Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi).
Əshamə ibn Əbcər | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | 630[1], 631 və ya 632 |
Fəaliyyəti | monarx, Nequs |
İslamda yeri
Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır.
İstinadlar
- Dictionary of African Biography (ing.). / E. K. Akyeampong, Henry Louis Gates, Jr. NYC: OUP, 2012. ISBN 978-0-19-538207-5
Həmçinin bax
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.