Ərsəncan

Ərsəncan[1][2][3] və ya Ərsincan[1][2] (fars. ارسنجان) — İranın cənubunda, Fars ostanında şəhər. Ərsəncan şəhristanının inzibati mərkəzidir.

Ərsəncan
ارسنجان
29°54′44″ şm. e. 53°18′30″ ş. u.
Ölkə  İran
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.638 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi 17642 (2006) nəfər
Ərsəncan xəritədə
Ərsəncan
Ərsəncan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Şəhər Fars ostanının şərq hissəsində, cənub-şərqi Zaqrosun dağlıq ərazisində, dəniz səviyyəsindən 1638 metr hündürlükdə[1], ostanın inzibati mərkəzi olan Şirazdan təxminən 80 kilometr şimal-şərqdə, ölkənin paytaxtı Tehrandan 660 kilometr cənub-şərqdə yerləşir.

Şəhərətrafı ərazilərdə dənli bitkilər, meyvələrxaşxaş becərilir[4]. Xalçaçılıq inkişaf edib[4].

Əhali

2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17642 nəfər və 4397 ailədən ibarət idi[5]; milli tərkibinə görə şəhərdə farsdilli tayfa olan baserilər üstünlük təşkil edir.[4]. Əhalinin əksəriyyəti şiə müsəlmanlardır.

İstinadlar

  1. Fiziki-coğrafi məlumatları Arxivləşdirilib 2012-11-08 at the Wayback Machine  (ing.)
  2. GeoNames Arxivləşdirilib 2021-10-12 at the Wayback Machine  (ing.)
  3. "World Gazetteer". 2013-02-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-07.  (ing.)
  4. Encyclopædia Iranica Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine  (ing.)
  5. ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.