ayının 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ futbol çempionatı başladı. "Neftyanik" "A" qrupunun güclülər dəstəsində mübarizə aparırdı. İlk turda Bakıda Belarus təmsilçisi "Dinamo Minsk" ilə keçirilən matç 0:0 bitdi. "Neftyanik" ilk qələbəni 3-cü turda evdə "Dinamo Moskva" komandası ilə oyunda əldə etdi: ilk hissədə Sergey Melkumovun vurduğu qol "Neftyanik"ə çempionatda ilk qələbəni qazandırdı.[4] Ardıyca evdə Donetskin "Şaxtyor"u məğlub edildi. Çempionatın 8-ci turunda "Neftyanik" tarixinin ən böyükhesablı qələbələrindən birini qazandı. Evdə "Torpedo Kutaisi" ilə oynayan "Neftyanik" yekunda 7:0 hesablı qələbə qazandı. Bu oyunda Eduard Markarov het-trikə imza atdı və həmçinin Valeri Hacıyev penalti zərbəsini dəqiq vura bilmədi.[5] Ümumiyyətlə ilk 8 turdan sonra "Neftyanik" çempionatda məğlub olmayan 4 komandadan biri idi. Lakin daha sonra komanda ardıcıl olaraq Leninqrad, Alma-AtaDaşkənd səfərlərindən xalsız döndü və 12-ci turda Bakıda Odessanın "Çernomorets" klubu məğlub edildi. Ardıyca səfərdə, TbilisiYerevanda yerli komandalara məğlub olduqdan sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan getdi. 17-ci turdan etibarən "Neftyanik" oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxmağa başladı.[6] İlk dövrənin son ev oyununda "Torpeda Moskva" üzərində 2:0 hesablı qələbə qazanılır. Bu turdan sonra ilk dövrə bitir və komandalar növbəti turdan etibarən ikinci dövrəyə başlayırlar. Beləliklə ilk dövrəni "Neftyanik" 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətlə 7-ci pillədə bitirdi. Topların sayı isə 25–15 komandanın xeyrinə idi.[7]

İkinci dövrə

Bu dövrənin 4-cü oyununda "Neftyanik" çempionatda gümüş medal qazanacaq Rostovun "OİK" kollektivini səfərdə 1:3 hesabı ilə məğlub edir. Daha sonra Bakıda növbəti ev oyununda "Dinamo Tbilisi" ilk dəfə məğlub edilir. "Neftyanik"in hücum tandemi — Banişevski, TuayevMarkarov 3:2 bitən matçda qolların müəllifi olurlar.[8] Daha sonra komanda ardıcıl olaraq 6 oyun qələbə qazanır. Bakıda Gürcüstan təmsilçisi məğlub edildikdən sonra səfərdə növbəti Gürcüstan təmsilçisi, "Torpedo Kutaisi" çempionat ərzində ikinci dəfə məğlub edilir. Ardıyca səfərdə məğlub olduğumuz "Zenit", "Kayrat" və "Paxtakor" klubları ardıcıllıqla Bakıda məğlub edilir.[9] Yarışın bitməyinə 3 tur qalmış komanda səfərdə Kiyev "Dinamo"su ilə qarşılaşırdı. Bu oyunun nəticəsinə əsasən "Neftyanik" ilk dəfə Kiyevdə Dinamo üzərində 1:2 hesablı qələbə qazanır. Bu oyunda "Neftyanik"dən qolları 23 və 37-ci dəqiqələrdə Eduard MarkarovAnatoli Banişevski vurmuşdur.[10] Son iki turda isə komanda rəqiblərini evdə qəbul edəcəkdi. Əvvəlcə Moskvanın "MOİK" ilə görüş qolsuz başa çatır, son turda isə rəqib digər Moskva təmsilçisi, "Spartak" komandası idi.

Son matç

"Neftyanik"in son turdakı qələbəsindən sonra ölkədə çap edilən qəzetlərin birində başlıq.

