0
Sıfır — ədəd oxunu müsbət və mənfi ədədlərə ayıran tam ədəd.
0 | |
---|---|
sıfır | |
← −2 · −1 · 0 · 1 · 2 → | |
İkili | 0 |
Səkkizlik | 0 |
Onaltılıq | 0 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun. ονδεν — heç nə). Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
Riyaziyyatda
Sıfırın əsas xassələri
- İstənilən ədədin üzərinə 0 əlavə etsən, cəm dəyişmir. Bu xassə genişləndirilmiş sistemlərdə, o cümlədən həqiqi və kompleks ədədlər meydanında da doğrudur.
- İstənilən ədədin 0-a hasili sıfra bərabərdir.
- Sıfırın işərəsi yoxdur, yəni o, nə mənfi, nə də müsbət ədəddir.
- 0 nə tək ədəddir, nə də cüt ədəddir.
- 0 istənilən natural ədədə bölünür və qismət 0-a bərabərdir.
- Sıfra bölmək olmaz. Belə ki, əgər , onda bölmənin tərifinə görə olmalıdır, eyni zamanda istənilən b üçün sıfra bərabərdir. Başqa sözlə 0-ın tərsi yoxdur.
- Sıfır faktorial birə bərabərdir.
Mənbə
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.