Əsəd bəy Talışxanov

Əsəd bəy Ağaəli bəy oğlu Talışxanov (16 noyabr 1857, Buynaksk, Dağıstan MSSR1919) — Rusiya İmperator Ordusunda general-mayor.

Əsəd bəy Talışxanov
Əsəd bəy Ağaəli bəy oğlu Talışxanov
Əsəd bəy Talışxanov
Əsəd bəy Talışxanov
Şəxsi məlumatlar
Doğum tarixi 16 noyabr 1857(1857-11-16)
Doğum yeri
Vəfat tarixi 1919
Fəaliyyəti hərbi lider[d]
Atası Ağaəli bəy Talışxanov
Dini Şiə İslam
Hərbi xidmət
Mənsubiyyəti Rusiya İmperiyası Rusiya imperiyası
Qoşun növü Artilleriya
Rəhbərlik edib 52-ci Artilleriya briqadası (25 iyul 1915-ci ildən)
Döyüşlər

Axaltəkə ekspedisiyası,

Birinci Dünya müharibəsi
Rütbəsi General-mayor

Təltifləri III dərəcəli Müqəddəs Stanislav ordeniII dərəcəli Müqəddəs Stanislav ordeniI dərəcəli Müqəddəs Stanislav ordeniIII dərəcəli "Müqəddəs Anna" ordeniII dərəcəli "Müqəddəs Anna" ordeniI dərəcəli "Müqəddəs Anna" ordeniIV dərəcəli Müqəddəs Vladimir ordeniIII dərəcəli Müqəddəs Vladimir ordeni

Həyatı

Mirkazım bəyin əmisi oğlu Əsədbəy Talışxanov ondan cəmi iki yaş kiçik idi. Əsəd bəy Ağaəlibəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtın ən yaxşı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxumağa başladı…

S.Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə Əsədbəyin artıq iyirmi yaşı vardı. Nizami ordu üçün püxtələşmiş yetkin bir zabit idi. 1878-ci ildə Qafqaz Əlahiddə Ordusuna göndərilən Əsədbəy praporşik rütbəsində əlli ikinci briqadada xidmətə başladı. Xidmətinin üçüncü ilində əlaçı zabit olduğuna görə, Əsədbəy Talışxanovu batareya komandiri təyin etdilər. Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdirdi, hətta ürəkdən sevdiyi hərb sənətinə daha da möhkəm bağladı.

Çar ordusu ötən əsrin otuzuncu illərindən başlayaraq Orta Asiyada istilaçılıq siyasəti aparmağa başladı. Qafqazda Krım müharibəsi (1853–56) sona yetən kimi Şərqə tərəf yürüş başlandı. Ən böyük Kokand və Buxara xanlıqları işğal olundu. Çimkənd, Daşkənd, Səmərqənd şəhərləri bir-birinin dalınca alındı. 1880-ci ildə isə Türkmənistanı fəth etmək üçün ruslar oraya on bir minlik qoşun yeritdilər. Torpağın hər qarışı uğrunda inadla döyüşən Axal-Təkinlilər general Lazerevin kiçik dəstəsini məğlub edirlər. Şərqə yürüşdə qələbə əldə etmək istəyən çar, Göytəpəni, Axal-Təkini ələ keçirmək üçün Şipka qəhrəmanı general Skobelevi də göndərdi. Skobelevin qoşunu Qafqaz hərbi Dairəsinin döyüşçüləri ilə birləşib Göytəpə şəhərini dağıtdı, onu müdafiə edən 25 min döyüşçünü qılıncdan keçirtdi. Axal-Təkini və Mərv şəhərini özlərinə tabe etdilər.

Əsədbəy Talışxanov da öz batareyası ilə Axal-Tekini işğal edən ekspedisiyanın tərkibində iki il iştirak etdi.

Bu döyüşlərdəki igidliyinə görə üçüncü dərəcəli, qılınc və bantlı "Müqəddəs Anna", "Müqəddəs Stanislav" ordenləri ilə təltif olundu.

On altı il keçəndən sonra həmin ordenlərin ikinci dərəcəsi ilə təltif olunan kapitan Əsədbəy Talışxanov yeni əsri podpolkovnik rütbəsində qarşılamışdır.

Tədqiqatçı M. Əliyev yazır ki, hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə Əsədbəy 1902-ci ildə dördüncü dərəcəli, bantlı "Müqəddəs Vladimir" ordeni ilə təltif olunmuş, 1910-cu il iyulun doqquzunda isə polkovnik rütbəsi qazanmışdır. Bu illər ərzində o əlli ikinci artilleriya briqadasının birinci diviziyonun komandir vəzifəsinə qədər yüksələ bilmişdir.

Əsədbəy Talışxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il aprelin iyirmi ikisində general-mayor rütbəsi ilə təltif olunmuşdur. O, həmin il iyulun iyirmi beşində Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdur. Uzun illər bu ordunun tərkibində qüsursuz xidmətlərinə görə o, birinci dərəcəli "Müqəddəs Anna" və "Müqəddəs Stanislav", üçüncü dərəcəli "Müqəddəs Vladimir" və dördüncü dərəcəli "Müqəddəs Georgi" ordenləri ilə təltif olunmuşdur.

General-mayor Əsədbəy Talışxanov 1921-ci ildə Dağıstanın Teymurxan-Şura (indiki Buynaksk) şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Həmçinin bax

Mənbə

Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı, Gənclik, 1991.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.