Əthəm Mahmud Paşa

Əthəm Mahmud Paşa (ö. 7 fevral 1886) — Osmanlı sultanı Sultan ƏbdülməcidSultan Əbdüləzizin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Əthəm Mahmud Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Dəfn yeri Sultan Mahmud türbəsi
Atası Kürəkən Mehmed Əli Paşa
Həyat yoldaşı Rəfiyə Sultan
Uşağı Mehmed Əli bəy

Atası Sultan Əbdülməcid dönəminin sədrəzəmlərindən Mehmed Əli Paşa idi. Atası Sultan Mahmudun qızlarından Adilə Sultanla evli olsa da, Əthəm Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Analığının saraya yaxınlığını səbəbilə mükəmməl təhsil aldı. 1850-ci ildə hərbi məktəbə daxil oldu. 1854-cü ildə Sultan Əbdülməcidin qızlarından Rəfiyə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi isə 21 iyul 1857-ci ildə Topqapı sarayında baş tutdu və cütlüyə Üsküdarda bir saray təsis edildi.

Toy mərasiminin ardından general-leytenant rütbəsinə yüksələn Əthəm Paşa 1858-ci ildə vəzir rütbəsiylə Ali məclisə üzv seçildi. 1871-ci ilədək bir neçə dəfə məclis üzvlüyündən ayrılıb yenidən təyin olundu. Ardından səhhəti pisləşdi və yatalaq xəstəliyə tutuldu. Bir neçə il davam edən xəstəliyin ardından 1886-cı ildə vəfat etdi. Cənazəsi Sultan Mahmud türbəsinin bağçasına dəfn edilmişdir.

Xanımının övladının olmaması və Əthəm Paşanın qadınlara olan düşkünlüyü səbəbilə evliliyinin yaxşı keçmədiyi, Rəfiyə Sultanın qardaşlarına yazdığı məktublarda ərindən şikayət etdiyi bilinir. Öncəki evliliyindən Mehmed Əli bəy (ö. 1887) adlı bir oğlu və bir qızının olduğu bilinir.

Mənbə

  • Sicill-i Osmani II cild, səh. 108

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.