Ərzəkənd

Ərzəkəndİrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd.[2]

Kənd
Ərzəkənd
40°26′58″ şm. e. 44°36′23″ ş. u.
Ölkə  Ermənistan
Region Dərəçiçək mahalı
Rayon Axta rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.500 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.390 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 42
Ərzəkənd xəritədə
Ərzəkənd
Ərzəkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 15 km şimal-qərbdə, Zəngi çayının sol qolu olan Dəllər çayının sağ tərəfində, Güllü dağının ətəyində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ərzqan kimi [3], Qafqazın 5 verstlik xəritəsində Arzakənd[4], erməni mənbələrində Arzakan[5] formasında qeyd edilmişdir. Ərzəkənd kəndinin adı erməni dilinə uyğunlaşdırılaraq Arzakan//Ərzəkan adlandırılmışdır.

Toponim ərz və kənd sözlərindən əmələ gəlmişdir. Mürəkkəb quruluşlu toponimdir.

Əhalisi

Kəndin əsas sakinləri azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-30 - cu illərdə İranın Maku, Xoy, Türkiyənin Bayazed, Muş vilayətlərindən və habelə Tiflisdən köçürülmüşdür[5].

Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 239 nəfər, 1886-cı ildə 312 nəfər, 1897-ci ildə 255 nəfər, 1908-ci ildə 528 nəfər, 1914 - cü ildə 786 nəfər azərbaycanlı, 1916-cı ildə 1633 nəfər azərbaycanlı və erməni yaşamışdır[6].

Kənddə 1831-ci ildə 33 nəfər azərbaycanlı, 200 erməni, 1897-ci ildə 255 nəfər azərbaycanlı, 869 erməni, 6 kürd yaşadığı halda[7], «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğətində kənddə 1831 və 1897-ci illərdə yaşamış azərbaycanlılar ermənilərin tərkibində verilərək göstərilir ki, kənddə 1831-ci ildə 233, 1897-ci ildə 1179 erməni yaşamışdır[5].

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 16 nəfər azərbaycanlı yaşamışdır[8].

1928-1930 - cu illərdə azərbaycanlılar zorla öz doğma kəndlərindən qouvulmuşlar. İndi yalnız ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.78
  4. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.19
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.431
  6. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 16-17, 106-107
  7. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.16-17, 106-107
  8. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.17, 107
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.