İkinci dövrənin son oyununda "Neftyanik" evdə "Spartak Moskva" ilə qarşılaşırdı. Noyabrın 30-u keçirilən matçda bürünc medalı təmin etmək üçün "Neftyanik"ə heç-heçə belə kifayət edirdi lakin doğma meydan amili və stadiona gələn 45.000 azarkeş "Neftyanik"in qələbəsində xüsusi rol oynadı. Oyunun keçiriləcəyi saat qəflətən dəyişdirildiyindən "Neftyanik"in rəisi Şövkət Orduxanovun təşəbbüsü ilə təşkilatçılar Bakı küçələri boyunca səsgücləndiricilər vasitəsilə insanları dəyişiklikdən xəbərdar edirdilər. Oyuna maraq olduqca böyük idi. Matç nəinki Azərbaycan televiziyası ilə canlı yayımlanırdı həmçinin GürcüstanErmənistana da translyasiya edilirdi.[11]

Görüşün baş hakimi Estoniyadan Euqen Xyarms idi. Oyunun ilk hissəsində Banişevski dubl edərək "Neftyanik"i hesabda önə çıxardı. İkinci hissədə isə son nöqtəni Markarov qoydu və yekunda "ağ-qaralar" 3:0 hesabıyla qələbə qazanaraq, tarixində ilk dəfə olaraq SSRİ çempionatının medallarını qazandı.[12] Həmçinin bu nəticə ilə futbol üzrə SSRİ yüksək liqasında medal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdü.

Onu da qeyd etmək lazımdır ki, "Neftyanik"in 2 əsas oyunçusu, Anatoli BanişevskiEduard Markarov mövsümün ortasında FİFA Dünya Kubokuna yollanan SSRİ millisinin heyətinə daxil edildikləri üçün komanda 1 ay əsas oyunçularının xidmətindən məhrum olmuşdur. Əks təqdirdə komandanın daha yüksək nəticə qazanma şansı yüksək idi.

Əlavə göstəricilər

"Neftyanik"in Bakıda növbəti ev oyunu.
  • Mövsümü çempion kimi bitirmiş "Dinamo Kiyev"i səfərdə məğlub edən yeganə komanda "Neftyanik" oldu.[13]
  • Hər mövsümün sonu təqdim edilən "Əzmkar qələbə" mükafatına "Neftyanik" layiq görüldü. "Ağ-qaralar" "Kayrat"la birgə hesabda geri ola-ola ən çox qələbə əldə edən komanda idi.[14]
  • Mövsüm sonu elan edilən SSRİ-nin "33 ən yaxşı futbolçusu" siyahısına "Neftyanik"dən Anatoli BanişevskiKazbek Tuayev daxil edildi.[15]
  • "Neftyanik" Bakıda oynadığı heç bir matçda məğlub olmadı. "Ağ-qaralar" ümumilikdə 13 qələbə və 5 heç-heçəyə nail oldular.
  • Mövsüm ərzində Dinamo Kiyev"dən sonra ən çox böyükhesablı qələbə qazanmış komanda "Neftyanik" idi. Əhməd Ələsgərovun yetirmələrinin hesabında 6 belə qələbə var idi.[16]
  • Komandanın bombardiri 14 qolla Kazbek Tuayev oldu. Bu nəticə çempionatda 6-cı göstərici idi. Banişevski çempionat oyunlarının yalnız yarısında iştirak etdiyi üçün cəmi 12 dəfə fərqlənməyə imkan tapdı.
  • "Neftyanik" Bakıda keçirdiyi matçlarda 30 qol, səfərdə keçirdiyi oyunlarda isə 17 qola imza atmışdır. Buraxılan topların sayına gəldikdə isə Bakıda sadəcə 5 top buraxan komanda səfər matçlarında 23 top buraxdı.
  • Ümumilikdə "Neftyanik" keçirdiyi 36 oyunun 18-də qələbə qazanmış, bərabər və məğlubiyyətlə bitən oyunların sayı isə 9-dur. Mövsüm ərzində 55 top vurmuş əvəzində isə 28 top buraxmışdır. Bu göstəricilərə əsasən "Neftyanik" mövsümdə ən çox qol vuran üçüncü[17] və ən az top buraxan ikinci komanda oldu.[18]
  • Komanda çempionatın gümüş medalını qazanmış Rostovun "OIK" komandasını hər iki oyunda məğlub etməsinə baxmayaraq rəqibdən 2 xal geri qalaraq yekunda bürünc mükafatla kifayətlənməli oldu.
  • "Neftyanik"in əsas qapıçısı Sergey Kramarenko mövsüm ərzində keçirdiyi 34 matçın 17-də qapısını toxunulmaz saxlaya bildi.

