Əvəz bəy Ustaclı

Əvəz bəy UstaclıQızılbaş tayfalarından biri olan Ustaclıların Təmişli boyundan olan və XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş hərbi xadimlərindən biri.

Əvəz bəy Ustaclı
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Atası Mirzə bəy Ustaclı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Səfəvi ordusu
Qoşun növü Süvari
Rütbəsi Bəy
Vəzifəsi Bitlis hakimi
Döyüşlər Səfəvi-Osmanlı müharibəsi (1514–1555)

Həyatı

Əvəz bəy Ustaclı XVI əsrin əvvəllərində Səfəvi imperiyasının yaranmasında və yayılmasında rol oynamış qızılbaş sərkərdələrindən biridir. O, 1514-cü ildə qısa müddət Bitlisin hakimi kimi çalışmışdır. O, Mirzə bəy Ustaclının oğlu idi və üç qardaşı var idi: Məhəmməd xan Ustaclı, Ovlaş bəy Ustaclı və Qara xan Ustaclı. Məhəmməd xan və Qara xan I İsmayılın ən vacib sərkərdələrindən biri olmuş və ona Şərqi Anadolunu ələ keçirməkdə yaxından yardım etmişdirlər. Məhəmməd xan Çaldıran döyüşündə, Qara xan isə döyüşdən sonra 1517-ci ildə Osmanlı ordusu ilə döyüşdə öldürülmüşdü. Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Bu evlilikdən Abdulla xan Ustaclı dünyaya gəlmişdir.[1][2][3]

İstinadlar

  1. Floor, Herzig, 2012. səh. 55
  2. McCaffrey, 1990. səh. 656-658
  3. Newman, 2008. səh. 164

Mənbə

  • Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 167–168, 180, 209. ISBN 978-1933823232.
  • Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613.
  • Willem Floor; Edmund Herzig eds. Iran and the World in the Safavid Age. I.B. Tauris. 2012. ISBN 978-1780769905. ([[:Category:|link]])[[Category:]]
  • Michael J. McCaffrey. ČĀLDERĀN. London and New Yor: Encyclopædia Iranica, Volume IV/6 - Routledge & Kegan Paul. 1990. 656–658. ISBN 978-0-71009-129-1.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.