Əvəz Hafizlinin qətli
Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir.
Əvəz Hafizlinin qətli | |
---|---|
| |
Ümumi məlumatlar | |
Yeri | |
Hücumun hədəfi | Əvəz Hafizli |
Tarix |
|
Hücum metodu | qətl |
Silah(lar) | bıçaq |
Ölü sayı |
|
Yaralı sayı |
|
Qatil(lər) | Əmrulla Gülalıyev |
Törədən(lər) | Əmrulla Gülalıyev[d] |
29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.
Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir.
Zəmin
Əvəz Hafiz oğlu Şıxməmmədov[1] 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır.[2][3] Əvəz Hafizli "Kanal13" müstəqil video xəbər saytında müxbir kimi çalışmış və burada LGBTİ+ hüquqları da daxil olmaqla bir sıra məsələləri işıqlandırmışdır. O, Azərbaycanda media haqqında qəbul edilən qanunun əleyhinə mitinqlərdə iştirak etmiş və hökumətdən LGBT vətəndaşlara qarşı ayrı-seçkiliyə son qoymağı tələb edən etiraz aksiyaları təşkil etmiş,[4] prezident administrasiyası qarşısında göy qurşağı bayrağını qaldırmışdır.[5] Birləşmiş Krallığa köçənə qədər Hafizli ilə işləmiş, adını açıqlamayan azərbaycanlı fəal "PinkNews"a bildirmişdir ki, Hafizli həm də "polis zorakılığının qurbanı" olmuşdur.[6] Bundan başqa, Hafizli 2021-ci ildə gey icmasına qarşı təhdidlərə qarşı tədbir görülməməsinə etiraz olaraq Baş Prokurorluğun yaxınlığında özünü hasara zəncirləmişdi. O, cinsi orientasiyasına görə hər zaman ailəsi və qohumları tərəfindən təzyiqlər edilirdi. Bu səbəbdən o, kirayə ev tutmuşdu və tez-tez evi dəyişirdi. Hafizlinin dostlarının məlumatına görə, ailəsi və başqaları onu jurnalist və LGBTİ+ fəalı kimi fəaliyyətinə, həmçinin cinsi oriyentasiyasına görə təzyiq göstərirdilər. Bəzi qohumları onunla əlaqəni kəsmişdir.[7] Hafizli anasına baş çəkmək üçün getdiyi Balaxanı qəsəbəsindəki evlərində qalırdı.[8]
Azərbaycanlı blogger Sevinc Hüseynova 2021-ci ilin iyul ayından başlayaraq, mütəmadi şəkildə özünün "İnstaqram" hesabında ölkənin LGBTİ+ icmasını hədəf göstərən canlı yayımlar və paylaşımlar etmiş, cəmiyyəti translara və geylərə qarşı zorakılıq və qətllər etməyə səsləmiş, icmanı ölümlə hədələmişdir.[9] Əvəz iddia etmişdir ki, Hüseynovanın çıxışlarından sonra ailə üzvləri tərəfindən hədələnmişdir.[10] Bundan sonra, sentyabrında 4-dən 5-nə keçən gecə Əvəz Hafizli bu təhdidlərə reaksiya olaraq intihara cəhd etmişdir. O, ardınca "Semaşko" xəstəxanasının toksikologiya şöbəsinə çatdırılmıış və vəziyyəti yaxşılaşdıqdan sonra xəstəxanadan buraxılmışdır. O, 5 sentyabrda Nəsimi rayonu 20-ci polis bölməsində Sevinc Hüseynovanın əməllərindən şikayət etmiş, həmçinin özünün "Feysbuk" sosial şəbəkə hesabında başına gələcək hər bir hadisəyə görə Sevinc Hüseynovanın təqsirli olacağını bildirmişdir.[9][11] Hafizli dəfələrlə həyatının təhlükədə olduğunu bildirərək hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək üçün təkbaşına aksiyalar keçirmişdir.[12][13]
Qətl
Əvəz Hafizlinin ögey əmisioğlu, 1998-ci il təvəllüdlü Əmrulla Gülalıyev 2014-cü ildən Hafizlinin homoseksual olduğunu bilirdi və Gülalıyev onu homoseksuallıqdan yayınmağa dəvət edirdi, bu səbəbdən də onunla mübahisədə idi. Gülalıyev sonradan Hafizli haqqında danışarkən "nəslimizin adını batırırdı" demişdir. Həmçinin, Gülalıyev əlavə etmişdir ki, Hafizlinin homoseksual olması səbəbilə ictimaiyyətdə ona diskriminasiya edilirdi.[14] Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatına görə, Gülalıyev yerli vaxtla saat 16:00 radələrində Əvəz Hafizlini bıçaqla qətlə yetirmişdir.[15][16]
