Əziz Nesin

Əziz Nesin (türk. Aziz Nesin, əsl adı Mehmet Nusret) (20 dekabr 1915[1][2][…] və ya 21 dekabr 1915[3], Heybəliada, İstanbul ili[4] və ya Konstantinopol[2]6 iyul 1995[5][4][…], Alaçatı, İzmir ili[6]) — türk yazıçısı, publisist və dramaturq.

Əziz Nesin
Aziz Nesin
Doğum adı Mehmet Nusret Nesin
Doğum tarixi
Doğum yeri Heybeliada, İstanbul
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Alaçatı, Çeşmə, İzmir
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Təhsili
Fəaliyyəti şair, yazıçı, roman yazıçısı, uşaq ədəbiyyatı yazıçısı, jurnalist, müəllif
Fəaliyyət illəri 1945-1995
İstiqamət islam
Janr satira

Həyatı

Əziz Nesin 20 dekabr 1915-ci ildə İstanbulda anadan olub. Darüşşəfəq məktəbində təhsil aldığı illərdə Quranı əzbərdən öyrənərək hafiz olmuşdur. Əziz Nesin 1935 ildə İstanbuldakı Qülləli Əsgər Litseyinə daxil olur. 1937-ci ildə isə Ankara Hərb məktəbini bitirir. Eyni zamanda isə İncəsənət Məktəbini də bitirir. Oxuduğu hərb məktəbində düşüncələrinə görə təqib olunurmuş. 1941-ci ildə dünya müharibəsi başlayanda o da zabit kimi orduya çağrılır. Burada tank kurslarını da bitirir. Və 1944-cü ildə "vəzifəsini və rütbəsini pis yerinə yetirməsi" maddəsi ilə ordudan qovulur. Əziz Nesin ordudan qovulduqdan sonra bir müddət baqqal, mühasib kimi peşələrdə çalışır. Sol təmayüllü "Tan" qəzetində işə girir. Köşə yazıları, teatrlar üçün xırda pyeslər yazmağa başlayır. İlk kitabı "Partiya qurmaq, partiya vurmaq" 1946-cı ildə dərc edilir və ona böyük şöhrət qazandırır. Səbahəddin Əli ilə tanışlıq onda solçuluq ideyalarına marağı daha da artırır və onlar birgə "Marko Paşa" adlı mizah (satirik) qəzetini nəşr etməyə qərar verirlər. Qəzet qısa müddətdə bütün Türkiyəyə səs salır. "Marko Paşa"nın səhifələrində yüksək çinli dövlət məmurları, nazirlər tənqid olunurdu. Sonralar da dəfələrlə həbslərə və təqiblərə məruz qalmasına baxmayaraq Əziz Nesin köşə yazarlığını və ədəbi fəaliyyətini davam etdirir.

O, 1952-ci ildə İstanbulun Levent məhəlləsində dükan kirayələyir və eyni zamanda "Oluş" nəşriyyatını açır. Demokratik Partiya ilə münasibətləri isti deyildi. 1955-ci ildə İstanbulda yaşayan yunanlara qarşı basqınlarda günahkar bilinərək həbs edilən 100 nəfər solçunun sırasında Əziz Nesin də vardı. Ə. Nesin heç bir səbəb olmadan 9 ay həbsdə yatdı. Həyatı boyu iki yüzdən artıq təxəllüsdən istifadə etmişdi. Ə. Nesin iki dəfə evlilik həyatı yaşayıb.

Ölümündən sonra böyük oğlu Atəş Nesin yazdığı kitabla anası Vedia xanımın atasına xəyanət etdiyini açıqladı. Yazıçı, çox sevdiyi Vedia xanımın bu xəyanətində xəyal qırıqlığına uğramışdı. Ə. Nesinin ikinci həyat yoldaşı Meral Çelen ədəbiyyatçı idi. Meral xanımın "Əziz Nesinli illər" kitabında onların arasında olan məhəbbətin ən gözəl anları təsvir edilib. Onlar 1957-ci ildə həbsxanada nişanlanıblar və ailə qurublar. 1967-ci ildə boşanıblar.

Neşet Güriş adlı bir şəxs 2007-ci ildə "TEMPO" adlı jurnalına verdiyi müsahibədə Ə. Nesinin İstixbarat Təşkilatına çalışmasını iddia edirdi. O, 1946-cı il Səbahəddin Əliyə qarşı keçirilən 16 dekabr əməliyyatı zamanı həbs edilir və sorğu-sual edilərkən İstanbulun polis rəisi Əhmət Dəmir tərəfindən döyülür. Bu zaman yazıçı MİT üçün çalışdığını deyir. 17 gündə sonra Ə. Nesini həbsdən buraxırlar. Səbahəddin Əli isə 1948-ci ildə həbsxanada vəhşicəsinə öldürülür.

Yazıçının 1993-cü il 12 iyul qanlı Madımak hadisələrindən sağ çıxmasında MİT-çi olması rol oynayıb. Həmin tarixdə Türkiyənin Sivas şəhərində hər il keçirilən Pir Sultan Abdal şənlikləri zamanı Madımak hotelində əksəriyyəti ələvi olan 33 şair və yazıçı, iki hotel əməkdaşı qəzəblənmiş kütlə tərəfindən hotelin yandırılması nəticəsində həlak olmuşdular. Tədbirə qatılanlardan 51 nəfəri yaralı vəziyyətdə çətinliklə də olsa xilas olmuşdu. Ə. Nesin də başından yaralanmışdı. Bu hadisə Türkiyə ictimaiyyətində böyük üzüntü yaratdı. Jurnalistlərin iddialarına görə, Ə. Nesin MİT-ə Qüllə hərbi məktəbində təhsil aldığı zamanlarda cəlb edilib.

