13 nöqtəli hippodamia parabüzəni

13 nöqtəli hippodamia parabüzəni (lat. Hippodamia 13-punctata L.) — Qanadüstlüyü narıncı rəngdədir.

13 nöqtəli hippodamia parabüzəni
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
???:
13 nöqtəli hippodamia parabüzəni
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  114333
NCBI  1514968
EOL  1174388

Biologiyası

Qanadüstlüyü narıncı rəngdədir. Bir ədəd qara nöqtə boyun hissədə, 5-6 ədəd isə qanadlarında harmonik və simmetrik düzülüb, başı sarı, böyüklüyü 5–7 mm-dir.[2] Azərbaycanın bütün təbii zonaları üçün xarakterikdir. Lakin fərdlərin say dinamikasına görə Şirvan zonasında və Naxçıvan ərazisində nisbətən çoxluq təşkil edir. Ən çox rütubətli biosenozlara meyilli olurlar, taxıllar fəsiləsinə aid olan bitkilər üzərində qidalanır. İşıqsevər böcəkdir, gecələr tək-tək işığa doğru uçurlar. Havalar isindikcə yay aylarında bataqlıq qamış və qarğı üzəridə diapauza mərhələsi keçirmədən qidalanır və fasiləsiz olaraq çoxalırlar. Yumurtadan sürfə çıxımı çox olur (70-80%). Beləliklə, böcək mühit amillərinə qarşı həssasdır və adekvat reaksiya verə bilir. İl ərzində iki nəsil verir. Yumurta qoyma may ayının ikinci yarısından başlayır. İyunun ikinci yarısında sürfə kütləvi olaraq intensiv surətdə mənənələri məhv edir. Qışı qidalandığı rütubətli sahələrin yaxınlığında nisbətə yüksək yerlərdə xəzəl və çöplərin altında keçirir, soyuğa dözümlüdür.

Yayılması

Qərbi Avropada və Şimali Amerikada yayılıb.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981

Ədəbiyyat

  1. Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli, 65
  2. Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
  3. Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.