1963 Avroviziya Mahnı Müsabiqəsi

1963 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1963; fr. Concours Eurovision de la chanson 1963) — sayca 8-ci Avroviziya Mahnı Müsabiqəsidir. İzabel Obrenin ifa etdiyi Un Premier Amour mahnısı ilə 1962 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca qələbə qazanmasının ardınca Avroviziyaya üçüncü dəfə ev sahibliyi etmək hüququ əldə edən Fransa, maliyyə problemlərini səbəb göstərərək Avroviziya 1963-ə ev sahibliyi etməkdən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Böyük Britaniya ikinci dəfə öz üzərinə götürmüşdür. Beləliklə Avroviziya 1963 Böyük Britaniyanın paytaxtı London şəhərində BBC televiziya mərkəzində keçirilmişdir. Müsabiqə 1963-cü ilin 23 mart tarixində baş tutmuşdur. Müsabiqədə Danimarka təmsilçiləri Qrete və Yörqen İnqmann dueti ifa etdikləri "Dansevise" adlı mahnı ilə qalib gəlmişdir. Səsvermələrdə son ölkə olan Norveçin səsləri əvvəl səhv açıqlanmışdır və İsveçrə qalib olmuşdur. Lakin aparıcı bu səhvini hiss etmiş və Norveç münsifi səsləri təkrar oxumuşdur. Sonda Danimarka müsabiqənin qalibi elan edilmişdir.

1963 Avroviziya Mahnı Müsabiqəsi
Final 23 mart 1963
Aparıcı(lar) Keyti Boyl
Kanal Böyük Britaniya BBC
Keçirilən yer BBC televiziya mərkəzi,
London, Böyük Britaniya
Qalib mahnı Danimarka Danimarka
"Dansevise"
Seçki sistemi 20 nəfərdən təşkil olunmuş münsif heyəti bəyəndiyi 5 favorit mahnıya xal verə bilirdi
İştirakçıların sayı 16
İlk dəfə iştirak edən ölkələr Olmayıb
İştirakdan imtina edən ölkələr Olmayıb
Avroviziya Mahnı Müsabiqəsi
◄ 19621964 ►

Final

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Böyük Britaniya Böyük Britaniya İngiliscə Ronni Karroll "Say Wonderful Things" Möhtəşəm bir şeylər söylə 4 28
02 Niderland Niderland Niderlandca Anni Palmen "Een speeldoos" Musiqi qutusu 13 0
03 Almaniya Almaniya Almanca Haydi Brül "Marcel" Marsel 9 5
04 Avstriya Avstriya Almanca, İngiliscə Karmela Korren "Vielleicht geschieht ein Wunder" Bəlkə möcüzə baş verər 7 16
05 Norveç Norveç Norveçcə Anita Tallauq "Solhverv" Gündönümü 13 0
06 İtaliya İtaliya İtalyanca Emilio Perikoli "Uno per tutte" Birimiz hamımız üçün 3 37
07 Finlandiya Finlandiya Fincə Laila Halme "Muistojeni laulu" Xatirələrimdəki mahnı 13 0
08 Danimarka Danimarka Danca Qrete İnqmann və Yörqen İnqmann "Dansevise" Rəqs şousu 1 42
09 Yuqoslaviya Yuqoslaviya Xorvatca Viçe Vukov "Brodovi" Gəmilər 11 3
10 İsveçrə İsveçrə Fransızca Ester Ofarim "T'en va pas" Getmə 2 40
11 Fransa Fransa Fransızca Alen Barrier "Elle était si jolie" O çox gözəl idi 5 25
12 İspaniya İspaniya İspanca Xose Qardiola "Algo prodigioso" Nəsə möcüzəvi 12 2
13 İsveç İsveç İsveçcə Monika Zetterlund "En gång i Stockholm" Bir dəfə Stokholmda 13 0
14 Belçika Belçika Niderlandca Jak Reymon "Waarom?" Niyə? 10 4
15 Monako Monako Fransızca Fransua Ardi "L'amour s'en va" Sevgi tərk edir 5 25
16 Lüksemburq Lüksemburq Fransızca Nana Muskuri "À force de prier" İsrarla dua et 8 13

Nəticələr

Səsvermə nəticələri
Cəmi Böyük Britaniya Niderland Almaniya Avstriya Norveç İtaliya Finlandiya Danimarka Yuqoslaviya İsveçrə Fransa İspaniya İsveç Belçika Monako Lüksemburq
Böyük Britaniya28353333521
Niderland0
Almaniya523
Avstriya16441232
Norveç0
İtaliya3721325453354
Finlandiya0
Danimarka4235234253555
Yuqoslaviya312
İsveçrə4054515441443
Fransa254124541121
İspaniya22
İsveç0
Belçika44
Monako251251311542
Lüksemburq13311224

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.