SSRİ Kuboku

"Neftyanik" püşkatmaya əsasən 1965/66 SSRİ Kuboku turnirinə 1/16 finaldan başlayırdı. Rəqib isə Volqoqradın "Rotor Volqoqrad" klubu idi. Komandanın əsas qapıçı Sergey Kramarenko həmçinin əsas hücumçular Anatoli Banişevski, Kazbek TuayevEduard Markarov səfər matçına aparılmamışdı. "Neftyanik"dən kapitan sarğısını Anatoli Qryazev daşıyırdı. Baş hakimi Boris Solovyov olan matçı 8000 azarkeş izləyirdi. Görüşdə əsas vaxt 0:0 hesabı ilə başa çatdı. Əlavə vaxtda isə rəqib komandanın oyunçusu, Valeri Poqorelov 117-ci dəqiqədə fərqlənərək komandasını növbəti mərhələyə çıxardı.[19]

Klub

Rəhbərlik

Komandanın rəisi vəzifəsini kağız üzərində ikinci məşqçi Valentin Xlıstov icra etsə də, 1966-nın ortalarından sonra bu posta İdman Komitəsində çalışan Şövkət Orduxanov təyin olundu.[20]

Məşqçi heyəti

1965-ci ildə baş məşqçi postunda edilmiş dəyişiklikdən sonra baş məşqçi postuna Vasili Sokolov təyin olundu. Onun köməkçisi postuna isə futbolçu karyerasını yenicə bitirmiş Əhməd Ələsgərov təyin edilir. Lakin 1 il sonra, 1966-cı ilin avqust ayında Bakıda Fransanın "Tuluza" komandasına qarşı keçirilmiş (2–1) yoldaşlıq oyunundan qısa müddət sonra Vasili Sokolov Moskvaya getmək qərarına gəlir. Bu anda gənc Əhməd Ələsgərov klubun baş məşqçi postuna sahib olur. O, sələfləri tərəfindən yaradılmış bazadan məharətlə istifadə edərək komandanı inamla SSRİ çempionatında medala qədər gətirib çıxarır.[21]

Tibbi heyət

Klubun baş həkimi Boris Xetaqurov idi. O, kluba 1965-ci ilin aprel ayında təyin edilmiş, 1966-cı ilin yanvar ayından etibarən isə əsas komandada çalışmağa başlamışdı.[22] Xetaqurov həmçinin masajçı vəzifəsini də yerinə yetirirdi.

Stadion

"Neftyanik" ev oyunlarını rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında olmuş Lenin adına Respublika stadionunda keçirirdi.[23] Komanda 1966-cı ildə burada 18 çempionat və 2 yoldaşlıq oyunu olmaqla ümumilikdə 20 oyun keçirmişdir.

Komandanın heyəti

Heyət 25 futbolçudan təşkil edilmişdir ki, burada digər mövqelərə nisbətən yarımüdafiəçilər üstünlük təşkil edirdi. Komandanın 2 əsas oyunçusu, Anatoli BanişevskiEduard Markarov 1966-cı ildə İngiltərədə keçirilən FİFA Dünya Kubokunda SSRİ milli futbol komandasının heyətinə daxil olunduqları üçün, bu amil onların iştirak etdikləri ümumi oyun sayına təsir göstərmişdir.[24] Komandanın ən gənc üzvü 19 yaşlı yarımmüdafiəçi Anatoli Oqerçuk idi.

Oyunçu Vətəndaşlıq Doğum tarixi Oyun sayı İst.
Qapıçılar
Sergey Kramarenko  SSRİ 27.5.1946 34 [25]
Zahid Hüseynov  SSRİ 1941 3 [26]
Vyaçeslav Şexov  SSRİ 7.11.1944 3 [27]
Müdafiəçilər
Vyaçeslav Semiqlazov (K)  SSRİ 1.1.1941 36 [28]
Vladimir Bruxti  SSRİ 11.06.1945 35 [29]
Yaşar Babayev  SSRİ 21.04.1941 20 [30]
Adil Babayev  SSRİ 1939 14 [31]
Arif Rzayev  SSRİ 1943 9 [32]
Vyaçeslav Lyoqki  SSRİ 10.8.1946 0 [33]
Nikolay Boqdanov  SSRİ 18.12.1944 25 [34]
Yarımmüdafiəçilər
Ravil Cəlilov  SSRİ 13.10.1935 9 [35]
Aleksandr Trofimov  SSRİ 11.9.1937 33 [36]
Anatoli Qryazev  SSRİ 1937 26 [37]
Sergey Melkumov  SSRİ 1944 18 [38]
Anatoli Oqerçuk  SSRİ 16.4.1947 5 [39]
Valeri Fedortsov  SSRİ 1945 6 [40]
Mübariz Zeynalov  SSRİ 18.3.1945 20 [41]
Valeri Hacıyev  SSRİ 9.8.1941 34 [42]
Hücumçular
Anatoli Banişevski  SSRİ 23.2.1946 14 [43]
Kazbek Tuayev  SSRİ 13.11.1940 34 [44]
Eduard Markarov  SSRİ 20.6.1942 26 [45]
Nadir Zeynalov  SSRİ 20.9.1942 1 [46]
Yuri Stekolnikov  SSRİ 27.11.1946 2 [47]
Nizami Salahov  SSRİ 25.5.1945 8 [48]
Yuri Melkumov  SSRİ 1944 16 [49]

