Əsgər Məmmədov (dövlət xadimi)

Əsgər Talıb oğlu Məmmədov (1947, Kirəvud, Lerik rayonu28 yanvar 2023) — Azərbaycan baş nazirinin sabiq müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sabiq baş katibi, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Astara Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Goranboy Rayon Sovetinin sədri, Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sabiq sədri.

Əsgər Məmmədov
2 iyun 1992 16 oktyabr 1994
Baş nazirRahim Hüseynov (1992-1993)
Əli Məsimli (1993)
Pənah Hüseyn (1993)
Surət Hüseynov (1993-1994)
Fuad Quliyev (1994-1996)
bayraq
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
bayraq2
1990 1995
Seçki dairəsi222 nömrəli Borsunlu
Sonrakıvəzifə ləğv olundu
bayraq
Astara Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1991 1992
Əvvəlkivəzifə təsis edildi
SonrakıFaiq Cəfərov
bayraq
Goranboy Rayon Sovetinin sədri
bayraq2
1991 1991
Əvvəlkivəzifə təsis edildi
Sonrakıvəzifə ləğv edildi
Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1986 1991
Şəxsi məlumatlar
Doğum tarixi 1947
Doğum yeri
Vəfat tarixi 28 yanvar 2023(2023-01-28)
Partiya
Fəaliyyəti siyasətçi

Həyatı

Əsgər Məmmədov Azərbaycan Sovet Sosialist Respublikasının Lerik rayonunun Kirəvud kəndində doğulmuşdur.[1]

Əsgər Məmmədov 28 yanvar 2023-cü il tarixində uzun sürən xəstəliyin ardından ölmüşdür.[1] Cənazə mərasimi Təzəpir məscidində keçirilmişdir.[2]

Siyasi fəaliyyəti

Əsgər Məmmədov 1986–1991-ci illərdə Qasım İsmayılov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır. Daha sonra o, Goranboy Rayon Sovetinin sədri seçilmişdir.[1]

Azərbaycan SSR Ali Sovetinə 1990-cı ildə keçirilən seçkilərdə Əsgər Məmmədov 222 saylı Borsunlu seçki dairəsindən deputat seçilmişdir. O, Azərbaycan Ali Sovetinin 8 fevral 1991-ci il tarixli qərarı ilə DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərar layihəsini hazırlamaq üçün yaradılmış Redaksiya komissiyasının üzvü seçilmişdir.[3]

Müstəqilliyin elanından sonra icra hakimiyyəti strukturları yaradılmış və Əsgər Məmmədov Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Əsgər Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 2 iyun 1992-ci il tarixli 815 nömrəli fərmanı ilə Azərbaycan baş nazirinin müavini təyin olunmuşdur.[4] Əsgər Məmmədov Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 11 iyun 1992-ci il tarixli 832 nömrəli fərmanı ilə başqa işə keçdiyi üçün vəzifəsindən azad edilmişdir.[5] Əsgər Məmmədov 16 oktyabr 1994-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 232 nömrəli fərmanı ilə baş nazirin müavini vəzifəsindən azad edilmişdir.[6]

Vəzifədən azad olunduqdan sonra Əsgər Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasına üzv olmuş və bir müddət partiyanın baş katibi vəzifəsini tutmuşdur. O, partiya üzvü olaraq deputatlığa namizəd də olmuşdur.[7]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.