Əshabi-Kəhf (film, 2000)
Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi.
Əshabi-Kəhf | |
---|---|
Janr | sənədli film |
Rejissorlar |
Xamiz Muradov Tofiq Məmmədov |
Ssenari müəllifi | Zaur Məhərrəmov |
Operator | Rəfael Salamzadə |
İstehsalçı | "Salnamə" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 2000 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2000 |
Texniki məlumatlar |
1 hissə 265 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur.
Filmin heyəti
Film üzərində işləyənlər
- Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov
- Ssenari müəllifi: Zaur Məhərrəmov
- Operator: Rəfael Salamzadə
- Səs operatoru: Kamal Seyidov
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.