12-nöqtəli vibidiya
12-nöqtəli vibidiya (lat. Vibidia duodecimguttat Poda.) — Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var.
12-nöqtəli vibidiya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: ???: 12-nöqtəli vibidiya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Biologiyası
Azərbaycanda azsaylı növdür. Əsasən Naxçıvan (Şahbuz və Ordubad), Şəki-Zaqatala və Talış zonalarında bir neçə fərd toplanmışdır.[1] Qoz ağacı üzərində mənənə ilə qidalanır. Qanadüstlüyü sarımtıl olub 6 ədəd dairəvi qara ləkələri var. Simmetrik olaraq ardıcıl düzülmüşdür. Bəzi populyasiyalarda ləkələr solğunlaşıb. Uzunluğu 3,5–4 mm-dir. Noyabrın sonundan başlayaraq ağacın qabığının günəşə tərəf hissəsində qışlayır. Qış sığınacağından ağac qabığı altından toplanan böcəklərin sayından görünür ki, bunlar soyuğa nisbətən daha çox davamsızdırlar.
Yayılması
Qərbi Avropada, Kiçik Asiyada, İranda, Qafqazda yayılıbdır.
İstinadlar
- Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli
Ədəbiyyat
- Naxçıvan Muxtar Respublikasında yayılan yırtıcı cücülərin xeyirli fəaliyyəti və onların mühafizəsi. A.Mehdiyev, M.M.Seyidli
- Ümumi entomologiya I-II hissələr. Ağayev B.İ. Bakı 1979-1981
- Naxçıvan MR-da yayılan parabüzənlər (Coleoptera, Coccine elidae) və onların bioloji mübarizədə istifadə imkanları. Mehdiyev A.M.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.