Ətayə Əliyeva
Ətayə Qulam qızı Əliyeva (2 may 1920, Poltoratsk, Türkistan Muxtar Sovet Sosialist Respublikası – 6 aprel 1995, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964). Azərbaycanda çəkilmiş onlarla filmdə rol alıb.
Ətayə Əliyeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Poltoratsk, Zakaspiysk vilayəti, Türkistan MSSR |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Həsənağa Mirzəyev |
Uşaqları |
Rauf Mirzəyev Ramiz Mirzəyev |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1936–1995 |
Təhsili | Bakı Teatr Texnikumu |
İstiqamət | kino, teatr |
Teatr |
Azərbaycan Dövlət Akademik Dram Teatrı İrəvan Dövlət Azərbaycan Dram Teatrı Gəncə Dövlət Dram Teatrı |
Mükafatları |
Həyatı
Ətayə Əliyeva 1920-ci il mayın 2-də Poltoratskda anadan olub[1]. Səhnə fəaliyyətinə həvəskar kimi başlayıb. İlk dəfə 1933-cü ildə Rza Əfqanlının Aşqabad musiqili dram teatrında tamaşaya qoyduğu "Aşıq Qərib" tamaşasında Qəribin bacısı rolunu oynayıb[2]. Bakı Teatr Texnikumunda ixtisas təhsili alıb. Burada Fatma Qədrinin təşəbbüsü ilə dram dərnəyində bir neçə rollarda çıxış edib[2]. 1934-cü ildə texnikumun birinci kurs tələbəsi olan Ətayə Əliyeva M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilib[3]. 1936-cı il Ətayə xanım teatrın bir qrup aktyoru ilə birlikdə İrəvana gedir və burada İrəvan Dövlət Azərbaycan Dram Teatrı on il işləyir[3][4]. O, İrəvan teatrında həm milli, həm də xarici əsərlərinin tamaşasında onlarla səhnə obrazları yaradır[3].
1948–1949-cu illərin teatr mövsümündə Gəncə Dram Teatrına dəvət edilib. Ətayə xanımın səhnə fəaliyyəti Cəfər Cabbarlı yaradıcılığı ilə sıx əlaqədardır[4]. Sevil və Dilbər, Yaqut və Tanya, Sona və Solmaz (İrəvan teatrında), Almaz, Sara, Gültəkin (Gəncə teatrında) obrazları üzərindəki işi aktrisa üçün böyük bir məktəb olub[5].
1956-cı ildə Ətayə Əliyeva yenidən M. Füzuli adına Azərbaycan Dövlət Akademik Dram Teatrına qayıdır. Burada klassik və müasir Azərbaycan dramaturqlarının, eləcə də tərcümə əsərlərinin tamaşalarında çıxış edir[4]. Pəri (Pəri Cadu), Sona (Hacı Qara), Fatmanisə (Ölülər), Validə (İliç buxtası), Nəzakət (Sən həmişə mənimləsən), Rəfiqə (Yalan), Məlahət (İkinci səs) və onlarla başqa səhnə obrazları aktrisanın son illərdə oynadığı rollardır[4].
Ətayə Əliyeva radio və televiziya verilişlərində və kinodada bir çox rolları ifa edib. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Bizim küçə" filmində "Bəyim xala", "Dağlarda döyüş" filmində "ana", "Telefonçu qız" filmində "Simuzər", "Uşaqlığın son gecəsi" filmində "Mənsurə" rollarında çıxış edib. Rejissor Rza Təhmasibin 1959-cu ildə ekranlaşdırdığı "Onu bağışlamaq olarmı?" filmində aktrisa iki rolda "leytenant Qarayeva" və "Sara xala" rollarında çıxış edib[1].
1995-ci il aprelin 6-da Bakıda dünyasını dəyişib[3]. Yasamal qəbiristanlığında dəfn edilib[6].
Ailəsi
Ətayə Əliyevanın atası Ağaqulam Marağa şəhərindən, anası Humay xanım isə Təbriz şəhərindən olub[7]. Ailədə 6 uşaq olublar[7].
Aktyor Həsənağa Mirzəyevlə ailə qurub[4]. Bu evlilikdən 3 uşaqları dünyaya gəlib[7]. Rejissorlar Ramiz Həsənoğlunun və Rauf Süleymanın anasıdır[4].
Mükafatları
- 1964-cü il iyunun 29-da "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb[8][9].
Filmoqrafiya
- Alma almaya bənzər (film, 1975) — səsləndirən: Haşımın qayınanası (Süsən Məcidova)
- Analar (film, 1988)
- Arşın mal alan (film, 1965)
- Bir cənub şəhərində (film, 1969)
- Bizim küçə (film, 1961)
- Dağlarda döyüş (film, 1967)
- Əsl dost (film, 1959)
- General (film, 1970)
- Gün keçdi (film, 1971)
- İnsan məskən salır (film, 1967)
- Körpə (film, 1962)
- Qanun naminə (film, 1968)
- Qaraca qız (film, 1966)(film, kinoalmanax)
- Mən ki gözəl deyildim (film, 1968)
- Onu bağışlamaq olarmı? (film, 1959)
- Romeo mənim qonşumdur (film, 1963)
- Sizi, kiçik toy məclisinə dəvət edirik (film, 1979)
- Sürpriz (film, 1977)
- Telefonçu qız (film, 1962)
- Topal Teymur (film, 1983)
- Torpaq. Dəniz. Od. Səma (film, 1967)
- Uşaqlığın son gecəsi (film, 1968)
- Yun şal (film, 1965)
İstinadlar
- Fərəcov, Savalan. "Ətayə Əliyeva". melumatlar.az (az.). 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- "Əliyeva Ətayə Qulam qızı". musigi-dunya.az. 2014-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- Əliyeva, Nurlanə. "Müdrik ana obrazlarını yaradan sevilən xanım - Ətayə Əliyeva". kayzen.az. İstifadə tarixi: 2023-11-30.
- ""Sənəti və ailəsi arasında harmoniya tapan xoşbəxt qadın" - Ramiz Həsənoğlu". Teleqraf.com (az.). 2022-05-03. 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- Əmirli, Şəhla. "Təvazökar xanımın ecazkar sənəti". medeniyyet.az (az.). 2020-05-01. 2020-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- "Ətayə Əliyeva". http://tvseans.com (az.). 2018-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- "Ailəsindən 50 il ayrı qalan aktrisa - Oğlunun təkliflərindən imtina edən sənətkar". modern.az (az.). 2020-05-02. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- Əliyeva, Nurlanə. ""Qaçaq Nəbi"nin Həcəri, "Fərhad və Şirin"in Şirini... - Əməkdar artist Ətayə Əliyeva kim olub? + FOTOLAR". mia.az (az.). 2021-04-06. 2023-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- Bürcəliyeva, Şəhla. "Bənzərsiz rollar, sevilən ifalar". Mədəniyyət qəzeti. 2012-05-11. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.