Əyyub Kərimov
Əyyub Zakir oğlu Kərimov (1958, İlisu, Qax rayonu – 2 mart 2018, Bakı) — azərbaycanlı yazıçı, jurnalist,[1] hüquqşünas.[2]
Əyyub Kərimov | |
---|---|
Əyyub Zakir oğlu Kərimov | |
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 2018 |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Dəm qazından boğulma |
Milliyyəti | azərbaycanlı |
Həyatı
Kərimov Əyyub Zakir oğlu 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub.[3] O, 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almış,[3] 1992-ci ildən etibarən "Femida" qəzetinin təsisçisi və baş redaktoru olmmuşdur.[1][4]
Əyyub Kərimov uzun illər peşəkar hüquqşünaslıq fəaliyyəti ilə məşğul olmuşdur.[2] O, daha çox mülki işlərdə vəkil kimi iştirak edib. Əyyub Kərimov Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət Mətbuat Şurasında hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.[3]
Əyub Kərimov 2 mart 2018-ci il tarixində öz mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.[5][6]
İstinadlar
- "Prokurorluq baş redaktora xəbərdarlıq etdi". azadlıq.org. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-06.
- "Jurnalist və hüquqşünas Əyyub Kərimov dəm qazından boğularaq ölüb, cinayət işi başlanıb". apa.az. 2 mart 2018. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- "Əyyub Kərimov dəfn olundu". axar.az. 3 mart 2018. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- "Tanınmış jurnalist və hüquqşünas Əyyub Kərimov vəfat edib". fed.az. 2 mart 2018. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2022.
- "Əyyub Kərimovun ölümü ilə bağlı cinayət işi başlanıldı". femida.az. 2 mart 2018. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
- "Azərbaycanda tanınmış jurnalist, baş redaktor faciəli şəkildə dünyasını dəyişdi". sputnik.az. 2 mart 2018. 2022-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-07.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.