1959 UEFA Çempionlar Kuboku finalı

1959 UEFA Çempionlar Kuboku finalı ―3 iyun 1959-cu ildə Çempionlar Kuboku 1958/1959 mövsümünün qalibini müəyyən etmək üçün Almaniyanın Ştutqart şəhərinin Nekkarştadion stadionunda keçirilən futbol oyunu. Matç İspaniyanın "Real Madrid" və Fransanın "Reyms" klubları arasında baş tutmuşdur. Oyun 2–0 "Real Madrid"in xeyrinə başa çatdı və beləliklə ispan təmsilçisi ard-arda dördüncü Çempionlar Kubokunu qazandı və 1956-cı ildən sonra son dörd il ərzində ikinci dəfə finalda "Reyms" klubuna qalib gəldi. "Real Madrid" oyunda dominantlıq edərək, Enrike MateosAlfredo Di Stefanonun qolları sayəsində qələbə çaldı.

1959 UEFA Çempionlar Kuboku finalı
Turnir UEFA Çempionlar Kuboku 1958/1959
Tarix 3 iyun 1959
Yer Nekkarştadion, Ştutqart
Hakim Albert Duş (Qərbi Almaniya)
Tamaşaçı 72.000
1958
1960

Finala gedən yol

Real Madrid Mərhələ Reyms
Rəqib Ümumi 1-ci oyun 2-ci oyun Rəqib Ümumi 1-ci oyun 2-ci oyun
Avtomatik vəsiqə İlkin mərhələ Şimali İrlandiya Ards 10–3 4–1 (S) 6–2 (Ev)
Türkiyə Beşiktaş 3–1 2–0 (Ev) 1–1 (S) Birinci raund Finlandiya HPS 7–0 4–0 (Ev) 3–0 (S)
Avstriya Viner Şport-Klub 7–1 0–0 (S) 7–1 (Ev) 1/4 final Belçika Standard Lyej 3–2 0–2 (S) 3–0 (Ev)
İspaniya Atletiko Madrid 2–2

(Təkrar: 2–1)

2–1 (Ev) 0–1 (S) Yarımfinal İsveçrə Yanq-Boyz 3–1 0–1 (S) 3–0 (Ev)

Oyun

Təffərrüatlar

Real Madrid İspaniya20Fransa Reyms
Enrike Mateos Qol 1'
Di Stefano Qol 47'
Hesabat
Nekkarştadion, Ştutqart
Tamaşaçı: 72.000
Hakim: Albert Duş (Qərbi Almaniya)
Real Madrid
Reyms
GK1Argentina Roxelio Domingez
RB2İspaniya Markitos
CB3İspaniya[lower-alpha 1] Xose Santamariya
LB4İspaniya Xose Mariya Sarraqa (k)
RH5İspaniya Xuan Santisteban
LH6İspaniya Antonio Ruis
OR7Fransa Raymon Kopa
IR8İspaniya Enrike Mateos
CF9İspaniya[lower-alpha 2] Alfredo Di Stefano
IL10İspaniya Ektor Rial
OL11İspaniya Fransisko Xento
Məşqçi:
Argentina Luis Karnilya

GK1Fransa Dominik Kolonna
RB2Fransa Brüno Rodzik
CB3Fransa Rober Jonke (k)
LB4Fransa Raul Jirodo
RH5Fransa Arman Penvern
LH6Fransa Mişel Leblon
OR7Fransa Robert Lamartin
IR8Fransa Rene Bliyar
CF9Fransa Jüst Fonten
IL10Fransa Roje Pyantoni
OL11Fransa Jan Vensan
Məşqçi:
Fransa Alber Battö

Qeydlər

  1. Santamariya 1952-ci ildən 1957-ci ilə qədər doğma Uruqvay millisinin forması ilə 20 oyun keçirmişdir və 1958-ci ildən başlayaraq İspaniya milli komandasını təmsil etməyə başlamışdır.[1]
  2. Argentina əsilli Di Stefano milli komanda karyerası boyunca Argentina və Kolumbiya millilərində çıxış etmişdir; bununla belə 1956-cı ildə o, İspaniya vətəndaşlığını aldı və 1957-ci ildə ölkənin milli komandasına qoşuldu.[1][2]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
  2. "Arxivlənmiş surət". 2022-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-14.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.