Əyyub Paşa

Əyyub Paşa (ö. 1647) — IV MuradSultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Əyyub Paşa
ƏvvəlkiMaqsud Paşa
SonrakıHeydərzadə Mehmed Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası

Həyatı

Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra sarayda müxtəlif vəzifələrdə xidmət etdi. Ardından Sultan Muradın dayəsiylə nigahlanaraq divan nişançısı təyin olundu. 1631-ci ildə vəzir rütbəsi alaraq Sultan Muradın ölümünədək divanda xidmət göstərdi. Ancaq Sultan Muradın vəfatından sonra gözdən düşdü. 22 aprel 1644-cü ildə Misir bəylərbəyi təyin olundu və 5 aprel 1646-cı ilədək bu vəzifədə qaldı. Ancaq daha sonra bütün mal-mülkündən imtina edərək dərviş həyatı yaşamağa başladı. Çox keçmədən 1647-ci ildə İstanbulda vəfat etdi.

Mənbə

  • Sicill-i Osmani II, səh. 168
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.