Əzrayıl
Əzrayıl — İncildən başqa bəzi ənənəvi kitablarda, ivritlərdə, islam teologiyası və sihizmdə "ölüm mələyi"nin adıdır. Əzrayıl, Azrael, Izrail, Azrin, Izrael, Azriel, Ezraeil, Əzrayılla, Azryel, Ozryel və ya Azraa-eel olaraq müxtəlif şəkillərdə tələffüz edilir. Yəhudi mifologiyasında samael (sammael, samil) də adlandırılır.
Etimologiya
Adın süryani və ya ibrani dilində olduğunu deyənlərə görə azər və el sözlərindən ibarət olan bir tərkibdir və Allahın qulu mənasını verir. Onun ərəbcə olduğunu deyənlərə görə isə a-ze-ra və el (rayon) kəlimələrdən əmələ gəlmişdir və mənası da güclü, qüvvətli, salabət-li deməkdir.
Yəhudilikdə
Gustav Davidson'un “A Dictionary of Angels, Including The Fallen Angels” adlı əsərində ifadə edildiyinə görə Yəhudilikdə Əzrayıl ölüm mələyi olaraq qəbul edilir. Buna baxmayaraq Yəhudi din adamlarının kitabında ölüm mələyinin sayı birdən çox olduğu bildirilir.[1]
Yəhudi inancına görə ölüm mələyi birinci günü yaradılmışdır və əmrini Allahdan alır.[2] Yəhudi müqəddəs kitabında Tanrının ölüm mələyini can alaraq insanları cəzalandrması üçün Aşşura göndərdiyi və mələyin 185.000 adamı öldürdüyü qeyd olunur.[3] Eyni zamanda inanca görə onun Cənnətdə qalığı, on iki qanadı olduğu,[4] bədəni gözlərlə örtüldüyü, əlində bir qılınc tutduğu və yaxşı insanların ruhunu üç yaxşı mələklə pis insanların ruhunu isə üç pis mələklə birlikdə aldığı qeyd olunur. Əzrayıl altı ölüm mələyindən biridir.
Yəhudi angelogiyasında bir-birindən fərqli canlıların ölümü ilə bağlı fərqli ölüm mələkləri var: Cəbrail kralların, Kapziel gənclərin, Maşbir heyvanların, Maşhit uşaqların, Əfv və Hemah da insanların və böyük heyvanların canlarını alır.[1] Yəhudilikdə Məsih gəldiyi zaman, ölüm ortadan qalxacaq və Məsih ölüm mələyini yox edəcəkdir.
Xristianlıqda
Əzrayıl ilə bağlı İslamdakından fərqli fikirlər mövcuddur. Belə ki, Xristian angelogiyasında Əzrayıl "Şeytan mələyi", "Bəla mələyi" "Şeytanların şahzadəsi", "Yoxedici mələk" adları verilir.
Eyni zamanda bu mələyin İsa Məsih tərəfindən yox ediləcəyinə inanılır.[1] Bundan başqa Əhdi-Cədiddə Qiyamət günündə insanların ruhunu alan yeddi mələkdən danışılır.[5]
İncildə ölüm mələyi keçən hissə: "Bəziləri kimi də deyib durmayın. Deyib dayananları "ölüm mələyi" öldürdü ". (Korint-lilər 10/10).
