Əsəd Əsədov (baş leytenant)

Əsəd Əsədov (29 mart 1978, Tatarməhlə, Neftçala, Azərbaycan12 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

Əsəd Əsədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tatarməhlə, Neftçala, Azərbaycan
Vəfat tarixi (42 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Baş leytenant
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2020

Haqqında

Əsədov Əsəd Cəmaləddin oğlu 29 mart 1978-ci ildə Neftçalanın Tatarməhlə kəndində anadan olub. 1995-ci ildə Neftçala şəhər 1 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinə qəbul olub. 1999-cu ildə BDU-nin İqtisadiyyat fakültəsini bitirib. Universitetdə hərbi kafedrada oxuyaraq leytenant rütbəsi alıb. 2004-2005-ci illərdə həqiqi hərbi xidmətdə olub və xidmətini baş leytenant kimi başa vurub. 2007-ci ilə qədər Neftçala rayon Əhalinin Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsində işləyib 2008-2014-cü illərdə "Texnika bank"da, 2014-2016-cı illərdə "Finca" kredit təşkilatında və 2020-ci ilə qədər digər təşkilatların məsul vəzifələrində çalışıb[2].

21 sentyabr 2020-ci ildə başlayan hərbi təlimlərə sonradan isə 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsinə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. 13 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" ,"İgidliyə görə"medaları,3-cu dərəcəli "Rəşadət"ordeni ilə təltif edilib[2].

2007-ci ildə Ülkər adlı xanımla ailə qurub. Camaləddin, İslam və Selin adlı övladları var[3].

Təltifləri

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.