Əziz Səncər
Əziz Sancar (türk. Aziz Sancar; 8 sentyabr 1946[1]) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı.[3][4]
Əziz Səncər | |
---|---|
türk. Aziz Sancar | |
Doğum tarixi | 8 sentyabr 1946[1] (77 yaş) |
Elm sahələri | DNT təmiri, Sirkad ritmi, biokimya[2], Molekulyar biologiya[2], dezoksiribonuklein turşusu[2] |
İş yeri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
sancar.org | |
Vikianbarda əlaqəli mediafayllar |
1997-ci ildən bu yana ABŞ-dəki Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı Türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil oldu.[5][6][7]
Həyatı
1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Sancarın ifadəsinə görə, Əziz Sancarın ana dili ərəbcədir və ailədə ərəbcə danışılırdı.[8] Əziz Sancar,ərəb dilində valideynləri ilə danışıldığını, ancaq bacı-qardaşları arasında türk dilində danışdığını söyləyir.[9][10] Sancar, hər reportajında ərəb kimi göstərilməsindən narahat olduğunu bildirir və türk olduğunu vurğulayır.[6][7] Qardaşı Tahir Sancarın ifadəsinə görə, ailəsi Oğuz türklərinin Xas qolundan idi və Xorasandan Mardinə köç etmişdir.[11] Əziz Sancar ilk və orta təhsilini Mardində almışdır. Orta məktəb illərində futbolla maraqlanırdı, amma məktəbi bitirənə yaxın futbolçu olmaqdan imtina edərək ali təhsilini davam etdirmək üçün İstanbula gedir.[5]
1963-cü ildə daxil olduğu İstanbul Universiteti tibb fakültəsini 1969-cu ildə birinciliklə bitirdi.[5] İki il Savurdakı sağlamlıq mərkəzində həkim olaraq çalışdıqdan sonra NATO-Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (türk. Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu, TÜBİTAK) təqaüdü xətti ilə Cons Hopkins Universitetində, daha sonra Dallasdakı Texas Universitetində təhsilini davam etdirdi.[12] sonra isə Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alır.[12] Bu laboratoriyada Sancar məsləhətçisi Klaud Rupert ilə fotoliaz adlı geni klonlayaraq, gen mühəndisliyi ilə bakteriyalarda çox yüksək nisbətdə çoxaltmışdır. Bu gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi süalar tərəfindən zədələnmiş DNT-ni bərpa edirdi.[12]
Sancar 1977–1982-ci illər arasında Yel Universitetinin tibb fakültəsində dərs deyir. Bu dövrdə fotoliaz fermenti işlərinə ara verildi və nükleotid parçalanma təmir işləri başlandı.[12] DNT təmiri sahəsində dosentlik tezisini tamamladı. 1997-ci ildən bəri, ABŞ-nin Şimali Karolina ştatındakı Çapel-Hill Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində araşdırmalarını davam etdirir.
DNT bərpa, hüceyrə sıralaması, xərçəngin müalicəsi[13] və bioloji saatla əlaqədar işlərinə davam edən Sancar,415 elmi məqalə və 33 kitab nəşr etdirdi.[14][15] Sancar, sirkad saatını xərçəngin müalicəsində istifadəsinə görə mükafatlar aldı. 2001-ci ildə Amerika Kimya Cəmiyyəti tərəfindən verilən Şimali Karolina Seçilmiş Kimyaçı mükafatına layiq görülən Sancar,2005-ci ildə elmi dünyasının ən prestijli mərkəzlərindən biri olan ABŞ Milli Elmlər Akademiyasına seçildi[16] və bu akademiyaya seçilən ilk Amerikalı türk oldu. Bu mükafatı aldıqdan sonra, ABŞ-də təhsil alan Türk tələbələrə kömək etmək və Türk-Amerika əlaqələrini inkişaf etdirmək üçün həyat yoldaşı ilə birlikdə Aziz & Qven Sancar Vəqfini quraraq,[5] ABŞ-nin Şimali Karolina əyalətində "Karolina Türk Evi"ni yaradır. 2006-cı ildə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilir.
