Ərtoğrul Cavid
Ərtoğrul (Ərtoğrol) Cavid Rasizadə (22 oktyabr 1919, Bakı – 14 noyabr 1943, Naxçıvan) — görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.
Ərtoğrul Cavid | |
---|---|
Ərtoğrul (Ərtoğrol) Hüseyn Cavid oğlu Rasizadə | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan Xalq Cümhuriyyəti |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Naxçıvan, Naxçıvan MSSR, SSRİ |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Vətəndaşlığı |
AXC→ SSRİ |
Atası | Hüseyn Cavid |
Anası | Mişkinaz Cavid |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 1941–1942 |
Həyatı
Ərtoğrul Hüseyn Cavid oğlu Rasizadə 22 oktyabr 1919-cu ildə Bakıda anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) Fərqlənmə diplom ilə bitirmişdir (1940). Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur (1941- 1942 Ü.Hacıbəyovun sinfi) İlk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. (1941-1942 Ü.Hacıbəyova ithaf olunub). Skripka ilə fortepiano üçün poema (1941) Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", Türkmən şairi Kəminənin "Leylanın vəsfi", Tahir Rasizadənin "Səninlə olaydım" və s. şeirlərinə roman və mahnılar bəstələmişdir. Böyük Vətən müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasının və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları bir sıra kamera və instrumental əsərləri yarımçıq qalmışdır.
1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışmış, burada musiqi folkloru nümunələrinin toplamasında iştirak etmiş, 1941-1942–ci illərdə konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs demişdir. Azərbaycan xalq mahnılarını nota salmış, Avropa və rus bəstəkarlarını ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə etmişdir. Şeirləri, pyesi və rəsmləri var.
1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağrılmış, "Xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilmişdi.
14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etmişdir. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Mişkinaz Cavidin qəbirləri ilə yan-yanadır.
Ailəsi
Hüseyn Cavidin və Mişkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır.
İstinadlar
Ədəbiyyat
- Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s.