1905-ci ildə
1905-ci ildə — 1931-ci ildə Azərbaycan dramaturqu Cəfər Cabbarlının Qafqazda Erməni-Azərbaycan müharibəsi dövründə azərbaycanlı Baxşı və erməni Sonanın məhəbbət hekayəsi üzərində yazdığı pyes.
1905-ci ildə | |
---|---|
| |
Janr | Epik dram[1] |
Müəllif | Cəfər Cabbarlı |
Orijinal dili | Azərbaycan dili |
Yazılma ili | 1931 |
Əvvəlki | Almaz |
Sonrakı | Yaşar |
1905-ci ildə Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Pyes ilk dəfə səhnədə 1931-ci ildə Bakıda nümayiş olunub. Əsər tarla müşayiət olunan "Sarı Gəlin" xalq mahnısının ifası ilə başlayır.[2][3] Əsəri rus dilinə İqor Peçenev tərcümə edib.[4]
Yaranma tarixi
Cəfər Cabbarlının 1905-ci ildə Erməni-Azərbaycan müharibəsinin siyasi cəhətdən çox kəskin və kompleks mövzusunu bədii şəkildə əhatə etməsinə səbəb olan həlledici fakt, azərbaycanlı dramaturqunun Maksim Qorki ilə görüşü idi və onun Qorkinin "Sovetlərin Birliyi haqqında" kitabı ilə dərin maraqlanması idi.[5]
Cəfər Cabbarlı etiraf edirdi ki, "1905-ci ildə" pyesini yazarkən, o "1905-ci ildə Bakıda baş verən bütün inqilabi hadisələri" əhatə etmək vəzifəsini özü üçün əsas qoymamışdı. Onun sözlərinə görə, "bu mövzu hələ də bədii həllini gözləyir".[6] 1929-cu ildə Cabbarlı Zaqafqaziya xalqlarının mədəni birliyi ayı ərzində Gürcüstana və Ermənistana səfər etmişdir. O, bu səfərdən sonra "1905-ci ildə" pyesini yazdı. Pyesin yaranma tarixi haqqında Cəfər Cabbarlı Ədəbiyyat qəzetinin 1934-cü il 30 may nəşrində yazırdı:
Gürcüstan, Ermənistan və Dağlıq Qarabağda olarkən mən fərqli millətlərlə tanış oldum. Onlar sülhsevər sosialist tikinti ilə məşğul idi. Bir dəfə köçərilər ilə tanış oldum. Sürü ilə yanaşı, tək bir azərbaycanlı qadın yeriyirdi. O, örtüksüz idi. Daha sonra başqa bir qadınla tanış oldum. O, erməni idi və birinci qadın kimi eyni geyinmişdi. İlk baxışdan onları bir-birindən ayırmaq çətin idi. Bu xalqların evi fırçalama, kənd təsərrüfatı alətləri, adətləri, mahnı və rəqslər eyni idi. Əslində bu iki millət bir xalqdır. Əgər belədirsə, onda nə bu xalqları qanlı toqquşmalara itələdi? Mən bu mövzu haqqında dərindən düşündüm, həyatı öyrənməyə başladım və beləliklə, pyesin üzrərində işləməyə başladım, harada ki, rus avtokratiyasının müstəmləkə siyasətinin, kütlələrin diqqətini inqilabdan yönəltmək üçün iki qardaş xalqın başlarını bir-birinə vurulmasından bəhs olunur. 1905-ci ildəki milli qırğının zəminini seçib, "1905-ci ildə" pyesini yazdım.[7] |
Səhnələşdirilmə tarixi
Azərbaycan səhnəsində pyes ilk dəfə 1931-ci ilin oktyabr ayında (1931-1932-ci il mövsümü) nümayiş etdirilib.[7] Pyesin ilk rejissoru Leninqraddan dəvət olunan rejissor V.V. Lyutse, rəssam P. Ryabçikov isə tamaşanın bədii dizaynını qurmuşdu. Tamaşa müəllifin qurucu direktorun iştirakı ilə həyata keçirilmişdir. Tamaşanın musiqisi bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmışdır.[8] Tamaşanın bədii bəzənməsində bir çox konstruktivizm və formalizm elementləri var idi: əsas platformalar üç hissəli kənd evinin şaquli hissəsində yerləşirdi, orada müəyyən hissələr işıqlanırdı.[8] Tamaşada bolşevik Eyvazın təsvirini Azərbaycan Respublikasının əməkdar artisti Abbas Mirzə Şərifzadə tərəfindən yaradılmışdır.[9]
