Əzizə Mikayılova

Əzizə Mikayılova (196214 sentyabr 2020, Bakı) — Azərbaycan Texniki Universitetinin professoru, filologiya üzrə elmlər doktoru[1].

Əzizə Mikayılova
Əzizə Nurqələm qızı Mikayılova
Doğum tarixi 1962
Vəfat tarixi 14 sentyabr 2020(2020-09-14)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Elmi dərəcəsi
Elmi adı

Həyatı

Əzizə Mikayılova 1962-ci ildə əməkdar müəllim Nurqələm Mikayıl oğlu Mikayılovun ailəsində anadan olmuşdur, əslən Şamaxı rayonunun Göylər kəndindəndir. 1979-cu ildə Bakı şəhəri Yasamal rayonundakı 13 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda çalışmışdır[2].

1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında "Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

2009-cu ildə "XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası" mövzusunda (Azərbaycan dili ixtisası üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor Əzizə Nurqələm qızı Mikayılova 2001-ci ildən etibarən Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmiş, 2013-cü ildən indiyə kimi həmin kafedranın professordur. Əzizə Mikayılova eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da gənc nəsilə filologiya elminin dərinliklərinin tədris edib[3].

Üç monoqrafiyanın, beş dərslik və dərs vəsaitlərinin, proqramların, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir. 2013-cü ildə Avropa Nəşr Mətbu evinin Qızıl medalı (ən yaxşı vətənpərvər tədqiqatçı alim) ilə mükafatlandırılmışdır.

Vəfatı

14 sentyabr 2020-ci ildə Bakı şəhərində vəfat etmişdir.[4]

İstinadlar

  1. "Əzizə Mikayılova". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
  2. "ELMI FƏALIYYƏTI HAQQINDA". 2019-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
  3. "Əzizə Nurqələm qızı Mikayılova – Azərbaycan Texniki Universitetinin (AzTU-nun) "Azərbaycan dili və pedaqogika" kafedrasının professoru". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
  4. modern.az. "Bakıda Universitet professoru vəfat etdi". modern.az (az.). 2024-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-16.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.