Əyyub Abdullayev
Əyyub Abdullayev (tam adı: Əyyub Mahmud oğlu Abdullayev; 17 iyun 1967, Şidli, Vedi rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Əyyub Abdullayev | |
---|---|
Əyyub Mahmud oğlu Abdullayev | |
Doğum tarixi | 17 iyun 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (22 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Atası | Səriyyə |
Anası | Mahmud |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Fəhlə |
Həyatı
Əyyub Abdullayev 1967-ci il avqustun 17-də Ermənistan SSR-in Vedi rayonunun Şidli kəndində anadan olmuşdur.[2]1987-ci ildə əsgərlikdən qayıtmışdır. 1988-ci ilin noyabrında azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bakı soyuducular zavodunda fəhlə işləmişdir.[3]
Subay idi.
Qanlı Yanvar faciəsi
Gecə saat 12.30-da evdən çıxmışdır. Üzərində qara palto, cibində vəsiqəsi və 27 manat 60 qəpik pul olmuşdur. Həmin gecə "Naxçıvan" mehmanxanasının yanında şəhid olmuşdur. Yanvarın 22-də naməlum şəxs kimi Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qohumları onun itkin düşdüyünü və ya tutularaq saxlanılan insanların arasında olduğuna inanmışdılar. Martın 11-də naməlum şəhidlərin şəkillərini televiziya ilə göstərərkən qohumları Əyyubun artıq dəfn edildiyindən xəbər tutmuşdur. 4 gün sonra meyidinin üzərindən tapılan açarları yoxladıqdan sonra qohumları Əyyubun həlak olduğuna əmin olmuşdur.
Ünvan
Bakı, Xuluflu küçəsi, 28a, mənzil 231.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- "Qara Yanvar şəhidləri" (PDF). 2012-10-15 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-01-28.