Eyni zamanda "1905-ci ildə" tamaşası, Lyutse-Cabarlı-Ryabçikovun erməni teatrında eyni olaraq nümayiş etdirilmişdir. Hər iki teatr 1931-1932 mövsümünü bu tamaşa ilə açmışdır.[8] Tamaşanın müvəffəqiyyəti çox böyük idi. Daha sonra tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrı və İrəvanın Sundukyan adına Ermənistan Teatrında nümayiş etdirilmişdir.[10] Teatrşünas Cəfər Cəfərov yazırdı ki, 1931-ci il "1905-ci ildə" pyesinə görə Azərbaycan sənətinə böyük bir qələbə gətirdi".[9]
1937-ci ildə İsmayıl Hidayətzadənin rejissoru olduğu "1905-ci ildə" tamaşası hazırlanmışdır. Teatrşünas Cəfər Cəfərov qeyd edirdi ki, 1937-ci ilin tamaşasında İsmayıl Hidayətzadə bolşevik Volodin və Eyvazın obrazlarını daha artırdı, 1905-ci ildə inqilabi mübarizənin imicini genişləndirdi və bununla tamaşaya xas olan çatışmazlığı aradan qaldırmağa bacardı.[11] Yenə də Eyvaz rolunu artıq Azərbaycan Respublikasının Abbas Mirzə Şərifzadə oynamışdır.[9]
Əsərin təhlili
1931-ci ildə oktyabr ayının 6-da "Kommunist" qəzetində Xəlil İbrahim, Cəfər Cabbarlının "1905-ci ildə" kimi internasional ruhlu yeni əsəri haqqında "bizcə bu əsər səhnədən götürülməlidir" – deyə kontrrevolusioner bir nəticəyə gələrkən, qəzetin o zamankı redaktoru Əminbəyli, qəzet əməkdaşlarının etirazına baxmayaraq, məqalənin axırına idarədən bu sözləri əlavə etməyi lazım bilmişdi: "müəllifin fikri ilə idarəmiz şərikdir".[12]
Xalq dramaturqu Cəfər Cabbarlının “1905-ci ildə” və “Yaşar” pyesləri Azərbaycan əməkçilərinin məhəbbətini qazanmışdır”- deyə Bakı proletariatı və Azərbaycan əməkçiləri, Azərbaycanda sovet hökumətinin qurulmasının 15 illiyi bayramı münasibətilə Stalin yoldaşa raport verdiyi bir halda, müsavatçı ikiüzlü Əminbəyli “1905-ci ildə” pyesini kontrrevolusion bir əsər adlandıraraq, səhnədən götürülməsini tələb edirdi.[12] |
Şərqşünas Lutsian Klimoviç qeyd edirdi ki, "1905-ci ildə", Cabbarlının "Almas" pyesi ilə yanaşı, "yüksək səhnə keyfiyyətləri və aktyorların parlaq dil xüsusiyyətləri ilə" fərqlənirdi.[13] Ədəbiyyatşünas və tənqidçi Qasım Qasımzadənin sözlərinə görə, "1905-ci ildə" pyesinin qəhrəmanları — azərbaycanlı və erməni olması uğurlu idi.[14] Beləliklə, Qasımzadəyə görə, Cəfər Cabbarlı həm sosial məsələləri, həm də iki ailənin taleyini həll edir. Pyesin proloq və epiloqunda Baxşı və Sonanın böyük məhəbbəti, onların uşaqlarının Sovet dövründə köhnə ənənələrinin aradan qaldırılması göstərilir.[14]
Buna baxmayaraq, Qasımzadə qeyd edir ki, gənc Sona ilə gənc Baxşı arasındakı əlaqələr pyesdə tamamilə aydın deyil.[14] Qasımzadənin sözlərinə görə, Cabbarlı "1905-ci ildə" pyesində proletar beynəlmiləlçilik baxımından "avtokratik sistemə qarşı mübarizədə millətlərin birliyi, xalqların tarixi dostluğunun böyük əhəmiyyəti olan milli məsələni" şərh edir. Qasımzadə hesab edir ki, "1905-ci ildə" pyresində burjua millətçilərinin saxtakarlıqları ortaya qoyulur, hansılar ki, "xalqlar arasında milli qarşıdurma yaratmağa çalışırdı və xalqlar arasındakı sarsılmaz dostluq ənənələrini göstərilirdi".[14] Qasımzadənin sözlərinə görə, Cəfər Cabbarlı ən önə erməni və Azərbaycan xalqlarının birliyini ortaya qoymuşdu.[14]