Əmrulla Gülalıyev hadisə ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə və istintaqa iki fərqli ifadə vermişdir.[17] O, Bakı Ağır Cinayətlər Məhkəməsinə verdiyi ifadədə bildirmişdir ki, 22 fevralda Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan əmisigilin həyətində, ayrı evdə yaşayan Hafizlinin yanına getmişdir. Burada o, Hafizliyə homoseksuallıqdan yayınması barədə bir daha xəbərdarlıq etmişdir. Gülalıyevin sözlərinə görə, Hafizli cavabında "bu, mənim sənətimdir, get işinlə məşğul ol" demişdir. Bu sözlərə görə qəzəblənən Gülalıyev ardınca Hafizlinin evində mətbəxdən bıçağı götürmüşdür. Gülalıyev istintaqa verdiyi ifadədə bildirmişdir ki, o, 2021-ci ilin dekabrında Hafizlini öldürmək qərarı vermişdir. Gülalıyev 22 fevralda Balaxanıda digər əmisioğlunun işlədiyi dükana gedib ondan evdə kiminsə olub-olmadığını soruşmuş, Hafizlinin evdə tək olduğunu və həyətdə yaşayanların şəhərdən kənarda olduğunu öyrənmişdir. O, bundan sonra bıçağı götürüb xəbərsiz Hafizlinin qaldığı evə getmiş, onu həyətə çağırmış və yerə yıxaraq boğazına xəsarət yetirmişdir. Gülalıyev daha sonra Hafizlinin bədəninin müxtəlif istiqamətlərindən bir neçə bıçaq vurub onu öldürmüşdür. O, ardınca polisə gedərək təslim olmuşdur.[14]
Gülalıyev ardınca Hafizlinin başını və cinsiyyət orqanını kəsmişdir. "Star Observer" nəşrinin məlumatına görə, hadisədən sonra da ona qarşı homofob rəftar qeydə alınmışdır.[18] Hafizlinin meyiti ölümündən sonra kirli xalçaya bükülmüşdür,[19] həmçinin hadisə yerinə gələn polis əməkdaşları və həkimlər Hafizlinin meyitinə toxunmaqdan, onu daşımaqdan imtina etmişdilər.[5] Bu səbəbdən Hafizlinin meyitini öz dostları morqa aparmalı olmuşdular.[20] Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, Gülalıyevin "cinayəti törədərkən sərxoş vəziyyətdə olmuşdur" və ifadəsində "cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf etmişdir".[21] Hafizlinin həmkarı Teymur Kərimovun sözlərinə görə, Gülalıyev qətli törətdikdən sonra "Əvəzi öldürdüm, gedirəm polisə təslim olmağa" demişdir.[8]
Məhkəmə və həbs
Əmrulla Gülalıyev hadisə yerində polis əməkdaşları tərəfindən dərhal tutularaq istintaqa təhvil verilmişdir. Həmin gün faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlamışdır.[22][23] Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmışdır. Əmrulla Gülalıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə ittiham olunmuşdur.[24]
20 iyunda hakim Əli Məmmədovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilmişdir. Təqsirləndirilən Əmrulla Gülalıyev Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanıldığından təcridxanadan məhkəməyə onlayn şəkildə qoşulmuşdur, lakin vəkili məhkəmədə iştirak etmişdir. Hafizlinin yaxınlarından heç kim məhkəmə prosesinə gəlməmişdir. Prosesi izləməyə gələn LGBTİ+ fəalları, feministlər, jurnalistlərin heç biri məhkəmə zalına buraxılmamışdır. Məhkəmə prosesini izləməyə gələn Birləşmiş Krallıq səfirliyinin təmsilçilərinə məhkəmədə iştirak etməyə imkan yaradılmışdır.[25] Daha iki nəfər isə özlərini Hafizlinin qohumu kimi təqdim edərək məhkəmə zalına daxil olmuşdur.[26] Prosesə buraxılmayan aktivistlər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında etiraz aksiyası keçirmiş, açıq məhkəmə prosesinin "faktiki olaraq qapalı keçirilməsinə" etiraz etmişdir.[25] Hafizlinin qardaşı və anası da onun hüquqi varisləri qismində dindirilmişdir. Qardaşı Təbriz Şıxməmmədov bildirmişdir ki, təqsirləndirilən əmisi oğlundan şikayətçi deyillər. Buna baxmayaraq, Hafizlinin anası Cəmalə Şıxməmmədova təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir, ona ağır cəza verilməsini tələb etmişdir.[17] Hər halda, bu işdə zərərçəkmişin hüquqi varisi qismində Təbriz Şıxməmmədov tanınmışdır.[25]
