Epifiz

Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, SerotoninAdrenoqlomerulotropin hormonlarını sintez edir.

Daxili sekresiya vəziləri
Epifiz və hipofiz vəzinin beyindəki yeri
Epifiz və hipofiz vəzinin beyindəki yeri
Latınca glandula pinealis
Qrey subyekt 276 1277
Sistem Endokrin sistemi
Üzv Daxili sekresiya
Arteriya lat. art. chorioidea posterior (ex art. cerebri posterior), art cerebelti anterior superior et art. cerebri media
Embrional sinir ektoderması
MeSH Pineal+gland
Dorlands/Elsevier 12392585
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yerləşmə

Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.

Quruluşu

Epifiz xaricdən nazik birləşdirici toxuma qişası ilə örtülüdür; bu qişa onun daxilinə atmalar buraxır, belə ki, əzgiləbənzər cisim bir sıra pazcıqlara ya follikullara bölünür. Vəzi stromadan və parenximadan təşkil olunmuşdur; bunun stroması yuxarıda qeyd olunan birləşdirici toxuma atmalarından ibarətdir; parenximi isə müxtəlif hüceyrələrdən təşkil olunmuşdur. Pinelositlərdən fərqli olaraq qalan parenxim hüceyrələri tipi uzunsov nüvəyə malikdir və qliya liflərilə rabitədədir. Epifiz vəzi 2 yaşa kimi yüksək inkişaf dərəcəsinə çatır; 7 yaşından sonra kiçilməyə başlayır. 18 yaşına çatanda fəaliyyətdən qalır, belə ki, 25 yaşında involyusiya (əks-inkişaf) prosesinə uğrayır; birləşdirici toxuma elementləri çoxalır, vəzi elementlərinin əksəri məhv olur; bunların yerinə beyin qumu – lat. acervulus cerebri adlanan əhəng duzları çöküntüləri toplanır; bu çöküntülər kalsium-karbonat və kalsium-fosfat duzlarından ibarətdir. Beləliklə əzgiləbənzər cism böyüklərdə başlıca olaraq birləşdirici toxumadan (stromadan) və duzların çöküntüsündən ibarət olur.

Hüceyrə növüAçıqlama
Pineal hüceyrələrBaşlıca hüceyrə tipidir. Pinelositlər vəzin daxili sekresiya funksiyasını yerinə yetirməklə melatonin ifraz edirlər. Onların nüvəsi oval şəkilli olub, zəif boyanan protoplazmaya malikdir. Forması isə çoxbucaqlıdır.
İnterstitial hüceyrələrPineal hüceyrələrin arasında yerləşmişlər.
Periveskulyar faqositlərVəzidə qan damarlarının yaxınlığında yerləşməklə immun sistemini təmin edirlər. Bu hüceyrələr antigen ifraz edirlər.
Pineal neyronlarYüksək inkişaf etmiş onurğlaıların epifizindəki neyronlardır. Gəmiricilərdə yoxdur.
Peptidergik neyronabənzər hüceyrələrBəzi hallarda bu hüceyrələrə də rast gəlinir. Bunların [parakrin] tənzimləyici funksiyaya malik olduğu güman edilir.

İnkişafı

Epifiz ara beynin yuxarı divarının arxa ucundan kiçik hündürlük – qovucuq şəklində inkişaf edir. İlk dəfə bu qovucuğun daxilində mənfəz olur və ara beyin boşluğu (gələcək III mədəcik) ilə birləşir; divarları bir qat ependimdən təşkil olunur. Sonradan hüceyrələrin miqdarı çoxalır, qovuqcuğun divarları qalınlaşır, belə ki, daxilində olan mənfəz itir; yalnız bunun qalığı III mədəcik boşluğunun cibi – lat. recessus pinealis şəklində qalır. Eyni zamanda əzgiləbənzər cismin mayası daxilinə mezenxim elementləri və qan damarları daxil olur. Bu üsul ilə əzgiləbənzər cismin vəzi elementləri və stroması hasil olur. Bəzi sürünən heyvanlarda epifizə homoloji olan üzv təpə gözü adı ilə məlumdur.

