Əvəz Mahmud Lələdağ

Əvəz Cəlal oğlu Mahmudov (29 oktyabr 1935, Ağdü, Qarakilsə rayonu) – Azərbaycanlı pedaqoq, şair-publisist, dramaturq, Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, "Tərəqqi" medalı laureatı.

Əvəz Mahmud Lələdağ
Əvəz Cəlal oğlu Mahmudov
Əvəz Mahmud Lələdağ
Əvəz Mahmud Lələdağ
Təxəllüsü Lələdağ
Doğum tarixi
Doğum yeri Ağdü, Qarakilsə rayonu, Ermənistan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Məmləkət Mahmudova
Uşaqları Əntiqə Rzayeva, Tamella Baxşəliyeva, Şirzad Mahmudov, Mələk Məmmədova, Leyla Qafarova, Şəhla Mahmudova
Atası Cəlal Əliyev
Anası Axanım İsgəndərova
İxtisası Xarici dillər Universiteti Alman dili
Fəaliyyət illəri 1958 ― indiyə kimi
Əsərlərinin dili Azərbaycan dili
Janrlar Qoşma , Sərbəst , Gəraylı , Təcnis
İlk əsəri Kəklik şeri (1958 )
Mükafatları Azərbaycan Respublikasının Dövlət mükafatı “Tərəqqi“ medalı , Azərbaycan Təhsil Nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi “ mükafatı, “Qızıl qələm” mükafatı , “İlin ən yaxşı məktəb müsabiqəsinin qalibi“ mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

Əvəz Mahmudov 1935-ci ildə Ermənistan SSR Qarakilsə rayonunun Ağdü kəndində anadan olmuşdur. İbtidai təhsilini Ağdü kənd orta məktəbində almış, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsinə daxil olmuşdur. Ali məktəbdə təhsil aldığı müddətdə komsomol təşkilat katibi vəzifəsində çalışmışdır. Təhsilini başa vurduqdan sonra öz doğma kəndində əmək fəaliyyətinə başlamışdır.

1972-ci ildən Sumqayıt şəhərində yaşayır. Müxtəlif məktəblərdə direktor müavini və 6 №-li, 13-№-li,25- №-li məktəblərdə direktor vəzifəsində çalışmışdır. 1989 -1995- ci illərdə Sumqayıt şəhər təhsil həmkarlar ittifaqının sədri seçilmişdir. Azərbaycan Yazıçılar Birliyi , AİB və Azərbaycan Aşıqlar birliyinin üzvüdür. Sumqayıt şəhərində YAP-ın ilk təşəbbüskarı olmuş, 1993-cü ildən YAP idarə heyətinin üzvüdür.

Dövlət tərəfindən bir çox mükafatlara, fəxri fərmanlara və başqa mükafatlara layiq görülmüşdür.

  • Azərbaycan Respublikası " Tərəqqi " medalına ,
  • Azərbaycan Təhsil Nazirinin əmri ilə " Qabaqcıl təhsil işçisi " mükafatı,
  • " Qızıl qələm " mükafatı ,
  • " İlin ən yaxşı məktəb müsabiqəsinin qalibi mükafatı "

Altı övladı var. Hal-hazırda SDU-də "Pedaqoji təcrübənin rəhbəri" vəzifəsində çalışır.

Bədii yaradıcılığı

Qabaqcıl Maarif Əlaçısı

Nəşr olunmuş əsərləri

  • "El yada düşdü" (Yazıçı, 1984)
  • "Dağlar marala qaldı" (Gənlik, 1991)
  • "Ömür payı" (Azərnəşr, 1995)
  • "Sinəsi dolu nənəm" (Gənclik, 1996)
  • "Ömürdən qalan izlər" (Təhsil, 1998)
  • "Ağ dovşanın nağılı" (Sumqayıt nəşr, 1999)
  • "Yaddan çıxmaz günlərim" (Təfəkkür, 2002)
  • "Bizi deyib gəlmə, Mirzə" (Təfəkkür, 2003)
  • "Dünya hara gedirsən" (Sumqayıt nəşr, 2004)
  • "Səni gözləyirəm" (Pedaqoqika, 2004)
  • "Sənə sözüm var" (Kövsər nəşriyyatı, 2004)
  • "Analı dünyam" (Nurlan, 2006)
  • "Ümumbəşəri bəla erməni xəstəliyi" (Nurlan, 2007)
  • "Dağlar, gözləyin məni" (Nurlan, 2008)
  • "Təlimdə ənənəvilik və müasirlik" (Nurlan, 2008)
  • "Bu dünyaya könül verdim" (Nurlan, 2008)
  • "Seçilmiş əsərlər 5 cilddə" (Bilik nəşriyyatı, 2011)
  • "Xocalı harayı" (Bilik nəşriyyatı, 2012)
  • "Ana duası, könül dünyası" (Bilik, 2014)
  • "Bağışla məni" (Elm və təhsil, 2016)
  • "Sözümdə Vətən ətri var" (Elm və təhsil, 2016)
  • "Ölməyə Vətən yaxşı" (Elm və Təhsil, 2018)
Sumqayıt Dövlət Universitetinin müəllimi

Məqalələri

567- dən çox elmi – publisistik və metodiki məqalələr müxtəlif mətbuat orqanlarında " Azərbaycan müəllimi " , " Azərbaycan qəzeti " , " Xalq qəzeti " , " Təhsil və Zaman " qəzeti , " Sumqayıt " qəzeti , " 168 " qəzeti , " Ədalət " qəzeti , " Vedibasar " qəzeti , " Möhtəşəm Azərbaycan " qəzeti , " Həkəri " qəzeti , " Sözün sehri " qəzeti və.s çap olunmuşdur.

  • Sumqayıtda hadisə. (1988-ci il 27-29 fevral hadisələri haqqında) // Lələdağ Mahmud Ə. Yaddan çıxmaz günlərim. Bakı: Təfəkkür, 2002. səh. 119-121.
  • Fitnəkarlıq, yaxud erməni xisləti : 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü // Azərbaycan. – 2006. – 28 mart. – S.7.
  • " Sənə sözüm var ". Bakı: " Kövsər " - 2009)

Dram Əsərləri

Hüseyn Ərəblsinksi adına Sumqayıt Dövlət Musiqili Dram teatrında tamaşaya qoyulmuşdur.

Şeirləri

"Ulduz", "Kirpi" , "Ədəbiyyat qəzeti", "Azərbaycan gəncləri ", "Azərbaycan müəllimləri " və s. müntəzəm çıxmışdır.

  • "Ordadı"
  • "O çiçəyi ayaqlama"
  • "Eyləyirsən"

Almanaxlarda

"Yeni səslər" , "Azərbaycan harayı" , " El şairləri ", " Yazıçı " qəzetində (Bakı, 1984) dərc edilmişdir.

şair-publisist

İstinadlar

    Xarici keçidlər

    Əvəz Mahmud Lələdağ tədbirdə
    • Əvəz Mahmud Lələdağın 80 illik yubileyi keçirildi
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.