Əxilik

Əxilikİslamda sufi təriqətlərindən biridir.

Abbasi xilafəti dövründə qurulan, İran, Azərbaycan, Orta AsiyaAnadoluda yayılan bu təşkilat (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır.

Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Sührəverdiyə Kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türklərindən olan böyükk sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir.

Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalı idi. Çünki, cihad Quranda fərz qılınmışdır. Ona sual verib, nəsihət istəyənlərə — "Ey əxi qardaşım! Alış-veriş elmini bilməyən haram lixmadan xilas ola bilməz. Haram loxma yeyən isə ibadətlərinin savabını tapa bilməz. Zəhməti həmişə boça gedərSonunda böyük əzaba tutular və peşman olar." – deyərmiş. O, getdiyi yerlərdə bütün əsnafı bir araya toplayıb təşkilatlandırırdı. Beləliklə o, Anadolu şəhərlərində əxi təşkilatlarının qurucusu oldu, bütün Anadolu əxilərini şeyxi qəbul edildi. Əxi Evrən təsəvvüf fəlsəfəsi və ədəbiyyatı sahəsində əsərlər də yaratmışdır. Bunlardan bilinənləri Mətaliul-iman, Mənahıci-səyfi, Tabsiratul-mübtədi, Təzkirətül-müntəhi, Yəzdani-şinahi, Müridül-kiyafə, Ağaz-u əncam, Mədhi-fakr u Zəmmi-dünya, Risaleyi-arz, Mukatəbat Beynə Sadruddin Konevi, Cihadnamə əsərləridir.

Əxi Evrənin ölümündən sonra onun yolunu tələbələri davam etdiriblər. Eyni zamanda Əxi Evrənin xanımı Fatimə Bacının yetişdirdiyi bacılar da əldə etdikləri əxilik mədəniyyətini bacıdan, bacıya nəql etdilər. Söyüd civarında – Bizans sərhəddində inkişaf etməyə başlayan Osmanlı bəyliyinə tabe olan və bir qismi ucqarlara yerləşdirilən əxilər özlərinin təkyə və zaviyələrini qurdular. Bir əxi şeyxi olan Şeyx Ədəbali qızını Osman bəyə verərək, aralarında qohumluq əlaqəsi yaratdı.

Əxilik XI–XV əsrlərdə Azərbaycanda da mövcud olmuşdur. Əxi Əbülfərəc Zəncani (vəf.1062–1065), Sadəddin Əbulqasim Təbrizi (vəf.1181) və yüzlərlə məşhur əxi şeyxlərinin adını çəkmək olar.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.