1,3-Propandiol
1,3-Propandiol (СН2(СН2ОН)2) – üzvü birləşmədir. Suda yaxşı həll olan qatı rənqsiz mayedir.
1,3-Propandiol | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | C3H8O2 |
Molyar kütlə | 76.09 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 1,0538 q/sm³[1] |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | -26,5 °S |
Qaynama nöqtəsi | 210-212 °S |
Öz-özünə yanma temperaturu | 400 °C[2] |
Buxarın təzyiqi | 0,059 hectopascal[2], 9 hectopascal[2] |
Optik xüsusiyyətlər | |
Sındırma əmsalı | 1,4398[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 504-63-2 |
PubChem | 10442 |
RTECS | TY2010000 |
ChEBI | 16109 |
ChemSpider | 13839553 |
Tətbiqi
1.3-Propandiol əsasən politrimetilen tereftalat kimi polimerlərin istehsalı üçün xammal kimi istifadə olunur. Bu maddə kompozitlər, yapışqanlar, laminatlar, boyalar və bir çox sənaye məhsuluna əlavə olunur. Antifriz mayelərində və boyalarında bir həlledici olaraq da istifadə olunur.
Toksikliyi
Pişiklərlər üzərində aparılan təcrübələrdən alimlər 1.3-propandiolun 1.2-propilenqlikoldan təxminən iki qat daha zəhərli olduğunu təsbit ediblər.
Təhlükəsizlik
1,3-Propanediol, buxar və ya buxar / aerosol qarışığının inhalyasiyası ilə əhəmiyyətli bir təhlükə yaratmır.
Mənbə
- Химическая энциклопедия. - Т.4. - М.: Советская энциклопедия, 1995. - С. 103
- CRC Handbook of Chemistry and Physics (ing.). / W. M. Haynes 97 Boca Raton: 2016. P. 3–468. ISBN 978-1-4987-5428-6
- 1,3-Propanediol (ing.).
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.