İslamda
İslam dinində Əzrayıl kəlməsi Quran və hədisi şəriflərdə keçmir. Əzrayıl kimi digər dinlərdə bildirilən mələk üçün, Qurani-Kərimdə Ölüm mələyi adı keçir. İnsanların canını almaqla vəzifəli olan Ölüm mələyi İslam dinində dörd böyük mələkdən biridir. Ölüm mələyi Quran və səhih hədislərdə, melekül-mevt (ölüm mələyi) şəklində də xatırlanır.[6] Misal üçün, mövzuyla bağlı Qurani-Kərimdə deyilir: "De ki; Üstünüzə məmur edilən ölüm mələyi canınızı alacaqdır Sonra Rəbbinizə qaytarılırsınız"![6] Məhəmməd Peyğəmbər də bu mələyi hədislərdə ölüm mələyi olaraq zikr edib.[7] Qurani-kərimdə ölüm mələyindən tək şəkildə[6] bəhs edilməklə yanaşı birdən çox mələkdən də bəhs edilir.[8]
Fəxrəddin Razi burada bəhs olunan mələklərin hamısının ölüm mələyi olmasını qeyd edərək bunların başında ölüm mələyi olaraq qəbul etdiyimiz Əzrailin olduğunu vurğulayır. Bu mələklərdən hansının kimin canını alması məsələsi də müzakirə olunmuşdur. Bəzilərinə görə hər bir insanın bir ölüm mələyi olduğu mənimsənilsə də bəziləri digər mələklərin ölənin canını boğazına qədər gətirdikdən sonra o canı baş mələk olaraq bilinən Əzrayıl mələyinin aldığı qeyd edir.[9] Ölüm mələyinin adının Qurani-kərim və səhih hədislərdə Əzrail olaraq keçməməsi bunun İsrailiyatdan gəldiyini ortaya qoyur.[1]
Ölüm mələyi İslamda Allahın sərəncamında digər mələklər kimidir. Dörd böyük mələkdən biridir. O yalnız ona verilən əmri yerinə yetirir və əcəli tamam olmuş bəndələrin qəlblərini alıb bu ruhu istəyənə aparır. Onun əmrində də bəzi mələklər vardır.
Bu mələklər də özlərinə Allah tərəfindən verilən əmrləri yerinə yetirirlər. "Nəhayət birinizə ölüm gəlincə elçilərimiz onun canını alırlar, onlar heç geri qalmırlar" (əl-ənam, 6/61), Quranda mələklərin kafir olan bir qul ilə mömin bir qulun canlarını alışları təsvir edilir. Kafirlərin can mübadilələri belə təsvir edilir: "Mələklər kafirlərin canlarını alanda onları görsəydin, onların üzlərinə və arxalarına vururlar: Haydı, yanğın (Cəhənnəm) əzabını dadın deyirdilər" (əl-ənfal, 8/50) Naşitat mələklərinin möminlərin canlarını da, şirinliklə alışları belə ifadə edilir: "Mələklər yaxşı insanlar olaraq canlarını aldıqları şəxslərə də: Salam sizə, etdiyiniz qarşılıq, Cənnətə girin deyərlər" (ən-nəhl, 16/32)
Hədsilərdə Əzrail
Ölüm mələyi Musaya ruhunu alması üçün göndərilir. Musa mələyə zərbə atıb bir gözünü çıxarır.Ölüm mələyi Rəbbinə dönərək: "Məni elə bir qula göndərdin ki, ölümü istəmir". Deyir. Allah Onun gözünü bərpa edir.
Həmçinin bax
Mənbə
- Kurtubî, təvsir, 2/39
- alusi, ruhul-meanî, 15/499
- Askalanî, Əhməd b. Əli, El-imtinâ bi’l-erbaîne’l-mütebâyinetü’s-sima’, 1/110
- Səhihi Buxari, 2/113 ve 4/191
- Səhihi Muslim 4/1843
- M. Sərdar, “Semavi Dinlerde Dörd Büyük Melek”, (İlahiyat Fakültesi Dergisi,2008).
- Z. Keleş, “Yahudilikde melek inancı”, (T.C. Marmara Universitesi Sosiyal Bilimler Enstitüsü Felsefe ve Dini Bilimleri Ana Bilim Dalı Felsefe ve Dini Bilimleri Proqramı Yüksek Lisans Tezi,İzmir-2019).
- II. Krallar, 19:35.
- M.B. Şeyran, “Klassik türk şirinde melek düşüncesi", (Ankara Hacı Bayram Veli Üniversitesi, Temmuz-2020).
- Yuhannanın vəhyi, 14:15-20.
- Səcdə, 32/11.
- A. Çolak, “Kuran ve hadislere göre melek” (Gümüşhane 2012).
- Ənam, 6/93.
- H. Kurt, “Kuran’da Ve Kitab-ı Mukaddes’te Melek Kavramı”, (T.C. Kahramanmaraş Sütçü İmam Universitesi Sosiyal Bilimler Enstitüsü Temel İslam Bilimleri Ana Bilim Dalı, Haziran-2014.).