Əyin
Əyin — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Əyin | |
---|---|
39°20′40″ şm. e. 46°29′18″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.250 m |
Saat qurşağı | |
|
Toponimikası
Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlanırdı. Dağ öz adını buradakı bulağın adından almışdır. Əyin sözü eyn (ər. "göz, bulaq, çeşmə") sözünün təhrif olunmuş formasıdır. Yaşayış məntəqəsi keçmiş Hacılı kəndindən köçmüş ailələrin Əyin dağının ətəyində məskunlaşması nəticəsində yaranmışdır.[2]
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
1912-ci ilin "Qafqaz təqvimi"nə görə kənddə əsasən kürdlərdən ibarət 168 nəfər yaşayırdı.[3]
Tanınmış şəxsləri
İstinadlar
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- Əyin // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
- Кавказский календарь. Тф. 1911. 151.