Transferlər

1965-ci ildə futbol mövsümünün bitməsindən sonra 6 oyunçu komandadan ayrıldı, əvəzində isə yeni 6 oyunçu komandaya cəlb olundu. Komandadan ayrılan futbolçulardan ikisi, növbəti mövsüm komandanın baş məşqçisi olacaq Əhməd Ələsgərov zədə səbəbindən, Yuri Kuznetsov isə yaş səbəbindən futbolçu karyeralarını bitirdilər.

Gələnlər

Mövqe Vətəndaşlıq Ad Haradan
H SSRİSergey MelkumovPaxtakor Daşkənd
Y SSRİVitali XluçinŞinnik Yaroslavl
M SSRİRafiq BağırovDinamo (Bakı)
M SSRİRavil BatrayevDinamo (Bakı)
M SSRİNadir EynullayevDinamo (Bakı)
H SSRİMübariz ZeynalovDinamo (Kirovabad)

Gedənlər

Mövqe Vətəndaşlıq Ad Haraya İst
M SSRİTofiq Axundov
M SSRİBoris FalkovskiDinamo (Kirovabad)
H SSRİRuslan AbdullayevDinamo (Kirovabad)
H SSRİViktor ZabrudinDinamo (Kirovabad)
Y SSRİƏhməd Ələsgərovkaryerasını bitirdi[50]
H SSRİYuri Kuznetsovkaryerasını bitirdi

Turnir cədvəli

Səfərdə keçirilən OİK Rostov — Neftyanik (1:3) matçında rəqib oyunçu avtoqola imza atmışdır.[51]

YKomanda12345678910111213141516171819OQHMTXUEFA
Dinamo (Kiyev)1:11:21:04:02:04:02:00:04:31:03:01:03:03:14:01:04:01:1362310366–1756ÇK
OİK (Rostov)1:61:30:02:12:11:20:00:12:01:03:13:12:02:13:00:22:03:236207954–4447
Neftyanik (Bakı)0:04:13:00:02:03:21:05:02:00:03:00:01:07:03:02:00:03:236189956–2845
4Spartak (Moskva)0:12:22:12:40:21:11:01:11:00:02:00:01:04:31:14:14:11:1361512945–4142
5MOİK (Moskva)0:04:61:11:21:20:12:01:10:11:22:03:02:00:22:11:23:14:2361691160–4541
6Torpedo (Moskva)2:01:31:21:12:01:14:01:11:20:23:01:21:12:23:02:13:01:13615101155–3940KK
7Dinamo (Tbilisi)3:13:11:00:11:10:02:01:11:01:10:05:01:13:13:02:01:00:0361314947–3440
8Dinamo (Moskva)0:04:02:04:02:40:22:11:11:10:02:07:22:01:12:01:00:00:03612141043–3438
9Paxtakor (Daşkənd)0:10:13:21:21:11:10:01:13:11:00:14:12:20:00:01:00:05:0361018836–3238
10Şaxtyor (Donetsk)0:20:21:01:20:11:01:00:01:02:01:03:01:12:01:01:01:01:0361571432–3537
11Dinamo (Minsk)0:41:10:01:21:10:13:13:11:01:01:00:23:12:21:12:10:02:13611131236–3935
12Kayrat FK2:41:11:01:20:01:31:10:00:00:03:10:01:02:11:01:13:02:03612111330–3935
13Ararat (Yerevan)0:11:02:01:00:41:11:00:00:02:03:11:30:01:02:02:00:00:03612101430–4534
14Çernomorets (Odessa)0:00:11:02:03:51:11:03:31:10:01:00:02:12:01:21:01:00:13610131329–3633
15Torpedo (Kutaisi)0:00:00:11:32:34:23:30:11:13:11:42:03:10:11:03:12:00:0369101744–5928
16Zenit (Leninqrad)0:00:13:12:20:12:12:20:31:24:21:11:21:00:03:12:13:22:0361081835–5428
17Lokomotiv (Moskva)0:31:20:01:01:50:10:31:12:01:23:11:22:01:03:13:20:02:0361152034–4927
18Krılya Sovetov (Kuybışev)1:10:12:30:00:01:32:12:01:21:10:00:00:00:00:01:00:01:1364171518–4025
19OİK (Odessa)0:20:21:11:10:11:40:00:20:10:01:10:10:30:20:20:10:20:2361132216–5615

