12 fevral
12 fevral — Qriqorian təqvimində ilin 43-cü günü. Bu tarixdə ilin sonuna 322 gün (uzun ildə 323 gün) qalır.
Fevral | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
|||||||||||||||||||||||||||||||||||||||||||
2024-cü il |
XX və XXI əsrdə Yuli təqvimi ilə 30 yanvar tarixinə uyğun gəlir.[1]
Əhəmiyyətli hadisələr
1600-cü ildən əvvəl
- 1541 — Pedro de Valdivia Çilinin Santyaqo şəhərini təsis edib.[2]
1901–cari
- 1939 — Peru milli futbol komandası Amerika Kubokunu qazanıb.[3]
- 1994
- XVII Qış Olimpiya Oyunları Lillehammerdə keçirilib.[4]
- Dörd oğru Norveç Milli Qalereyasından Edvard Munkun "Fəryad" rəsm əsərini oğurlayıblar.[5]
- 2002 — Niderlandın Haaqa şəhərində Birləşmiş Millətlər Təşkilatının keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlayıb.[5]
- 2010 — XXI Qış Olimpiya Oyunları Vankuverdə keçirilib.[4]
- 2012 — Zambiya milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.[6]
Doğumlar
1601–1900
- 1760 — Yan Düssek, Çexiya bəstəkarı
- 1809
- Avraam Linkoln, ABŞ prezidenti
- Çarlz Darvin, İngiltərə naturalisti
- 1881 — Anna Pavlova, Rusiya ballerinası
- 1888 — İvan Qabışev, Rusiya inqilabçısı
- 1898 — İsidor Baraxov, Sovet dövlət xadimi
- 1900 — Vasili Çuykov, Sovet marşalı
1901–cari
- 1911 — Bəhram Mansurov, Azərbaycan tarzəni
- 1912 — Ənvər Qasımzadə, Azərbaycan memarı
- 1915 — Vasili Ajayev, Rusiya yazıçısı
- 1920 — Pran, Hindistan aktyoru
- 1932 — Rami Qaripov, Başqırdıstan şairi
- 1933 — Mais Salmanov, Azərbaycan xanəndəsi
- 1942 — Ehud Barak, İsrail baş naziri
- 1946 — Ajda Pekkan, Türkiyə müğənnisi
- 1964 — Təbriz Xəlilbəyli, Azərbaycan hərbçisi, Azərbaycanın Milli Qəhrəmanı
- 1969 — Darren Aronofski, ABŞ kinorejissoru
- 1987 — Cavidan Novruz, Azərbaycan aktyoru
- 1988 — Cahid Tağızadə, Azərbaycan giziri
- 1990 — Soni Mustivar, Haiti futbolçusu
- 1992 — Ramiq Ağayev, Azərbaycan əsgəri
- 1997 — Xəyal Nuri, Azərbaycan əsgəri
Ölümlər
1600-cü ildən əvvəl
- 1578 — Pərixan xanım, Səfəvi şahzadəsi
1601–1900
- 1713 — Cahandar Şah, Böyük Moğol imperatoru
- 1804 — İmmanuel Kant, Almaniya filosofu
- 1898 — Mikloş Barabaş, Macarıstan boyakarı
1901–cari
- 1931 — Səməd bəy Mehmandarov, Azərbaycan generalı
- 1942 — Qrant Vud, ABŞ boyakarı
- 1984 — Xulio Kortasar, Argentina və Fransa yazıçısı
- 2008 — Badri Patarkatsişvili, Gürcüstan iş adamı
- 2009 — Elmira Abasova, Azərbaycan musiqişünası
- 2010 — Nodar Kumaritaşvili, Gürcüstan kirşəçisi
- 2017 — Kübra Dadaşova, Azərbaycan aktrisası
- 2019
- Altay Hacıyev, Azərbaycan boyakarı
- Qordon Benks, İngiltərə futbolçusu
Bayramlar və xüsusi günlər
- Myanmar — İttifaq Günü
İstinadlar
- XX və XXI əsrlərdə Qriqorian təqvimi Yuli təqvimindən 13 gün irəlidədir.
- Hugh Raymond Spilsbury Pocock. The Conquest of Chile. Stein and Day. 1967. səh. 69.
- "Copa América". www.footballhistory.org. www.footballhistory.org. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
- "The Olympics: A Guide to Reference Sources". www.loc.gov. www.loc.gov. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2022.
- "On this day in history - February 12". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
- "AFCON winners: who has won the most Africa Cup of Nations tournaments". www.nationalworld.com. www.nationalworld.com. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2022.
- "Azərbaycan Respublikası və Şri Lanka Demokratik Sosialist Respublikası arasında münasibətlər". mfa.gov.az. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.