1-ci Türkoloji Qurultay (film, 1926)
1-ci Türkoloji Qurultay — qısametrajlı sənədli filmi.
1-ci Türkoloji Qurultay | |
---|---|
1-ci Türkoloji Qurultay | |
Janr |
sənədli qısametrajlı |
İstehsalçı | Azdövlətkino |
İlk baxış tarixi | 1926 |
Filmin digər adı | Birinci Türkoloji Qurultay |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 8 dəq. |
Ölkələr |
![]() |
Dil | səssiz (titrlər ruscadır) |
Texniki məlumatlar |
1 hissə 225 metr[1] |
Rəng | ağ-qara |
Film Azdövlətkinoda[1] istehsal edilmişdir. Burada dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən bəhs edilir. Filmdə Səməd Ağamalıoğlu, Qəzənfər Musabəyov, Əli bəy Hüseynzadə və Hüseyn Cavid iştirak edirlər.
Məzmun
Film dünyada ilk dəfə Azərbaycanda Birinci Türkoloji Qurultayın keçirilməsindən, türk xalqlarının yeni latın əlifbasını qəbul etmələrindən, qurultayın türk xalqları ədəbiyyatı və dil problemləri barədə yekdil qərarlar verməsindən söhbət açır.[1]
Mənbə
Ведомости НКП. "Азербайджанское киностроительство", стр. 6. Газ. "Кино" 28 февраля 1928 года.
Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.16.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1926-cı ilin filmləri
1920-ci illər Azərbaycan filmlərinin siyahısı