Ədəbiyyatşünas Məmməd Arifin sözlərinə görə, "1905-ci ildə" pyesi çoxölçülü bir işdir, harada ki, kütləvi xalq səhnələri duyğulu və lirik səhnələr ilə sıx əlaqədardır.[6] Məmməd Arif qeyd edir ki, çoxmillətli və sənaye şəhəri olan Bakı şəhərindəki inqilabi hərəkatın xüsusiyyətlərini əks etdirmək istəyən, Cabbarlı müxtəlif millətlərin işçilərinin əlaqələrinə diqqət yetirirdi.[6]
Bakıya gəlmiş dramaturq Vsevolod Vişnevski 1934-cü ildə Bakı şəhərinin Azərbaycan Dövlət Rus Dram Teatrında "1905-ci ildə" tamaşası səhnəsinə baxaraq, qeyd edirdi:
Həyatı mükəmməl bilən müəllif, səhnədə insan şəkillərinin bütün qalereyasını gətirmişdi. Mənim fikrimcə, bu qalereyadakı milli tipajlar - iki yaşlı kişi, Karapet və bir çoxları daha uğurlu alınıb. İki yaşlı kişinin görüş səhnəsi olduqca yaxşıdır.[6] |
M. Hüseynova yazırdı ki, həm məzmunu, həm də səhnə quruluşuna görə bu pyes Azərbaycan teatrı üçün yeni idi.[5] Hüseynova və Məmməd Arifin sözlərinə görə, Cabbarlı tamaşada dörd əsas sosial qrupun qarşıdurmasını göstərirdi. Hüseynovanın sözlərinə görə, birinci qrupa "çar hakimiyyətinin müdafiəçiləri", o cümlədən Bakı qubernatoru, onun həyat yoldaşı, polismeyster, bələdiyyə başçısı, prokuror, məhkəmə sədri və kazaklar daxil idi. Hüseynovaya görə, ikinci qrupda "Azərbaycanın inqilabçı qüvvələrini" təcəssüm etdirən çarizmə qarşı aktiv döyüşçülərdən ibarət idi. Bunlara Volodin, Eyvaz Əsriyan, yeraltı döyüşçülər İsak və Aram, qoca Baxşı və neft işçiləri daxil idi. Üçüncü sosial qrup azərbaycanlı və erməni burjuaziyasının nümayəndələrindən, habelə ən zəngin neft yataqlarının sahibləri — Salamov, Ağamyan, Bahadur bəy və s. ibarət idi. Azərbaycanlıların (Allahverdi, İmamverdi) və ermənilərdən ibarət ən yoxsul kəndlilər dördüncü qrupu təşkil edirdi. Hüseynova və Məmməd Arifin sözlərinə görə, general-qubernatorun obrazında "çar hakimiyyətinin casuslarından" biri göstərilir.[5][6]
"Sovet Dram Teatrının tarixi" kitabının müəllifləri yazırdılar ki, tamaşa 1905-ci ildə "Azərbaycan və erməni milliyyətçi burjuaziyası tərəfindən rus imperiyasının cənub hissələrindən birində inqilabi mübarizənin gələcək inkişafını zəiflətmək və qarşısını almaq istəyən çarizmin aktual dəstəyi ilə törədilmiş" erməni-azərbaycanlı qırğınının qanlı hadisələrini canlandırırdı.[10]
Vartan Adcemyan, pyesdən danışarkən qeyd edir ki, "hadisələrin əhatə dairəsi üçün müəllif öz bədii fikirlərini əslində dərinləşdirməyə çalışır". Adcemyan misal göstərmək üçün, barikada səhnəsinində qeyd edirdidi ki, iki dost olan Allahverdi və İmamverdinin müxalif düşərgələrdə təsadüfən olaraq qalırdılar, əvvəlcə düşmən kimi mübarizə aparırlar, amma bir-birini tanıyaraq, bu qırğını başlayan qüvvələrə lənət edirdilər:[10]
Cabbarlı düşüncələrini hər bir adi oxucuya və tamaşaçıya çatdıra bilmişdi. Yalnız belə obraz düşünməsinə malik olan, böyük bir usta belə bir səhnəni təsəvvür edə bilər. Cabbarlının yaradıcı düşüncəsinin qəlbində əsl vətəndaşlıq var.[10] |
Populyar mədəniyyətdə
"1905-ci ildə" pyesində Sonanın oxuduğu və Baxşının tarda müşayiət etdiyi "Azad bir quşdum" mahnısı Azərbaycan xalqı arasında böyük uğur qazanmışdır.[15][16] Mahnını lentə yazdıran ifaçılardan 1955-ci ildə Sara Qədimova, həmin ildə Şövkət Ələkbərova, 1976-cı ildə Elmira Rəhimova, 1981-ci ildə Səxavət Məmmədov, 1991-ci ildə Gülağa Məmmədov, 2001-ci ildə Yaqut Abdullayevanı qeyd etmək olar.
