Əsabil Qasımov

Əsabil Qarakişi oğlu Qasımov (8 noyabr 1955, Qaralar, İmişli rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin 79 saylı İmişli seçki dairəsindən seçilmiş IV çağırış[1] deputatı. Yeni Azərbaycan Partiyasının üzvü.

Əsabil Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 8 noyabr 1955(1955-11-08) (68 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi

Həyatı

Əsabil Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışmışdır.[2]

1995-ci ildən "Karat" holdinqinin direktorudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür. Çexiya, Gürcüstan, İtaliya, Qətər, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Ailəsi

Evlidir, 2 övladı var

Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.[3].

İstinadlar

  1. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az  (az.)
  2. "QASIMOV Əsabil Qarakişi oğlu". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-09.
  3. "Deputatın oğlu xaricdə xizək qəzasında vəfat etdi" ( (az.)). az24saat.org. 2019-01-24. 2019-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24-01-2019.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.