4 iyulda məhkəmə prosesi keçirilməli idi və bu səbəbdən məhkəmə binasının qarşısına media nümayəndələri, LGBTİ+ fəalları toplaşmışdır. Buna baxmayaraq, hakimlərdən birinin məzuniyyətə çıxmasıyla iş təxirə düşmüşdür.[27] LGBTQ+ fəalı Əli Məlikovun sözlərinə görə, fəallar Əvəz Hafizlinin məhkəmə prosesini izləyə bilmirdi.[28] 18 iyulda keçirilən məhkəmə prosesində Gülalıyev bildirmişdir ki, o, Hafizlini öldürmək niyyətində olmayıb və qətli emosional vəziyyətdə törədib, əməlindən peşmandır.[29] Həmçinin, Məlikovun sözlərinə görə, həmin gün keçirilən məhkəmə zamanı insanların zal dolana qədər açıq məhkəməyə girə bilməsinə imkan yaradan qanuna baxmayaraq, əməkdaşlardan biri binaya yalnız dörd-beş nəfərin girə biləcəyini israr etmişdir.[28] 25 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə dair iş üzrə prosesdə prokuror son sözlə çıxış etmiş və təqsirləndirilən Əmrulla Gülalıyevin 120.1-ci (qəsdən adamöldürmə) maddə ilə təqsirli bilinərək 10,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdir.[30]
29 iyulda Əmrulla Güləliyevin məhkəməsi yekunlaşmış, Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunmuşdur. Hakim Əli Məmmədovun sədrliyi ilə çıxarılan hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir.[31]
Reaksiyalar
Əvəz Hafizlinin ölümü sosial mediada ictimai rezonansa səbəb olmuş, bir çox fəal Azərbaycanda xüsusən də ölkədəki marjinal qruplara qarşı yönəlmiş nifrət cinayətləri ilə bağlı hərəkətsizliyini tənqid etmişdir.[32] LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir.[4] 23 fevralda ABŞ-nin Azərbaycandakı səfirliyi Əvəz Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir.[33] 2022-ci ilin mayında Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış etmişdir. Deputatlar xüsusi olaraq başqa hadisələrlə birlikdə Əvəz Hafizlinin evində qətlə yetirilməsini istinad etmişdir.[34]
Azərbaycan media eksperti Şəmşad Ağa Hafizlinin qətlini "Azərbaycanda həm jurnalistika, həm də cəmiyyət üçün faciəvi hadisə" adlandırmışdır. LGBTİ+ hüquqlarının müdafiəçisi Cavid Nəbiyev bildirmişdir ki, "Azərbaycanda LGBT icmasına qarşı hər bir cinayət siyasi xarakter daşıyır".[4] LGBTQ+ fəalı Əli Məlikov qeyd etmişdir ki, Hafizlinin ölümü Azərbaycanda yeganə insident deyil, LGBTQ+ fərdlərə qarşı törədilən nifrət cinayətlərinin ən son nümunələrindən biridir. O, bunun geniş yayılmış anti-LGBTQ narrativinin nəticəsi olduğunu söyləmişdir.[35] İctimai fəal Gülnarə Mehdiyeva özünün "Feysbuk" sosial şəbəkə hesabında hadisə ilə əlaqədar yazmışdır ki, "Azərbaycan hökuməti LGBTQ şəxslərin qətlini hər səviyyədə legitimləşdirdiyi üçün bilavasitə günahkardır".[36] Mehdiyeva Əvəz Hafizlinin qətlini "nifrət cinayəti" kimi şərh etmişdir.[37]
İstinadlar
- "Binəqədidə kütləvi dava: Xəsarət alan var". Milli.az (az.). 29 sentyabr 2021. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı:". Institute for Reporters' Freedom and Safety (az.). 12 may 2022. Archived from the original on 29 July 2022. İstifadə tarixi: 29 iyul 2022.