Nəticələr

Qol vuran oyunçular

Sıra Mövqe Oyunçu Qol sayı
1HücumçuKazbek Tuayev14
2HücumçuAnatoli Banişevski12
HücumçuEduard Markarov12
3YarımmüdafiəçiSergey Melkumov5
4HücumçuYuri Melkumov4
YarımmüdafiəçiValeri Hacıyev4
5YarımmüdafiəçiMübariz Zeynalov1
YarımmüdafiəçiAleksandr Trofimov1
MüdafiəçiVladimir Bruxti1
MüdafiəçiVyaçeslav Semiqlazov1
Cəmi 55

Təltifetmə mərasimi

"Neftyanik" futbolçularına təqdim edilən medallar.

Dekabrın 5-i, Konstitusiya günündə Lenin adına Respublika stadionuda bürünc medalların və SSRİ İdman Komitəsinin üçüncü dərəcəli diplomlarının "Neftyanik" komandasına təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Respublika Kommunist Partiyasının birinci katibi Vəli Axundov mərasimi canlı izləyirdi. Medalların təqdimatından öncə çıxış edənlər arasında komandanın rəisi Şövkət Orduxanovda var idi.

Əsasnaməyə görə mövsüm ərzində keçirilən oyunların minimum 50 faizində iştirak etmiş oyunçulara medal təqdim olunurdu. "Neftyanik"də 18 oyuna çıxaraq bu səddi adlayan 12 futbolçuya medal təqdim edildi. İntizamsızlığa görə klubdan xaric edilmiş Sergey Melkumova medal təqdim olunmayıb. Əvəzində müstəsna hal kimi SSRİ millisində xidmətlərinə görə klubda cəmi 14 oyunda iştirak etməsinə baxmayaraq Anatoli Banişevskinin adı siyahıya salınıb. Respublika stadionunda təşkil edilmiş mərasim "Neftyanik" və "Dinamo Kirovabad" komandalarının yoldaşlıq görüşü ilə yekunlaşıb. Oyun "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun fasiləsində SSRİ Futbol Federasiyasının sədri Nikolay Ryaşentsev, Azərbaycan Futbol Federasiyasının sədri Adil Eldarov və federasıyanın baş məşqçisi Rauf Adıgözəlov "Neftyanik"in 12 futbolçusuna medalları təqdim ediblər. Nailiyyətdə böyük xidmətləri olmuş klubun rəisi Şövkət Orduxanov, məşqçilər Əhməd ƏləsgərovValentin Xlıstov, inzibatçı Aydın İsmayılov və həkim Boris Xetaqurov da diplomla təltif olunublar.[52]

Tədbirdən sonra birinci katib Vəli Axundov oyunçuların şərəfinə ziyafət təşkil edib. Görüş zamanı klubun rəisi Şövkət Orduxanov baş katibdən bir futbol bazasının inşası üçün yer ayrılmasına kömək etməsini istəyib. Əvəzində 1967-ci ilin əvvəlində baza tikmək üçün ovçular stendinin ərazisi Respublika İdman Komitəsinin ixtiyarına verilib.

