1930-cu il Şəki üsyanı (film)
1930-cu il Şəki üsyanı qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Taleh İsmayıl tərəfindən ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir. Şəki üsyanı 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda Sovet hakimiyyətinə qarşı mülkədarların, burjua ünsürlərinin iştirakı ilə baş vermiş silahlı üsyanın ümumiləşdirilmış adıdır. Film bu tarixi hadisələrdən bəhs edir.
1930-cu il Şəki üsyanı | |
---|---|
Janr |
sənədli qısametrajlı tarixi |
Rejissor | Taleh İsmayıl |
Prodüser | Kamil Muradov |
Ssenari müəllifi | Mahir Qəribov |
Baş rollarda |
Xanlar Həşimzadə Nemət Ağabalayev Aydın Əlibalayev |
Operator | Manaf Quliyev |
İstehsalçı | İctimai televiziya (Carçı film) |
Filmin növü | qısametrajlı sənədli-bədii televiziya filmi |
Müddət | 36 dəq. |
Ölkələr |
![]() |
Dil | azərbaycanca |
Rəng | rəngli |
Məzmun
Şəki üsyanı 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda Sovet hakimiyyətinə qarşı mülkədarların, burjua ünsürlərinin iştirakı ilə baş vermiş silahlı üsyanın ümumiləşdirilmış adıdır.[1]
Əksəriyyəti süvarilərdən ibarət olan yaxşı silahlanmış 200 nəfər üsyançı 1930-cu il aprelin 13-də Göynük (şimal-qərb) və Zəyzid-Bideyiz (cənub-şərq) istiqamətlərindən şəhərə hücum etdilər. Hücum üçün əsas obyektlər həbsxana və rayon partiya komitəsinin binaları seçilmişdi.
20-30-cu illərdə Sovet hökumətinin kollektivləşmə siyasəti “xalqın kəskin narazılğına səbəb oldu”, beləliklə də 1930-cu ildə Şəkidə antisovet üsyan baş verdi.
Filmin üzərində işləyənlər
Ssenarist: Mahir Qəribov
Rejissor: Taleh İsmayıl
Operator: Manaf Quliyev
Prodüser: Kamil Muradov
Rollarda
Xanlar Həşimzadə
Nemət Ağabalayev
Aydın Əlibalayev
Pərvin İsmayılov
Həmçinin bax
İstinadlar
- "Şəki üsyanı (1930)". 2020-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.