Əziz Alpoud
Əziz Alpoud, Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov — 1918–1920-ci illərdə Əziz Alpoud Azərbaycanın dəmir yolları üzrə baş hakimi olub.
Əziz Alpoud | |
---|---|
Mir Əbdüləziz Mir Seyfəddin oğlu Seyidov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Qazax qəzası, Gəncə quberniyası |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | Azərbaycan türkü |
Fəaliyyəti | vəkil, publisist |
Həyatı
Əsl adı Mirəbdüləziz, soyadı isə Seyiddir. 1895-ci ildə bir ziyalı ailəsində dünyaya gəlib. 93 illik ömrünün 30 ili Azərbaycanda keçib. Qalan hər nə varsa "Həyatımın hekayətləri"ndədir – sevgisi də, mübarizəsi də, taleyi də, qəribliyi də… Kiçik bir arayışla 93 ili əhatə etmək təbii ki, mümkün deyil. Təsəvvür edin, onun taleyində bütün XX yüzilin əks-sədası var. O, bu dünyanın simasını dəyişən savaşların, inqilabların, sürgünlərin, ölüm-itimlərin, ayrılıqların, mühacirətin təkcə şahidi deyil, həm də bilavasitə iştirakçısıdır. O, kimlərlə görüşməyib – Ömər Faiq Nemanzadədən tutmuş Atatürkə qədər. O, kimlərlə ünsiyyətdə olmayıb – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Nağı bəy Şeyxzamanlı, Ənvər Paşa, İhsan Paşa, Xosrov bəy Sultanov, general Murad bəy Tlexas və başqaları.
Əsərləri
- Həyatımın hekayətləri
Xarici keçidlər
- http://www.dgtyb.org/news/1271.html Arxivləşdirilib 2011-03-06 at the Wayback Machine