Qidalanması və innervasiyası

Əzgiləbənzər cisim lat. art. chorioidea posterior (ex art. cerebri posterior), art cerebelti anterior superior et art. cerebri media şaxələrilə qidalanır. Bu vəzinin innervasiyası az öyrənilmişdir; bir qisim sinir lifləri (simpatik liflər) vəziyə daxil olur və güman ki. qan damarlarını innervasiya edir.

Vəzifəsi

Əzgiləbənzər cismin vəzifəsi hələ də tam öyrənilməmişdir. İfraz etdiyi [melatonin] hormonu bioloji saat rolunu oynayaraq gecə və gündüz vaxtı fizioloji proseslərin tənzimləyir. Melotonin hormonu həm də cinsi yetişməni tormozlayır. Bunun hiperfunksiyası cinsi yetişməni gecikdirir, əksinə hipofunksiyası cinsi yetişməni sürətləndirir, yəni həddindən qabaq uşaq həddi-büluğa çatır (lat. pubertas precox). Bu vəzin digər bir hormonu kalium mübadiləsini tənzim edir, onun orqanizmdə toplanmasına səbəb olur.

Mənbələr

  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, səh. 275-276, "MAARİF" Nəşriyyatı, Bakı – 1982
  • Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
  • Anatomy: Embryologie
  • Macchi M, Bruce J (2004). "Human pineal physiology and functional significance of melatonin". Front Neuroendocrinol 25 (3–4): 177–95. doi:10.1016/j.yfrne.2004.08.001. PMID 15589268.
  • Arendt J, Skene DJ (2005). "Melatonin as a chronobiotic". Sleep Med Rev 9 (1): 25–39. doi:10.1016/j.smrv.2004.05.002. PMID 15649736. "Exogenous melatonin has acute sleepiness-inducing and temperature-lowering effects during 'biological daytime', and when suitably timed (it is most effective around dusk and dawn) it will shift the phase of the human circadian clock (sleep, endogenous melatonin, core body temperature, cortisol) to earlier (advance phase shift) or later (delay phase shift) times.".
  • Kleinschmidt-DeMasters BK, Prayson RA (November 2006). "An algorithmic approach to the brain biopsy—part I". Arch. Pathol. Lab. Med. 130 (11): 1630–8. PMID 17076524.
  • Bocchi G, Valdre G (1993). "Physical, chemical, and mineralogical characterization of carbonate-hydroxyapatite concretions of the human pineal gland". J Inorg Biochem 49 (3): 209–20. doi:10.1016/0162-0134(93)80006-U. PMID 8381851.
  • Baconnier S, Lang S, Polomska M, Hilczer B, Berkovic G, Meshulam G (2002). "Calcite microcrystals in the pineal gland of the human brain: first physical and chemical studies". Bioelectromagnetics 23 (7): 488–95. doi:10.1002/bem.10053. PMID 12224052.
  • "IngentaConnect High Accumulation of Calcium and Phosphorus in the Pineal Bodies". Ingentaconnect.com. 2006-06-16. http://www.ingentaconnect.com/content/hum/bter/2007/00000119/00000002/art00004 Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine. Retrieved 2009-07-06.
  • a b Luke, Jennifer. "Fluoride Deposition in the Aged Human Pineal Gland". Caries Res 2991 (35): 125–28. http://www.icnr.com/jluke/fluoridedeposition.html Arxivləşdirilib 2009-07-17 at the Wayback Machine. Retrieved 2009-05-20.
  • a b Klein D (2004). "The 2004 Aschoff/Pittendrigh lecture: Theory of the origin of the pineal gland—a tale of conflict and resolution". J Biol Rhythms 19 (4): 264–79. doi:10.1177/0748730404267340. PMID 15245646.
  • Moore RY, Heller A, Wurtman RJ, Axelrod J. Visual pathway mediating pineal response to environmental light.
