1948
İllər |
---|
1944 • 1945 • 1946 • 1947 — 1948 — 1949 • 1950 • 1951 • 1952 |
Onilliklər |
1920-ci illər • 1930-cu illər — 1940-cı illər — 1950-ci illər • 1960-cı illər |
Əsrlər |
XIX əsr — XX əsr — XXI əsr |
1948 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1948 MCMXLVIII |
Yuli təqvimi | 1948 |
Yuli təqvimi bizans erasında |
7456-7457 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2700-2701 (21 aprel) |
Avropa təqvimi |
5708-5709 ה'תש"ח - ה'תש"ט |
Hicri təqvim | 1367-1368 |
Erməni təqvimi | 4440-4441 (11 avqust)
ՌՋԽԸ |
Çin təqvimi | 4644-4645 丁亥 - 戊子 qırmızı donuz - sarı siçovul |
Efiopiya təqvimi | 1940 - 1941 |
Hind təqvimi | |
- Vikram-samvat | 2004-2005 |
- Şaka sambat | 1870—1871 |
- Kali-yuqa | 5049-5050 |
İran təqvimi | 1326-1327 |
Buddist təqvimi | 2491 |
Holosen təqvimi | 11948 |
Yapon xronologiyası | 23 Syova erası |
Fransız inqilabı təqvimi | 156—157 |
Çuçxe təqvimi | 37-ci çuçxe ili |
Minqo təqvimi | 37-ci Tayvan ili |
Hadisələr
- 20 fevral – İkinci dünya müharibəsindən sonra İosif Stalin tərəfindən sosialist düşərgəsinə daxil edilmiş Çexoslovakiyada ilk antikommunist çıxışlarının başlanması. Çexoslovakiyanın hökumət koalisiyasına daxil olan burjua və millətçi partiyaların rəvac verdiyi bu hərəkatın qarşısının Moskvanın hərbi dəstəyi ilə alınması.
- aprel - 29 dövlətin iştirakı ilə Amerika dövlətləri təşkilatının yaradılması.
- 14 may - yəhudilər üçün ayrılmış Fələstin ərazisində müstəqil Fələstin dövlətinin yaradılması.
- 21 dekabr - Irlandiyanın müstəqilliyinin elan edilməsi.
- Cənubi Koreya Respublikasının yaradılması.
- 10 mart - SSRİ Nazirlər Soveti tərəfindən "Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi üzrə tədbirlər haqqqında" qərar qəbul edilməsi.
- 16 mart - Azərbaycanın qərbində “metallurqlar şəhəri” Daşkəsənin əsasının qoyulması.
- iyun - Bakıda Xarici Dillər İnstitutunun yaradılması.
Doğumlar
- 16 yanvar – Con Karpenter – rejissor.
- 1 yanvar – Dövlət Bağçalı – Türkiyə Milliyyətçi Hərəkat Partiyası Genel Başqanı.
- 24 may - Fuad Poladov - kino və teatr aktyoru, xalq artisti
- 29 iyul – Ramiz Əzizbəyli – aktyor, rejissor, ssenari müəllifi.
- 30 iyul – Jan Reno – Fransa aktyoru.
- 8 avqust – Rasim Balayev – Azərbaycan aktyoru, xalq artisti.
- 25 avqust - Faiq Qasımov - Azərbaycan aktyoru.
- 30 sentyabr – Semiramis Pekkan – Türkiyə müğənnisi və kinoaktrisası.
- 18 oktyabr – Mahmud Kərimov – fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
- 17 dekabr – Kamal Kılıçdaroğlu – Cümhuriyyət Xalq Partiyasının (Türkiyə) Genel Başqanı.
- 27 dekabr – Jerar Depardye – fransız aktyor.
Vəfatlar
- 30 yanvar – Mahatma Qandi –Hindistan passifist siyasətçisi və düşüncə adamı.
- 23 noyabr – Üzeyir Hacıbəyov – dünya şöhrətli Azərbaycan bəstəkarı.
- 1 sentyabr — Çarlz Ostin Bird, Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.