Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi | |
---|---|
Əsası qoyulub | 1920 |
Bağlanıb | 13 iyun 2000 |
Yenidən təşkil olunub | Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci kimi |
Tip | orta ixtisas incəsənət məktəbi |
Şəhər | Bakı |
Ölkə |
Tarixi
Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.[1]
13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.[2]
Məktəbin direktorları
- Mürsəl Nəcəfov
- Əyyub Hüseynov (1956–1965)
- Əyyub Məmmədov (1965–1975)
Mükafatları
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980[3]
Həmçinin bax
İstinadlar
- Азәрбајҹан Рәссамлыг Мәктәби // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 168.
- "Zəngin ənənələri olan təhsil ocağı". Azərbaycan Milli Kitabxanası. 22 aprel 2009. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
- "Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 dekabr 1980-ci il tarixli Fərmanı" (PDF). Azərbaycan Milli Kitabxanası. 16 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 fevral 2020.
Xarici keçidlər
- "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.