.london
.london — domen zonası.
![](../I/DotLondon_Logo.png.webp)
Domenin loqosu
Bu domen zonası ilə bağlı müqavilə "ICANN" ilə "Dot London Domains Ltd" şirkəti arasında 2013-cü ilin noyabrın ortalarında imzalanmışdır.[1]
Saytların ".london" zonasında qeydiyyatdan keçirilməsinə 29 aprel 2014-cü ildən etibarən başlanılmışdır. Amma ilk üç ayda Londonda fəaliyyət göstərən təşkilat və brend sahiblərinə üstünlük verilməsi planlaşdırılmışdır.[1]
London şəhərinin meri Boris Conson müvafiq domen zonasının fəaliyyətə başlaması ilə bağlı bildirmişdir kiː
".london" domeninin işə salınması Londonun internetdə populyarlaşması üçün çox gözəl imkan olacaq ki, bu da şəhər iqtisadiyyatına qoyulacaq investisiyaların artması ilə nəticələnəcək.[1]
İstinadlar
- Böyük Britaniyada ".london" zonasında ünvanların satışına başlanılıb. Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine ictnews.az (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.