Əsəluyə
Əsəluyə və ya Əsəluiyə— İranın Buşehr ostanının Kəngan şəhristanının Əsəluiyə bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,746 nəfər və 875 ailədən ibarət idi.[2] Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və sünni müsəlmandırlar.
Əsəluyə | |
---|---|
27°28′34″ şm. e. 52°36′27″ ş. u. | |
Ölkə | İran |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 4 m[1] |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi | 4746 (2006) nəfər |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Buşehrin 270 km cənub-şərqində, Fars körfəzi sahilində bir liman şəhəri olan Əsəluyə, PSEEZ (Pars Special Economic Energy Zone) adlı böyük sənaye bölgəsinin olduğu yer olaraq tanınır. Xüsusilə Cənub İranın təbii qaz mənbələrinə yaxın olması və xaricə nəqliyyatının asan olması səbəbiylə böyük bir əhəmiyyətə sahib olan şəhərdə bir liman və hava limanı yerləşir.
İstinadlar
- GeoNames (ing.). 2005.
- ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-08-30.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.