Əxtər (qəzet)
Əxtər qəzeti - Qacarlar dövlətində mövcud vəziyyətini tənqid edən və əfkari – ümumiyyəyə güclü təsir göstərən, 1875-ci ildə İstanbulda çapdan çıxan və 20 il fəaliyyət göstərən mühacir mətbu orqanı.[2]
Əxtər qəzeti | |
---|---|
Redaktor | Ağa Məhəmməd Tahir |
Yaranma tarixi | 1875 |
Dil | fars dili[1] |
Baş ofis | İstanbul |
Ölkə | Osmanlı imperiyası |
Vikianbarda əlaqəli mediafayllar |
Qəzetin nəşri və naşirləri
1875-ci ildən etibarən İstanbulda çap edilən «Əxtər» qəzetinin ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi.[2]
Qəzetdəki yazıların müəllifləri
«Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu mühacirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən Qacarlar dövlətinin siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi:
- «M.Müştəri»
- «M.Ə».
- «Vətən və azadlıq sevən»
- «Əxtər» və s.
Müxtəlif imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı. Onun səhifələrində dövrün tanınmış azərbaycanlı ziyalıları Əbdürrəhimov Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər.[2]
Qəzetin başlıca mövzuları
«Əxtər» birinci mətbu orqanı kimi ilk dəfə olaraq Qacarlar dövlətində mövcud quruluşu tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən qəzet olub. «Əxtər» tək Qacarlar dövlətində deyil, Qafqazda, Yaxın Şərq ölkələrində yayılaraq maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı. «Əxtər»in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə fikir verir, elmi dəlil və izahatla Qacarlar dövlətinin nöqteyi nəzərdən dirçəlməsinin lazım olduğunu təbliğ edirdi. «Əxtər» eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasətini təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi». Qəzet xarici siyasət məsələsində Qacarlar dövlətinin müstəqil bir xarici siyasət proqramını qəbul edərək birtərəflik siyasəti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırdı ki, xarici dövlətlər Qacarlar dövlətində ancaq mənfəət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq Qacarlar dövlətinə heç bir fayda gətirməz.[2]
Qəzetdən sitatlar
«Əxtər» qəzetinin 1880-ci il (1298) 9-cu sayında belə qeyd olunurdu:
Biz xarici siyasi xətti hərəkətimizi möhkəm bir bünövrə üzərində qurmadıqca ümidimizi onlara dikib, xaricilərin «xeyirxahlığından» imtina etməyincə, bizim tərəqqi və inkişafımız qeyri-mümkündür. Xaricdən isə qarətçi və tamahkarlardan başqa kimsə bizim tərəfimizə gəlməyəcəkdir. Biganələr bizim səadət və xoşbəxtliyimizi özlərinin mənafeyi alətinə çevirməkdə görürlər».[3] |
Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasətçilərin Qacarlar dövlətinə verdiyi boş vədləri axmaqları aldadan boş söz adlandırırdı. Avropa ölkələrinin Şərq ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında yazırdı:
Öz mənafeyimiz üçün gördüyümüz tədbirlər onların xoşuna gəlmədikdə əvvəl gizli şəkildə tədbirlərin əleyhinə mübarizə aparırlar. Bu metod nəticə vermədikdə isə son vasitəni işə salıb bizim əleyhimizə cəbr (zorakılıq) tədbirlərinə əl atırlar. Onlar müdaxilə üçün heç bir haqlı dəlil və ya bəhanə tapmadıqda açıqcasına beynəlxalq hüquq qayda-qanunlarını pozub (bizim burada mənfəətimiz) işi yenə də öz xeyirlərinə həll edirlər».[4][2] |
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- German Union Catalogue of Serials.
- Məmmədli Pərvanə Hacı qızı. Cənubi Azərbaycan mətbuatı tarixi. Bakı: Elm, 2009, s. 31-32 (elektron variant)
- Əxtər qəzeti, 1880, №9
- Əxtər qəzeti, 1880, №33