Əshabi-kəhf dağı

Əshabi-kəhf dağıBabək rayonu ərazisində dağ (hünd. 1685,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 4,5 km şərqdə yerləşən qövsvari sıldırım yamaclı tirənin  suayırıcısında zirvə. Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarını yarıb çıxan Orta Miosen yaşlı teşenitlərdən ibarət şimal-şərq istiqamətində uzanmış sill formalı subvulkanik intruziv kütlənin əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində  yerləşir. Yamaclarında acılan teşenitlər yaxşı ifadə olunan sütunvari ayrılmalarla səciyyələnir. Əshabi-kəhf mağarası dağın cənub-qərb yamacındadır.  [1]

Əshabi-kəhf dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1685,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.