1982-ci ildə "Türkiyə xalqının 60 faizi səfehdir" cümləsi işlətməsi etirazlara səbəb olub.

56 ədəbi mükafat almışdı. Dəfələrlə Moskvaya səfər edib.

1972-ci ildə kimsəsiz və kasıb uşaqlar üçün Nesin Fondu açmışdı. Əsərlərindən əldə etdiyi qonorarları bu fonda xərcləyirdi. İndi bu fondda Əziz Nezinin şəxsi əşyalarının nümayiş olunduğu muzey də fəaliyyət göstərir. İllər öncə oğlu Əli Nesin fondun xəttiylə İzmirin Şirincə kəndində "Riyaziyyat kəndi"yaradıb.

Ehtimal var ki, Ə. Nesin məzarının bilinəcəyi təqdirdə, böyük məmurlar tərəfindən sümüklərinin narahat ediləcəyindən ehtiyat edirdi. 1995-ci il iyulun 6 da İzmirin Alaçatı bölgəsində kitablarının imza günü həyatla vidalaşdı. Vəsiyyət etmişdi ki, dəfn mərasimi təşkil edilməsin. Onun cəsədi, İstanbul Çapa Tibb Fakültəsinə gətirilərək yarıldı. Tələbələr cəsədin üzərində dərs keçdilər. Sonra vəsiyyətinə uyğun olaraq, İstanbulun Çatalca məhəlləsində yerləşən fondun həyətinə gətirildi. Vəqfin baxçasında 7 çuxur qazıldı. Ə. Nesinin nəşi bu çuxurlardan birinə endirildi.

Əsərləri

Hekayələri

  • Partiya qurmaq və partiya vurmaq (1946)
  • Geriyə qalan (1953)
  • İt quyruğu (1955)
  • Ehtiyat parça (1955)
  • Fil Hamdi (1956)
  • Damda dəli var (1956)
  • Kreslo (1957)
  • Qazan mərasimi (1957)
  • Dəlilər boşandı (1957)
  • Məhəllənin qisməti (1957)
  • Ölmüş eşşək (1957)
  • Hansı partiya qalib gələcək? (1957)
  • Toros Canavarı (1957)
  • Məmləkətin birində (1958)
  • Havadan, sudan (1958)
  • Bəy düdük (1958)
  • Nazik alət (1958)
  • Gıdıgıdı (1958)
  • Afərin (1959)
  • Kor döyüşü (1959)
  • Mahmud ilə Nigar (1959)
  • Hoptirinam (1960)
  • Gözünə eynək (1960)
  • Ax, biz eşşəklər (1960)
  • Yüz lirəyə bir dəli (1961)
  • Bir kreslo necə aşırılır (1961)
  • Biz adam olmarıq (1962)
  • Yaşıl rəngli Namus qazı (1964)
  • Rıfat bəy niyə qaşınır (1965)
  • Vətən sağ olsun (1968)
  • İnsanlar oyanır (1972)
  • Heyvan deyib keçmə (1973)
  • Səyahətnamə (1976)
  • Büyük tətil (1978)
  • Mənim dəlilərim (1979)
  • 70 yaşım salamlar (1984)
  • Yuxularım hədər getməsin (1990)
  • Eşqim dinimdir (1991)
  • Gözünüz aydın, əfəndim (1997)
  • Hər kəsin işi-gücü var (2005)
  • Məndə uşaqdım (1979)

Romanları

  • Qadın olan kişi (1955)
  • Futbol kralı (1957)
  • Erkək Sabahat (1957)
  • Saçqıran (1959)
  • Zübük (1961)
  • İndiki uşaqlar əladılar (1967)
  • Dadlı Betüş (1974)
  • Yaşar nə yaşar, nə yaşamaz (1977)
  • Surnamə (1976)
  • Tək yol (1978)

Xatirələri

  • Bir sürgünün xatirələri (1968)
  • Belə gəlib belə getməz (1. hissə 1966, 2. hissə 1976)
  • Polisdə (1967)
  • Salxım salxım asılacaq adamlar (1987)
  • Yuxularım hədər getməsin (1990)

Nağılları

  • Bir məmləkətdə (1953)
  • Hoptirinam (1960)
  • Yat da tosunum (1971)
  • Əziz dədənin nağılları
  • La Fontaine'nin yazamadığı nağıl

Lətifə kitabları

  • Az getdik, üz getdik (1959)
  • Salamlar (1971)
  • Qorxudan qorxmaq (1988)

Pyesləri

  • Bir az gələ bilərsiniz (1950)
  • Toros Canavarı (1963)
  • Düdükçülərlə fırçacıların davası (1968)
  • Çiçu (1970)
  • Tut əlimdən Rovni (1970)
  • Hə öldürsənə canım (1970)
  • Beş qısa oyun (1979)
  • Uğurumu həyat yoldaşlarıma borcluyam (1992)

Şeirləri

  • Sondan başa (1984)
  • Bağışla (1986)
  • Özünü tutmaq (1988)
  • Xudahafiz (1990)
  • Sivas acısı (1995)
  • Ən uzun marafon
  • Kimin var ki

Aldığı mükafatlar

  • 1957 — Qızıl Palma, İtaliya (Fil Hamdi adlı öyküsüyle)
  • 1975 — Lotus Asiyaa-Afrika Yazıçılar Birliyi Mükafatı
  • 1985 — TÜYAP Xalqın Seçdiyi ilın yazıçısı

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.