Sancar, 2015-ci ildə Kimya üzrə Nobel mükafatına Amerikalı Pol Modriç və İsveçli Tomas Lindal ilə birlikdə[17] DNT-nin bərpası işinə görə layiq görüldü. Bu üç tədqiqatçı 30 ildən çox bir müddərdə müstəqil olaraq, əsasən bakteriya hüceyrələri üzərində işləyirlər.[12] Sancar nükleotid kəsikli təmir sahəsində ixtiralar etdi, Tomas Lindal və Pol Modriç isə kəsiklərin və uyğunsuzluqların düzəldilməsi kimi digər DNT təmiri mexanizmlərini kəşf etdilər. Onların işıqlandırdıqları əsas mexanizmlər daha sonra insanlar da daxil olmaqla kompleks orqanizmlərdə nümayiş olundu. Məsələn, nükleotid kəsikli təmir qüsurları ilə dəri xərçəngləri arasında birbaşa səbəb əlaqəsi aşkar edilmişdir. Sancar,İsveç Kral Elmlər Akademiyası tərəfindən Alfred Nobelin ölüm ildönümündə 10 dekabr tarixində təşkil edilən bir mərasimdə Kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.[18] Mükafat, İsveç Kralı XVI Karl Qustav tərəfindən təqdim edilmişdir. Sancar: "Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Beləliklə, bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir." deyərək Nobel mükafatı, medal və sertifikatı Anıtqəbirə bağışlayır.[19] Mükafat, Anıtqəbirdə ayrılmış xüsusi yerdə Atatürk və Qurtuluş müharibəsi muzeyində nümayiş olunur.[20]
Sancar etdiyi açıqlamaların birində 5 TL-dən yuxarı olan DNT metodunun səhv olduğunu və bunu Mərkəzi banka çatdırdığını, ancaq xəbərdarlıqlarına baxmayaraq düzəlmədiyini söylədi.[21]
Əziz Sancarın adı Türkiyə Təhsil Nazirliyi tərəfindən İstanbulda 2018-ci ildə məktəb layihəsi olaraq açılan Əziz Sancar Anadolu liseyinə verildi.[22]
2019-cu ildə Əziz Sancar,Əhməd Davudoğlunun xahişi ilə qatıldığı və 4 il rəhbərlik etdiyi İstanbul Şəhər Universitetinin Mütəvəlli heyəti üzvlüyündən istefa etdiyini açıqladı.[23]
2017-ci ildə Azərbaycanda qonaq olan Əziz Sancar tələbələrlə görüç keçirib. "Türk dünyasını birliyini görmək istəyirəm. Bu uşaqlığımdan bəri mənim arzum olub" fikirlərini səsləndirən Əziz Sancar 2020-ci il, noyabr ayında Azərbaycan Vətən müharibəsini yaxından izləyir. Ermənilərin Gəncəyə atdığı raket nəticəsində hər iki valideyinini itirən körpə Xədicəyə yardım edir. Onun gələcəkdə təhsili üçün bank hesabına böyük miqdarda pul köçürür.
Şəxsi həyatı
Sancar, Dallasda eyni zamanda molekulyar biologiya sahəsində təhsili aldığı doktorluq müddətində tanış olduğu Qven Bouls Sancar ilə evlidir. Onlar 1978-ci ildə evləndilər.[24][25] Nobel mükafatına layiq görüldükdən dərhal sonra sosial şəbəkələrdə etnik mənsubiyyəti soruşuldu.[26] Sancar, "aldığı bəzi suallardan, xüsusən də etnik mənşəyinə dair suallardan narahat olduğunu" söylədi.