Təltif olunan futbolçular

Say Mövqe Oyunçu
1QapıçıSergey Kramarenko
2MüdafiəçiVyaçeslav Semiqlazov
3MüdafiəçiVladimir Bruxti
4MüdafiəçiNikolay Boqdanov
5MüdafiəçiYaşar Babayev
6YarımmüdafiəçiValeri Hacıyev
7YarımmüdafiəçiMübariz Zeynalov
8YarımmüdafiəçiAleksandr Trofimov
9YarımmüdafiəçiAnatoli Qryazev
10HücumçuAnatoli Banişevski
11HücumçuKazbek Tuayev
12HücumçuEduard Markarov

Azarkeşlər

Çempionat ərzində "Neftyanik"in oyununa ən çox azarkeş sonuncu turda — "Spartak Moskva" ilə keçirilən qarşılaşmada gəlmişdir. Bu oyunda stadionun gerçək tutumundan daha çox, 45,000 azarkeş oyunu izləmişdir.[53] Nisbətən ən az azarkeş isə 20-ci turda — "Torpedo Moskva" ilə oynanılan matçda qeydə alınmışdı (20,000). Ümumilikdə isə Bakıda keçirilən oyunları 647,000 tamaşaçı canlı izləmişdir ki, bu da hər oyuna orta hesabla 35,944 tamaşaçı deməkdir.

Oyunlar üzrə azarkeş sayı

Tur Tarix Matç Azarkeş sayı
110.04.1966NeftyanikDinamo Minsk40,000
215.04.1966NeftyanikKrılya Sovetov35,000
321.04.1966NeftyanikDinamo Moskva29,000
426.04.1966NeftyanikŞaxtyor Donetsk35,000
713.05.1966NeftyanikOİK Rostov40,000
819.05.1966NeftyanikTorpedo Kutaisi35,000
1213.06.1966NeftyanikÇernomorets30,000
1319.06.1966NeftyanikDinamo Kiyev40,000
1614.07.1966NeftyanikLokomotiv Moskva35,000
1823.07.1966NeftyanikTorpedo Moskva20,000
2015.08.1966NeftyanikArarat İrəvan38,000
248.09.1966NeftyanikDinamo Tbilisi40,000
2726.09.1966NeftyanikZenit Sankt-Peterburq35,000
2830.09.1966NeftyanikKayrat30,000
294.10.1966NeftyanikPaxtakor Daşkənd40,000
338.11.1966NeftyanikOİK Odessa40,000
3524.11.1966NeftyanikMOİK Moskva40,000
3630.11.1966NeftyanikSpartak Moskva45,000

Yoldaşlıq oyunları

"Neftyanik" 1966-cı ildə həm çempionat öncəsi hazırlıq dönəmində, həm də çempionatda yaranan fasilə zamanı bir neçə yoldaşlıq oyunları keçirmişdir. Komandanın keçirdiyi yoldaşlıq oyunlarını ölkədaxili və beynəlxalq olaraq iki hissəyə ayırmaq olar. Beynəlxalq yoldaşlıq oyunlarının bir qismi Çexoslovakiya səfərində baş tutub. Bakı təmsilçisi burada keçirdiyi 3 matçı 2 qələbə və 1 məğlubiyyətlə başa vurub. Bakıda isə sonuncu Türkiyə çempionatının üçüncüsü olmuş "Gənclərbirliyi" və Fransa liqasını dördüncü pillədə bitirmiş "Tuluza" komandaları ilə qarşılaşıb.[54]

Bakıda "Tuluza" ilə oynanılan matç fransızların idmana yaraşmayacaq tərzdə kobud oynamaları ilə yadda qaldı. Əvvəlcə hesabda önə keçən fransızlar sonradan 2 qol buaraxaraq geri düşdülər. "Neftyanik"in qollarını Mübariz ZeynalovKazbek Tuayev vurdu. "Neftyanik" futbolçularının qarşısını ala bilməyən rəqib futbolçular kobud oyuna başladılar və bu oyunçular arasında mübahisəyə səbəb oldu. Artıq ilk hissədə zədələndiyi üçün SemiqlazovBanişevski ikinci hissədə oyuna davam edə bilmədilər. Nəticədə matç təxminən 20 dəqiqə dəyandırılsa da, sonradan davam etdirildi və yekunda "ag-qaralar" qələbə qazandı.[55]

Tarix Matç Məkan İst.
3 martNeftyanik 1:1 Spartak MoskvaLenin adına Respublika stadionu[56]
Neftyanik 5:2 GənclərbirliyiLenin adına Respublika stadionu
Neftyanik 2:1 TuluzaLenin adına Respublika stadionu
Spartak Brno 2:3 NeftyanikÇexoslovakiya
Slovakiya milli futbol komandası 1:0 NeftyanikÇexoslovakiya
Lokomotiv 2:4 NeftyanikÇexoslovakiya

Mətbuatda

"Futbol Dünyası" qəzetinin "Bürünc Neftçi-40" adlı xüsusi buraxılışı.