- "REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATİ 18/05/2022". Institute for Reporters' Freedom and Safety (az.). 18 may 2022. Archived from the original on 29 July 2022. İstifadə tarixi: 29 iyul 2022.
- Bayramova, Pərvanə. "Azərbaycanda reportyor öldürülüb". Amerikanın səsi (az.). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- Məlikov, Əli. "Obituary | Avaz Hafizli". OC Media (ingilis). 25 fevral. Archived from the original on 2022-03-20. İstifadə tarixi: 29 iyul 2022.
- "LGBTQ+ ACTIVIST & JOURNALIST MURDERED IN AZERBAIJAN". Gay-Express (ingilis). 2 mart 2022. Archived from the original on 2022-03-12. İstifadə tarixi: 29 iyul 2022.
- Bayramova, Pərvanə; Göyüşzadə, Əzizə. "Azerbaijan Mourns Tragic Killing of Gay Rights Activist and Reporter". Amerikanın səsi (ingilis). 24 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Qətlə yetirilən jurnalist Əvəz Şıxməmmədovun həmkarı: "Əvəz ailəsi və qohumları tərəfindən təzyiqlərə məruz qalırdı"". BBC Azərbaycanca (az.). 22 fevral 2022. Archived from the original on 2022-08-15. İstifadə tarixi: 29 iyul 2022.
- "Jurnalist Əvəz Hafizli intihara cəhd edib". Minority (az.). 5 sentyabr 2021. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- İsmayılbəyli, Sevgi. "Inaccurate mental disorder diagnoses and other problems LGBTI+ faces in Azerbaijan". JAMnews (ingilis). 14 iyun 2022. Archived from the original on 2022-07-17. İstifadə tarixi: 29 iyul 2022.
- "Jurnalist Əvəz Hafizli etiraz aksiyası keçirib". Minority (az.). 11 sentyabr 2021. Archived from the original on 2021-12-07. İstifadə tarixi: 29 iyul 2022.
- "Why does the Azerbaijani opposition avoid talking on LGBT?". Mikroskop Media (ingilis). 1 aprel 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "LGBT+ üzvünün qətli haqqında iş üzrə məhkəmə başlayıb". Institute for Reporters' Freedom and Safety (az.). 20 iyun 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- ""Nəslimizin adını batırdı" - Blogerin qatili hadisənin təfərrüatını açıqladı". Milli.az (az.). 23 iyul 2022. Archived from the original on 2022-08-21. İstifadə tarixi: 29 iyul 2022.
- "Reportyor Əvəz Hafizli öldürülüb". Meydan TV (az.). 22 fevral 2022. Archived from the original on 2022-06-23. İstifadə tarixi: 29 iyul 2022.
