1964 UEFA Millətlər Kuboku
Futbol üzrə 2-ci Avropa çempionatı — 1964-cü il 17-21 iyun tarixində İspaniyada keçirilən futbol yarışı. Çempionatın qalibi finalda SSRİ yığmasını 2:1 hesabı ilə məğlub edən ev sahibi İspaniya milli futbol komandası olmuşdur. İlk çempionatda 17 olan iştirakçı sayı, bu çempionatda 29-a çıxmışdır.
1964 UEFA Millətlər Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | İspaniya |
Tarix | 17 — 21 iyun 1964 |
Başlama tarixi | 17 iyun 1964 |
Bitmə tarixi | 21 iyun 1964 |
Stadion sayı | 2 (2 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İspaniya |
İkinci | SSRİ |
Üçüncü yer | Macarıstan |
Dördüncü yer | Danimarka |
Yarış statistikası | |
Oyun sayı | 4 |
Qol sayı | 13 (matç başına: 3.25) |
Tamaşaçı sayı | 156255 matç başına: 39064 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Ferents Bene Dejö Novak Xesus Mariya Pereda (hər biri 2 qol) |
Ən yaxşı oyunçu | Luis Suares Miramontes |
Ən yaxşı qapıçı | Lev Yaşin |
← 1960 1968 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Reqlament
Turnir pley-off sisteminə uyğun keçirilmişdir. 29 komanda çempionatda iştirak etmək üçün ərizə vermişdir (Yunanıstan millisi püşkatmadan sonra iştirakdan imtina etmişdir). SSRİ, Avstriya və Lüksemburq milliləri turnirə birbaşa ikinci mərhələdən başlama hüququ əldə etmişlər. Yarımfinallara qədər komandalar bir-birləri ilə iki oyun keçirmişlər (evdə və səfərdə). Turnirin final mərhələsinə vəsiqə qazanan dörd komanda çempionatın bu mərhələsinin keçiriləcəyi ölkəyə toplaşmışlar. Ev sahibi ölkə isə final mərhələsində iştirak edəcək dörd komanda məlum olandan sonra bu komandaların mənsub olduqları ölkələrin içindən seçilmişdir.
Tarixi
Lüksemburq millisi bütün turnirin sensasiyası hesab edilmişdir. 1/8 final mərhələsində lüksemburqlular Niderland milli futbol komandasını iki oyunun nəticələrinə görə (1:1, 2:1) məğlub etmiş, 1/4 finalda isə Danimarka milli futbol komandasına sadəcə əlavə oyunda 0:1 hesabı ilə məğlub olmuşdur. Turnirin final mərhələsinə Danimarka millisi ilə yanaşı SSRİ, İspaniya və Macarıstan milliləri də vəsiqə qazanmışlar.
Birinci yarımfinalda SSRİ millisi danimarkalıları Barselonada 3:0, İspaniya millisi isə macarları Madriddə oyuna əlavə olunmuş vaxtda 2:1 hesabı ilə məğlub etmişdir. Madriddəki Santyaqo Bernabeu stadionunda keçirilən final oyununda ev sahibi İspaniya Marselinonun oyunun sonunda vurduğu qol hesabına SSRİ üzərində 2:1 qələbə qazanmışdır.
İştirakçılar
Şəhərlər və stadionlar
Madrid | Barselona | ||||
---|---|---|---|---|---|
Santyaqo Bernabeu | Kamp Nou | ||||
40°27′10″ şm. e. 3°41′18″ q. u. | 41°22′51″ şm. e. 2°07′22″ ş. u. | ||||
Tutumu: 110 000 | Tutumu: 90 000 | ||||
Seçmə mərhələsi oyunları
Komandaların heyətləri
Final turniri
Yarımfinallar | Final | |||||
17 iyun | ||||||
İspaniya (əlv. vaxt) | 2 | |||||
Macarıstan | 1 | |||||
21 iyun | ||||||
İspaniya | 2 | |||||
SSRİ | 1 | |||||
Üçüncü yer | ||||||
17 iyun | 20 iyun | |||||
SSRİ | 3 | Macarıstan (əlv. vaxt) | 3 | |||
Danimarka | 0 | Danimarka | 1 |
1/2 final
17 iyun 1964 |
|
Santyaqo Bernabeu, Madrid Tamaşaçı: 34 713 Hakim: Artyur Blavye |
||||||
Heyətlər: İspaniya: İribar, Rivilya, Olivelya (k), Soko, Kalyexa, Fuste, Pereda, Amansio, Marselino, Martines, Suares, Lapetra.Macarıstan: Sentmixai, Matrai, K.Mesey, Şaroşi, İ.Nad, Şipoş, Komora, Bene, Albert, Tixi (k), Fenveşi. |
17 iyun 1964 |
|
Kamp Nou, Barselona Tamaşaçı: 38 558 Hakim: Konçetto Lo Bello |
||||||
Heyətlər: SSRİ: Yaşin, Mudrik, Şustikov, Şesternyov, Voronin, Aniçkin, Çislenko, V.İvanov (k), Ponedelnik, Qusarov, Xusainov. Danimarka: L.Nilsen, Y.-Y.Hansen, K.Hansen, B.Hansen, Birger Larsen, Torst, Erlinq Nilsen, K.Bertelsen, U.Madsen-I (k), U.Serensen, D.Danielsen. |
3-cü yer uğrunda oyun
20 iyun 1964 |
|
Kamp Nou, Barselona Tamaşaçı: 3 869 Hakim: Daniel Melle |
||||||
Heyətlər: Macarıstan: Sentmixai, Novak, K.Mesey, İxas, Şipoş (k), Şoymoşi, Y.Farkaş, Z.Varqa, Albert, Bene, Fenveşi. Danimarka: L.Nilsen, Volmar, Birger Larsen, K.Hansen, B.Hansen, Erlinq Nilsen, K.Bertelsen, Torst, U.Serensen, U.Madsen-I (k), D.Danielsen. |
Final
21 iyun 1964 |
|
Santyaqo Bernabeu, Madrid Tamaşaçı: 79 115 Hakim: Artur Holland |
||||||
Heyətlər: İspaniya: İribar, Rivilya, Olivelya (k), Soko, Kalyexa, Fuste, Suares, Pereda, Amansio, Marselino Martines, Lapetra. SSRİ: Yaşin, Mudrik, Şustikov, Şesternyov, Aniçkin, A.Korneyev, Voronin, Çislenko, V.İvanov (k), Ponedelnik, Xusainov. |
Avropa çempionu 1964 |
---|
İspaniya Birinci titul |
Bombardirlər
2 top
- Ferents Bene
- Dejö Novak
- Xesus Mariya Pereda
Simvolik yığma komanda
- Q Lev Yaşin
- M Felisyano Rivilya
- M Dejö Novak
- M İqnasio Soko
- M Ferran Olivelya
- Ym Amansio Amaro
- Ym Valentin İvanov
- Ym Luis Suares Miramontes
- H Ferents Bene
- H Xesus mariya Pereda
- H Florian Albert
Mənbə: UEFA[1]
İstinadlar
- "1964: Simvolik yığma komanda". 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-24.