Mövsümün sonunda SSRİ-də çap edilən əksər idman dərgiləri medal qazanmış üçlük barədə yazılar dərc etdi. Bunlardan biri Rusiyada nəşr edilən "Sportivnıye iqrı" jurnalı idi. Məqalədə "Neftyanik"in rəhbərlik və heyəti barədə məlumat dərc edilmişdir.[57]

2006-cı ildə "Futbol Dünyası qəzeti "Neftyanik" komandasının SSRİ çempionatının bürünc medallarını qazanmasının 40 illiyinə həsr olunmuş "Bürünc Neftçi-40" adlı xüsusi buraxılışı çap etmişdir. Buraxılışda keçmiş futbolçular: Yaşar Babayev, Valeri Hacıyev, Sergey Kramarenko, Mübariz ZeynalovKazbek Tuayevin xatirələri dərc olunmuşdur. Həmçinin turnir cədvəli və komandanın keçirdiyi bütün oyunlar haqqında statistika məlumatları qeyd edilmişdir.[58]

Populyar mədəniyyətdə

Bürünc medal qazanıldıqdan sonra Mirzə Mustafayevin rejisorluğu ilə Bürünc "Neftçi" adlı sənədli film çəkilib. Filmdə "Neftyanik"in tarixi, bürüncə gedən yolu əks edilmişdir.

Mübahisəli məqamlar

  • Rostov səfərində "OİK" ilə qarşılaşmada "Neftyanik" 1:3 hesablı qələbə qazandı. Mübahisə doğuran məsələ həmin oyunda "Neftyanik"dən qolların kimin vurması idi. Oyunun keçirildiyi həftə "Azərbaycan gəncləri", "Azərbaycan bədən tərbiyəçisi" və "Bakı" qəzetləri nəşr etdikləri nömrədə iki dəfə Kazbek Tuayevin bir dəfə isə Anatoli Banişevskinin fərqləndiyini yazsalar da "Kommunist" qəzeti Tuayevlə Banişevskinin hərəyə 1 dəfə fərqləndiyini, toplardan birinin isə meydan sahiblərinin avtoqol etdiyini qeyd edir. Oyunun protokolunda da məhz belə göstərildiyindən statistikada belə qeydə alınıb.[11]
  • Donetskdə "Şaxtyor"la oyundan öncə xoşagəlməz hal yaşandı. Qələbə qazanacaqları halda "Şaxtyor" Neftyanik" ilə aradakı xal fərqini ikiyə endirəcəkdi. Bu səbəbdən təşkilatçılar idmanla bir araya sığmayan üsullara əl atdılar. Qaydaların ziddinə gedən Donetsk şəhər rəhbərliyi "Neftyanik"i hətta minimum şəraitlədə təmin etmədi. Futbolçular məşqləri kələ-kötür, daş kimi bərkimiş torpaq meydanda keçirməli oldu. Matçqabağı normal məşq prosesi keçə bilməyən komanda yekunda minimal hesabla məğlub oldu.

