Əsədulla xan Hüseynpur
Əsədulla xan Əhəd ağa oğlu Hüseynpur (fars. اسد الله حسین پور) (1882–1954) — Qacarlar dövlətinin polkovniki, İran Kazak diviziyasının zabiti.
Əsədulla xan Hüseynpur | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tehran, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran, İran |
Vəfat səbəbi | Ürəktutma |
Həyat yoldaşları |
Badiə xanım Münəccimi Münirə xanım Münəccimi |
Atası | Əhəd ağa Hüseynpur |
Milliyyəti | Türk |
Fəaliyyəti | zabit |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Əsədulla xan Əhəd ağa oğlu 1882-ci ildə Tehran şəhərində anadan olmuşdu. Hüseynpurun ailəsi Şimali Azərbaycandan mühacirət etmişdi. Mustafa xan Xançobanlının nəvəsi Hüseyn xan Sərkərin nəvəsidir. Atası Əhəd ağa və əmilərini gənc yaşda itirdikdən sonra Ərak mahalından qalma miras mülklərlə çox varlanmışdı. 12 yaşında anasını itirdi. Bacısı da Ərak hakimi Abdullah Mustofi ilə evləndikdən sonra vəfat etdi. Bu hadisədən sonra könüllü olaraq İran Kazak diviziyasına qoşuldu. 1910-cu ildə hərbi təhsilini bitirdi. Fəzlulla Zahidi ilə sinif yoldaşı idi.
Fəaliyyəti
Birinci Dünya Müharibəsində iştirak etmiş, müharibədən sonra mayor rütbəsi almışdı. Rza xan Pəhləvinin çevrilişinə qoşulmuş, süvari diviziyasının komandiri olmuşdu. Tehranı ələ keçirəndən sonra polkovnik rütbəsinə yüksəldilmişdi. 60 yaşında istefaya çıxmış, öz mülklərinə nəzarət etməyə başlamışdı.
Ölümü və ailəsi
Badiə xanım Münəccimi ilə evlənmişdi. Övladları:
- Fəxrəlzaman xanım
- Əmir Huşəng xan (gənc yaşda öldü)
Badiə xanım xərçəng xəstəliyindən vəfat etdikdən sonra Əsədulla xan onun bacısı Munirə xanım Münəccimi ilə evlənmişdi. Munirə xanım 1950-ci ildə vəfat edib. Övladları:
- Əbdülrza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. OPECin ilk katibi Fuad Ruhaninin qızı Quti xanımla evlənmişdir. Övladı:
- Əmir Rza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. "Making sense of Bullfighting" (1997) kitabının müəllifi. Əbdülhüseyn mirzə Fərmanfərmanın nəvəsi Mərcan xanım Fərmafərmaiyan ilə evlənmişdi.[1] Oğlu:
- Eladio Milad Huseynpur
- Əmir Hüseyn xan Hüseynpur - 1966-cı ildə doğulub, İngiltərədə xoreoqrafdır.
- Əmir Rza xan Hüseynpur - Həkim, Britaniya Həkimlər Kollecinin üzvü. "Making sense of Bullfighting" (1997) kitabının müəllifi. Əbdülhüseyn mirzə Fərmanfərmanın nəvəsi Mərcan xanım Fərmafərmaiyan ilə evlənmişdi.[1] Oğlu:
- Turac xan Hüseynpur
- Turandoxt xanım
- Purandoxt xanım
- Viktoriya xanım
Əsədulla xan Hüseynpur 1954-cü ildə vəfat edib və Tehranın Bəhai qəbirstanlığı olan "Gülüstani Cavid" qəbristanlığında basdırılıb.
Mənbə
Alireza Sari. Biography and Ancestral backgrounds of Fakhralzaman Khanum Hosseinpour, Aligholi Khan Sari, Colonel Assadollah Khan Hosseinpour. 2008.
- "Qacar sülaləsi". 2022-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.