Əsrik (Kəlbəcər)

ƏsrikAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd.[1]

Əsrik
40°01′56″ şm. e. 46°12′56″ ş. u.
Ölkə
Region Kəlbəcər rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əsrik xəritədə
Əsrik
Əsrik
Əsrik xəritədə
Əsrik
Əsrik

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi

Əsrik kəndi dağətəyi ərazidədir. XX əsrin əvvəllərində rayonun ərazisində Böyük Əsrik və Kicik Əsrik adlı iki kənd qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmışdə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindən köçüb gəlmış dord ailə salmışdır[2].

Yaylaqlar

Qulu bəyin yurdu, Qaragüney yurdu, Ağgüney yurdu, Uzunkalafa yurdu, Baş yurd, Qoturlu yaylağı, Puşdu yurd, Xatınoğlunun yurdu, Dükanlı yurd, Ağbulaq yurdu, Hacımahmudlu yurdu, Qoçtəpəli yurdu, Arpalar yurdu, Qaynarbulaq yurdu, Alançıqqaya yurdu, Aşağı yurd.

Bulaqlar

Soyuq bulaq, Novlu bulaq, Yarpızlı bulaq, Sarı bulaq, Qaynar bulaq, Daş bulaq, Böyük qotur su, Turş su, Arıçılıq qayasından çıxan su, Neftlı bulaq, Əhəngyanan bulaq, Qaratel bulağı, Şahnisə bulağı.

Məşhur yerlər

Mozgörükən, Donuzgüneyinin beli, Sarıtəpə, Mərəklərin başı, Marığın başı, Haçadaş, Böyükgüneyin qayası, Qaraqaya, Qurdqarğasının boynu, Oyuğun şişi, Qəbirstanlığın güneyi, Xarabanın güneyi, Şişgüney, Alaqayanın başı, Cəddənin təpəsi, Ortaburunun başı, Atlargedən yal, Xədicə xanımın bulağı, Abdulla yurdu, Aşargədaşın şişi, Dəmirçinin gərdəni, Məşədi Məmməd gələn, Xudamazarlıyanın yalı, Qırmızıtəpə, Toyolan, Ağduzdağ, Qazantapılan, Çoban dağı, Oyuxlu dağı, Oyuğun şişi, Tutxun çayı.[3]

Binələr-Qışlaq

Kilsə binəsi, Çökək binə, Təkdam binəsi, Maydan ölən binə, Ağzıbir binə, Dərə damları binəsi, Xarabanın dərəsi binə.[3]

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.