Ədəbiyyatda oxşar mövzular
- Əsli və Kərəm — azərbaycanlı Kərəm və erməni Əslinin sevgisi haqqında anonim dastan
- Qırmızı örtük — azərbaycanlının rus zabitinə sevgisi haqqında Aleksandr Bestujev-Marlinskinin hekayəsi
- Bahadır və Sona — azərbaycanlı tələbə Bahadır və erməni Sonanın sevgisi haqqında Nəriman Nərimanovun romanı
- Romantik hekayə — azərbaycanlı Əli və erməni Katarinanın sevgisi haqqında Stefan Zoryanın hekayəsi
- Əli və Nino — azərbaycanlı Əli və gürcü Ninonun sevgisi haqqında Qurban Səidin romanı
- Artuş və Zaur — erməni Artuş və azərbaycanlı Zaurun faciəvi sevgisi haqqında Əli Əkbərin romanı
İstinadlar
- İbrahimov, Mirzə. "Глашатаи нового. К 80-летию со дня рождения Джафара Джабарлы". Дружба народов. 1979: 263.
- Rüstəmli, Asif. "Qarabağ "1905-ci ildə": tarixi gerçəklik və bədii həqiqət". anl.az. anl.az. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2018.
- Cabbarlı, Cəfər. Джафар Джабарлы. Пьесы. Азербайджанское государственное издательство. 1958. 360.
- Гезалова, Э. Дж. "И. Печенев—переводчик Джафара Джабарлы". Издательство Азербайджанского государственного педагогического института. 1974: 215.
- Huseynova, M.M. Образ нового Баку в публицистике М. Горького и азербайджанская драматургия начала 30-х годов. Издательство Академии наук СССР. 1975. 65–166.
- Arif, Məmməd. Избранное в двух томах (II). Bakı: Азербайджанское государственное издательство. 1973. 150. (#accessdate_missing_url)
- Очерк истории азербайджанской советской литературы. Издательство Академии наук СССР. 1963. səh. 154. (#accessdate_missing_url)
- Искусство Азербайджана (I). 1949. 90–92. (#accessdate_missing_url)
- Cəfərov, Cəfər. Сочинения. Azərnəşr. 1970. 74.
- История советского драматического театра. Moskva: Наука. 1967. 338. (#accessdate_missing_url)
- Cəfərov, Cəfər. Азербайджанский драматический театр. Азербайджанское государственное издательство. 1962. 347. (#accessdate_missing_url)
- "Cəfər Cabbarlı şikayət ərizəsində Azdramadan nə yazırdı?". www.azadliq.org. www.azadliq.org. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2018.
- Klimoviç, Lutsian. Хрестоматия по литературе народов СССР. Государственное учебно-педагогическое издательство Министерства Просвещения. 1959. səh. 171. (#accessdate_missing_url)
- Qasımzadə, Qasım. Дружба народов в азербайджанской советской литературе. 1963. səh. 40-153. (#accessdate_missing_url)
- ""Azad bir quşdum..."". www.anl.az. www.anl.az. 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2018.
- "Cəfər Cabbarlı Gəncədə - Bir mühacirin xatirəsi". teleqraf.com. teleqraf.com. İstifadə tarixi: 18 oktyabr 2018.