Əsədulla bəy Şahtaxtinski

Əsədulla bəy Şahtaxtinski (1885-1939) — folklorçu və tərcüməçi.

Əsədulla bəy Baxşəli ağa oğlu Şahtaxtinski
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Şahtaxtı
Atası Baxşəli ağa
Anası Sona xanım
Təhsili Derpt Universiteti, 1907; Kiyev Universiteti, 1913[1]

Əsədulla ağa 1885-ci ildə Şahtaxtı kəndində doğulub. Kiyev Tibb İnstitutunu bitirib. Uzun illər Gəncədə işləmişdir. O, həm də folklorçu və tərcüməçi olmuşdur.[2]

"Əsli və Kərəm" dastanını tərcümə yolu ilə rus oxucusuna çatdıran ziyalılarımızdan biri də Əsədulla bəy Şahtaxtinski olmuşdur. O, 1906-cı ildə "Kaspi" qəzetində bu dastanın orijinal kimi Azərbaycan variantını götürmüş və tərcümə yolu ilə rus oxucusuna çatdırmışdır. Bu məqalədə müəllif Azərbaycan xalqının özü haqqında oxucuya məlumat verir və xalqımızın cəsurluğu və qonaqpərvərliyindən söhbət açır. Ə.Şahtaxtinski eyni zamanda el sənətçilərimiz – aşıqlar haqda danışır, onları bir çox xalqların el sənətçiləri ilə müqayisə edir və onlar arasında ümumi bir yaxınlıq axtarır. "Əsli və Kərəm" dastanından söz açan müəllif onun əsas kimi Azərbaycan variantından istifadə etmiş və hadisələrin cərəyan etdiyi məkanın da Azərbaycan olduğunu göstərmişdir…".[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
  2. "Arxivlənmiş surət". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-01.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.