İstinadlar

  1. СССР по футболу 1963. Первая группа "А" — турнирная таблица
  2. "ФУТБОЛ. ЛЕТОПИСЬ Акселя ВАРТАНЯНА. 1966 год. Часть вторая". 2022-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-18.
  3. "Futbolumuzun "qızıl il"i – "bürünc 1966" / https://allsport.az". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-25.
  4. "Высшая лига, 3-й тур, регулярный сезон, 21.04.66". 2020-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  5. "USSR " Vysshaya Liga 1966 " Schedule". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  6. Erməniləri məğlub edən ilk klubumuz
  7. "Чемпионат СССР 1966". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.
  8. "VYSCHAYA LIGA / https://www.transfermarkt.tv/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  9. "Расписание матчей Чемпионат СССР 1966. Первая группа "А" / https://teams.by/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  10. "USSR " Vysshaya Liga 1966 " 21. Round / https://www.worldfootball.net/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-23.
  11. Səfiyarlı. S, Rüstəmov. E Neftçi-70. — B, 2007. — S. 139.
  12. "Нефтяник (Баку) — Спартак (Москва) 3:0 / http://fc-dynamo.ru/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  13. "Динамо — Чемпионы СССР 1966 (Историческая справка) / https://dynamo.kiev.ua/"". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  14. ""Neftçi"nin tarixindən: yüksəlişdən enişə YAZI / http://sportal.az /"". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  15. ""Neftçi"nin "bürünc ili": Futbol tariximizin şanlı səhifəsi / http:// https://sportline.az/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  16. "Крупные победы / http://football.mojgorod.ru /"". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  17. "/sayt/ Больше всех забили / http://football.mojgorod.ru". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  18. "/sayt/ Меньше всех пропустили/ http://football.mojgorod.ru/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  19. "Трактор (Волгоград) — Нефтяник (Баку) / "fc-dynamo.ru/"". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  20. "Bürünc il"in qızıl oğlanları: bürünc qazandıran məşqçi// "sputnik.az"". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  21. ""Neftçi"nin qətlə yetirilən rəisi — Onun haqda nə bilirik?// "fanat.az"". 2020-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-22.
  22. "Boris Xetaqurov: Məni bütün dünyaya Neftçi tanıdıb / https://www.azerisport.com/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
  23. "T.Bəhramov adına Respublika Stadionu / https://www.mys.gov.az/". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-26.
  24. "45 лет в бронзе. Владимир Пономарев вспоминает игроков сборной СССР, вместе с которыми он взял бронзу на ЧМ-1966 в Англии / https://www.sovsport.ru/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  25. "Сергей Крамаренко // https://www.sports.ru/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-25.
  26. "Гусейнов Загид Мусалим-Оглы // https://footballfacts.ru/". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  27. "Шехов Вячеслав Александрович // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  28. "Семиглазов Вячеслав Андреевич // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  29. "Брухтий Владимир Петрович // https://footballfacts.ru/". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  30. "Бабаев Яшар Аллах-Кули-Оглы // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  31. "Бабаев Адиль Аллах-Кули-Оглы // https://footballfacts.ru/". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  32. "Рзаев Ариф // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  33. "Лёгкий Вячеслав Иванович // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  34. "Богданов Николай Андреевич // https://footballfacts.ru/". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  35. "Джалилов Равиль Рахматуллаевич // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  36. "Трофимов Александр Михайлович // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  37. "Грязев Анатолий Андреевич // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  38. "Мелкумов (Мелкумян) Сергей Парсаданович // https://footballfacts.ru/". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  39. "Огирчук Анатолий Степанович // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  40. "Федорцев Валерий // https://footballfacts.ru/". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  41. "Зейналов Мубариз Гасан-Оглы // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  42. "Гаджиев Валерий Низамиевич // https://footballfacts.ru/". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  43. "Банишевский Анатолий Андреевич // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  44. "Туаев Казбек Алиевич // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  45. "Маркаров Эдуард Артёмович // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  46. "Эйнуллаев Надир Музафар-Оглы// https://footballfacts.ru/". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  47. "Стекольников Юрий Васильевич // https://footballfacts.ru/". 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  48. "Салахов Низами Гасан-оглы // https://footballfacts.ru/". 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  49. "Мелкумов Юрий Рубенович // https://footballfacts.ru/". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  50. "/sayt / Алескеров Ахмед Лятифович / footballfacts.ru". 2020-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-25.
  51. "СКА (Ростов-на-Дону) — Нефтяник (Баку) / http://fc-dynamo.ru/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-20.
  52. Səfiyarlı. S, Rüstəmov. E Neftçi-70. — B, 2007. — S. 141.
  53. "Нефтяник (Баку) — Спартак (Москва)// https://fc-dynamo.ru/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-24.
  54. "История азербайджанского футбола. Единственная медаль СССР и день Бахрамова // https://www.azerisport.com/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-29.
  55. "Bakıdan… Tuluzayacan// https://qol.az/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  56. Товарищеские матчи 1966 // https://footballfacts.ru/
  57. "вырезки из журналов футбол "Динамо" Киев, "СКА" Ростов, "Нефтяник" Баку 1966г./ https://favoritmarket.com/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.
  58. ""NEFTÇİ"NİN BÜRÜNC MEDAL QAZANMASININ 40 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞ ÇAPDAN ÇIXMIŞDIR / https://azertag.az/". 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-30.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.