BBC-nin "türk və ya yarı ərəb" olub-olmadığı barədə soruşduqda, Əziz Sancar belə cavab verdi: "Mən onlara nə ərəbcə, nə də kürdcə danışmadığımı və türk olduğumu söylədim." "Mən türkəm, budur."[27] Əziz Sancarın qardaşı Tahir bir müsahibəsində ailələrinin bir zamanlar Orta Asiyadan köçmüş Oğuz türklərindən olduqlarını bildirdi. Qardaşının Nobel mükafatının kürdlər də daxil olmaqla bütün Türkiyə üçün bir qürur olduğunu söylədi. Bir müsahibədə Sancar gəncliyində millətçi olduğunu, ancaq fəaliyyətlərə qatılmadığını bildirdi:[28][29]
Nobeli,bütün elmi uğurlarımı Türkiyədə sülh üçün verərdim. |
Mükafatları
- ABŞ Milli Elm Fondu (National Science Foundation) Gənç Araşdırmacı mükafatı (1984)
- Amerika Fotobioloji Birliyi (American Society for Photobiology) mükafatı (1990)
- ABŞ Milli Səhiyyə İnstitutu (National Institutes of Health) mükafatı (1995)
- Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası TUBİTAK Elm mükafatı (1997)
- ABŞ Elm və Sosial Elmlər Akademiyası (American Academy of Arts and Sciences) mükafatı (2004)
- ABŞ Milli Elmlər Akademiyasının üzvü(2005)
- TÜBA (Türkiyə Elmlər Akademiyası) üzvü (2006)
- Vehbi Koç mükafatı (2007)[30][31]
- Kimya üzrə Nobel mükafatı (2015)[15][32]
- Nizami Gəncəvi adına Qızıl medal (2021)[33]
- "Diaspor fəaliyyətində xidmətə görə" medalı[34]
İstinadlar
- Aziz Sancar // Munzinger Personen (alm.).
- Çex Milli Hakimiyyət Məlumat bazası.
- "Biochemistry and Biophysics: Aziz Sancar". The University of North Carolina School of Medicine. Archived from the original on 2015-10-08. İstifadə tarixi: 8 oktyabr 2015.. (ing.)
- "Nobel Kimya Ödülü'nü Türk asıllı Aziz Sancar kazandı (Aziz Sancar kimdir)". Hürriyet. Archived from the original on 2015-10-07. İstifadə tarixi: 7 oktyabr 2015.. (türk.)
- "Arxivlənmiş surət" (PDF). 2015-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
- "Arxivlənmiş surət". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
- "Arxivlənmiş surət". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2019-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2018-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
- "Arxivlənmiş surət". 2015-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
- "Arxivlənmiş surət". 2014-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.
- "Arxivlənmiş surət". 2016-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət" (İngilizce). 2015-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
- "Arxivlənmiş surət". 2015-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
- "Arxivlənmiş surət". 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2020-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət". 2019-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "For Aziz Sancar, long hours in lab lead to triumph". The News and Observer. 25 December 2015. 12 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2016.
- "Aziz Sancar receives 2009 Distinguished Alumni Award from University of Texas, Dallas". UNC School of Medicine. İstifadə tarixi: 16 May 2016.
- Arango, Tim. "Deadly Ankara Attack Not Enough to Unify a Polarized Turkey". The New York Times. 12 October 2015. 12 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2015.
- Esra Kaymak; Erkan Avci. "Turkish Nobel Prize winner happy most for his country". Anadolu Agency. 8 October 2015. 4 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 November 2015.
- "Nobel'li Prof. Aziz Sancar: Lise yıllarında ülkücüydüm; sinema ve tiyatroya hiç gitmedim". T24. 11 October 2015. 9 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 December 2020.
- "Aziz Sancar - Ropörtaj". Hürriyet. 10 October 2015. 10 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 January 2016.
- "Arxivlənmiş surət". 2015-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
- "Arxivlənmiş surət" (PDF). 2015-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2020-12-07.
- "Arxivlənmiş surət" (İngilizce). 2020-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
- "AR-nın Prezidenti İlham Əliyevin tövsiyəsi əsasında və "Nizami Gəncəvi İli" ilə bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və Kimya üzrə Nobel mükafatı laureatı, dünya şöhrətli alim Əziz Səncər "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif ediliblər". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-24.
- "Aziz Sancara "Diaspor fəaliyyətində xidmətə görə" medalı təqdim edilib - FOTO". Oxu.Az (az.). 2023-07-30. 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
Xarici keçidlər
Biologiya portalı Elm portalı |