  • Pritchard, Thomas C.; Alloway, Kevin Douglas (1999) (Google books preview). Medical Neuroscience. Hayes Barton Press. pp. 76–77. ISBN 1889325295. http://books.google.com/?id=m7Y80PcFHtsC&printsec=frontcover#PPA76,M1. Retrieved 2009-02-08.
  • Kurochkin, Evgeny N.; Gareth J. Dyke, Sergei V. Saveliev, Evgeny M. Pervushov, Evgeny V. Popov (June 2007). "A fossil brain from the Cretaceous of European Russia and avian sensory evolution" (Full text). Biology Letters (The Royal Society) 3 (3): 309–313. doi:10.1098/rsbl.2006.0617. PMC 2390680. PMID 17426009. http://www.pubmedcentral.nih.gov/articlerender.fcgi?tool=pmcentrez&artid=2390680. Retrieved 2009-02-14.
  • Lerner AB, Case JD, Takahashi Y (1960). "Isolation of melatonin and 5-methoxyindole-3-acetic acid from bovine pineal glands". J Biol Chem 235: 1992–7. PMID 14415935.
  • Coates, Paul M. (2005). Encyclopedia of Dietary Supplements. Marc R. Blackman, Gordon M. Cragg, Mark Levine, Joel Moss, Jeffrey D. White. CRC Press. p. 457. ISBN 0824755049. http://books.google.com/?id=Sfmc-fRCj10C&pg=PA457&lpg=PA457&dq=Lerner+melatonin+history. Retrieved 2009-03-31.
  • Axelrod J (1970). "The pineal gland". Endeavour 29 (108): 144–8. PMID 4195878.
  • Lack of pineal growth during childhood. Schmidt F, Penka B, Trauner M, Reinsperger L, Ranner G, Ebner F, Waldhauser F. J Clin Endocrinol Metab. 1995 Apr;80(4):1221–5.
  • Development of the pineal gland: measurement with MR. Sumida M, Barkovich AJ, Newton TH. AJNR Am J Neuroradiol. 1996 Feb;17(2):233–6.
  • Tapp E, Huxley M. The weight and degree of calcification of the pineal gland. J Pathol 1971;105:31–39
  • Tapp E, Huxley M. The histological appearance of the human pineal gland from puberty to old age. J Pathol 1972;108:137–144
  • Strassman
  • Natesan A, Geetha L, Zatz M (2002). "Rhythm and soul in the avian pineal". Cell Tissue Res 309 (1): 35–45. doi:10.1007/s00441-002-0571-6. PMID 12111535.
  • Uz T, Akhisaroglu M, Ahmed R, Manev H (2003). "The pineal gland is critical for circadian Period1 expression in the striatum and for circadian cocaine sensitization in mice". Neuropsychopharmacology 28 (12): 2117–23. doi:10.1038/sj.npp.1300254. PMID 12865893.
  • Uz T, Dimitrijevic N, Akhisaroglu M, Imbesi M, Kurtuncu M, Manev H (2004). "The pineal gland and anxiogenic-like action of fluoxetine in mice". Neuroreport 15 (4): 691–4. doi:10.1097/00001756-200403220-00023. PMID 15094477.
  • Manev H, Uz T, Kharlamov A, Joo J (1996). "Increased brain damage after stroke or excitotoxic seizures in melatonin-deficient rats". FASEB J 10 (13): 1546–51. PMID 8940301.
  • a b Descartes and the Pineal Gland (Stanford Encyclopedia of Philosophy)
  • Descartes R. Treatise of Man. New York: Prometheus Books; 2003. ISBN 1-59102-090-5
  • Descartes R. "The Passions of the Soul" excerpted from "Philosophy of the Mind", Chalmers, D. New York: Oxford University Press, Inc.; 2002. ISBN 978-0-19-514581-6
  • http://en.wikisource.org/wiki/Ethics_%28Spinoza%29/Part_5
  • Hollier, D, Against Architecture: The Writings of Georges Bataille, trans. Betsy Wing, MIT, 1989.
  • Bataille, G, Visions of Excess: Selected Writings, 1927–1939 (Theory and History of Literature, Vol 14), trans. Allan Stoekl et al., Manchester University Press, 1985

İstinadlar

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.