- "Bakıda əmisi oğlu jurnalisti ÖLDÜRDÜ". Azəri Press Agentliyi (az.). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Reportyoru öldürməkdə ittiham olunan əmisi oğlu: "Nəslimizin adını batırırdı"". Meydan TV (az.). 18 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "GAY JOURNALIST MURDERED, BEHEADED IN AZERBAIJAN". Star Observer (ingilis). 10 mart 2022. Archived from the original on 2022-03-29. İstifadə tarixi: 29 iyul 2022.
- Babazadə, Vüqar. "Əvəzi əmisi oğlu öldürməyib!". Kulis.az (az.). 23 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Baku: Queerer Journalist und Aktivist durch Vetter getötet" [Bakı: Kvir jurnalist və fəal əmisioğlu tərəfindən öldürülüb]. Queer.de (alman). 23 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Bakıda sərxoş gənc əmisi oğlunu öldürüb". Trend İnformasiya Agentliyi (az.). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Jurnalist və LGBT fəalı Əvəz Hafizli qətlə yetirilib". Mikroskop Media (az.). 22 fevral 2022. Archived from the original on 2022-02-28. İstifadə tarixi: 29 iyul 2022.
- "LGBTI+ activist Avaz Hafizli was murdered". Minority (ingilis). 22 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Prokuror Əvəz Hafizlinin qətlində təqsirləndirilən şəxsə iş istədi". Meydan TV (az.). 25 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Əvəz Hafizlinin qətli ilə bağlı məhkəmə başladı". Meydan TV (az.). 20 iyun 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Reportyorun qətli üzrə məhkəməyə buraxılmayanlar aksiya keçirdi". Azadlıq Radiosu (az.). 20 iyun 2022. Archived from the original on 2022-06-30. İstifadə tarixi: 29 iyul 2022.
- "LGBTQI+ fəalları: "Əvəzin qatili dövlətdir"". Meydan TV (az.). 4 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- Wakefield, Lily. "LGBTQ+ activists 'blocked' from public trial of man who beheaded and castrated gay journalist". PinkNews (ingilis). 26 iyul 2022. 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2022.
- "Əvəz Hafizlinin anası onun qatili üçün ən ağır cəza tələb edir". Turan İnformasiya Agentliyi (az.). 19 iyul 2022. Archived from the original on 2022-07-22. İstifadə tarixi: 29 iyul 2022.
- "Prokuror LGBT fəalının qatilinə 10,5 il həbs istəyir". Turan İnformasiya Agentliyi (az.). 26 iyul 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Əvəz Hafizlini qətlə yetirməkdə ittiham olunan əmisi oğluna hökm oxundu". Meydan TV (az.). 29 iyul 2022. Archived from the original on 2022-08-11. İstifadə tarixi: 29 iyul 2022.
- Qeybullayeva, Arzu. "Azerbaijani journalist and queer activist murdered". Global Voices (ingilis). Archived from the original on 2022-09-17. İstifadə tarixi: 29 iyul 2022.
- "ABŞ Səfirliyi qətlə yetirilən jurnalistin ailəsinə başsağlığı verib". Turan İnformasiya Agentliyi (az.). 23 fevral 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
- "Avropa Şurası Parlament Assambleyası "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" mövzusunda məruzə hazırlamaq qərarına gəlib". Institute for Reporters' Freedom and Safety (az.). 28 iyun 2022. Archived from the original on 2022-07-03. İstifadə tarixi: 29 iyul 2022.
- Geybullayeva, Arzu. "Azerbaijan court overlooks a hate crime against LGBTQ+ activist". Global Voices (ingilis). 1 avqust 2022. 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2022.
- Levesque, Brody. "LGBTQ activist, journalist murdered in Azerbaijan". Washington Blade (ingilis). Pitts Omnimedia. 1 mart 2022. Archived from the original on 2022-03-09. İstifadə tarixi: 29 iyul 2022.
- "Əvəz Hafizlinin qətli: "Nifrət cinayətidir"". Meydan TV (az.). 14 mart 2022. Archived from the original on 2022-07-29. İstifadə tarixi: 29 iyul 2022.
Azərbaycan portalı LGBT portalı |